Icma.az
close
up
RU
Həmas tərksilah olunmağa zəmanət vermir və Qəzzaya nəzarəti saxlamaq istəyir

Həmas tərksilah olunmağa zəmanət vermir və Qəzzaya nəzarəti saxlamaq istəyir

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Həmas keçid dövründə Qəzzada təhlükəsizlik nəzarətini saxlamaq niyyətindədir və onun tərksilahına zəmanət verə bilməz.

Bizimyol.info xəbər verir ki, bunu "Reuters" agentliyinə müsahibəsində Həmas siyasi bürosunun yüksək rütbəli üzvü Məhəmməd Nazzal deyib

Nazzal əlavə edib ki, HƏMAS anklavı bərpa etmək üçün beş ilə qədər atəşkəslə razılaşmağa hazırdır, lakin gələcək statusun təminatı fələstinlilərə dövlətçilik üçün “üfüqlər və ümidlər”in verilib-verilməməsindən asılı olacaq. "Fələstin xalqı müstəqil Fələstin dövlətinin yaradılmasını istəyir", - deyə o qeyd edib.

Nazzal tərksilah tələbini şərh edərkən deyib ki, “mən nə “hə”, nə də “yox” cavabını verə bilmərəm. Açığı, bu, sizin danışdığınız silahsızlaşdırma layihəsinin nədən ibarət olmasından asılıdır?

O, əlavə edib ki, danışıqların növbəti mərhələsində müzakirə olunacaq məsələlər “təkcə HƏMAS-ı deyil, digər silahlı Fələstin qruplarını da maraqlandırır” və mövqe hazırlamaq üçün daha geniş miqyasda iştirak tələb olunacaq.

Nazzal keçid dövründə asayişin qorunmasında HƏMAS-ın rolunu da vurğulayıb. "Bu, keçid mərhələsidir. Mülki baxımdan, dediyim kimi, texnokratik idarəetmə olacaq. HƏMAS burada iştirak edəcək", - deyə o bildirib.

Həmas üzvünün sözlərinə görə, seçkilər keçid mərhələsindən sonra keçirilməlidir. Nazzal həmçinin bəyan edib ki, vasitəçilər Trampın atəşkəs planında təklif olunduğu kimi Qəzza üçün beynəlxalq sabitlik qüvvələrinin yaradılması məsələsini qrupla müzakirə etməyiblər.

O, qrupun ölən girovların cəsədlərinin saxlanılmasında maraqlı olmadığını vurğulayaraq, gecikmələri “texniki problemlər”lə əlaqələndirib, beynəlxalq təşkilatları axtarışa kömək etməyə çağırıb.

Dohadan verdiyi müsahibədə o, həmçinin qrupun İsraillə əməkdaşlıqda ittiham olunanlara, o cümlədən açıq edamlara qarşı hərəkətlərini müdafiə edib və bu cür tədbirlərin arxasında duran məntiqi izah edib: o, müharibə zamanı “müstəsna tədbirlərdən” istifadə edildiyini və edam edilənlərin qətldə günahkar olan cinayətkarlar olduğunu söyləyib.

"Reuters" İsrail baş nazirinin ofisindən şərh istəyib: "HƏMAS birinci mərhələdə bütün girovları azad etməlidir. Lakin onlar bunu etməyiblər. Həmas girovlarımızın cəsədlərinin harada olduğunu bilir. Həmas bu razılaşmaya uyğun olaraq tərksilah etməlidir. Heç biq "amma", heç bir "lakin" qəbul edilmir. Onlar bunu etməyiblər. Həmas 20 bəndlik plana əməl etməlidir. Onların vaxtları tükənir", - deyə agentliyə verilən cavabda deyilir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 18 Oktyabr 2025 23:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri