Icma.az
close
up
RU
Həqiqi və saxta informasiyanı necə ayırd edək?

Həqiqi və saxta informasiyanı necə ayırd edək?

Icma.az bildirir, Modern.az portalına istinadən.

Media etibarlılıq müasir dövrdə ən vacib məqamdır. Müasir dövrdə informasiya güc, təsir və manipulyasiya vasitəsi kimi strateji əhəmiyyət daşıyır. Media qurumları cəmiyyətlərdə yalnız məlumat paylaşan platformalar deyil, həm də ictimai rəyin formalaşmasında mühüm rol oynayan təsir mexanizmləridir. XXI əsr jurnalistikasında da biz ciddi yenilənmənin, hətta transformasiyanın şahidi oluruq.

Bunu Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu deyib.

O qeyd edib ki, bu yeniliklər müsbət tendensiyalarla yanaşı, mənfi məqamlarla da özünü göstərməkdədir:

"Təsadüfi deyil ki, biz hazırda “informasiya ekologiyası”, “informasiya manipulyasiyası”, “rəqəmsal irqçilik”, “dezinformasiya” problemləri ilə üzləşməkdəyik. Bu mənada şübhəsiz ki, cəmiyyətin bilgiləndirilməsini, maariflənməsini başlıca qayə olaraq götürməli olan jurnalistikamızdan cəmiyyətimizin gözləntiləri böyükdür. 21-ci əsr insanı mediatik və mediasavadlı olmalıdır. Bu mənada bizim hər birimiz doğru xəbərlə yanlışı ayırmağı bacarmalı, dezinformasiya va manipulyasiyaların təsirinə düşməməliyik”.

V.Zifəroğlu bildirib ki, doğru xəbərlə dezinformasiyanı fərqləndirmək üçün bir neçə vacib prinsip və metoddan istifadə etmək mümkündür:

“Bu yanaşmalar həm media istehlakçıları, həm də jurnalistlər üçün məlumatın doğruluğunu qiymətləndirməkdə kömək edə bilər.

İlk növbədə mənbənin etibarlılığını müəyyənləşdirmək olduqca önəmlidir. Xəbərin yayımlandığı platforma və ya qurum tanınmış və etibarlı bir media orqanıdırmı? Əvvəllər dəqiq və balanslı məlumatlar təqdim edibmi? Müəllifin kimliyi bəllidirmi və jurnalistika sahəsində təcrübəsi varmı? Bu suallar olduqca önəmlidir.

Digər məqam rəsmi mənbə ilə təsdiqini tapmış məlumatlara etibar etməkdir. Qaynağın mötəbərliyi, eləcə də şəffaflığı olduqca önəmlidir. Məlumat anonim mənbələrə əsaslanırsa, onun doğruluğunu yoxlamaq daha çətin olur. Bir çox hallarda isə bu dezinformasiya və ya saxta kontent olur. Qəzəb, qorxu və ya şübhə oyatmağa çalışan dil dezinformasiyanın göstəricisi ola bilər. Məlumat müzakirə əvəzinə qarşıdurma və ya qərəz yaratmağa yönəlibsə, bu xəbər manipulyasiya məqsədi güdə bilər. Başlıqda verilən məlumat məqalənin məzmunu ilə uyğun gəlmirsə, bu da manipulyasiya niyyətindən xəbər verə bilər”.

Müsahibimiz sonda qeyd edib ki, xəbərin əsası olan ilkin mənbəyə çıxış olduqca vacibdir:

“Məqalədə göstərilən faktlar dəqiq və mənbələrlə dəstəklənməlidir. Unutmaq olmaz ki, xəbər yeni yayımlanıbsa, ilkin məlumatlar tam dəqiq olmaya bilər. Vaxt keçdikcə əlavə faktlar üzə çıxa bilər. Bu mənada mövzu ilə bağlı əlavə mənbələr axtarmaq qərar verməzdən əvvəl daha aydın mənzərə yarada bilər.

Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlı olmaq tələb edir. Bu prinsipləri tətbiq etmək yalan məlumatlara qarşı daha yaxşı mübarizə aparmağa kömək edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Dekabr 2024 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri