Heqset Pentaqonun baş hərbi strateqini işdən çıxarıb
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Pentaqon rəhbəri Pit Heqset qurumun baş hərbi planlaşdırıcısı general-leytenant Brett Silviyanı vəzifəsindən azad edib.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə "The Atlantic" hərbi idarə nümayəndələrinə və Birləşmiş Qərargah Rəisləri Komitəsinin bəyanatına istinadən məlumat yayıb.
Silviya ABŞ Birləşmiş Qərargahının strategiya, planlaşdırma və siyasət idarəsinə rəhbərlik edirdi. O, həftənin əvvəlində bu vəzifədən kənarlaşdırılıb. "The Atlantic" qeyd edib ki, onun xələfinin adı hələ açıqlanmayıb, generalın vəzifələrini kimin icra edəcəyi də həmçinin məlum deyil. Nəşr bildirib ki, qərargahın saytında onun tərcümeyi-halı olan səhifə artıq silinib.
O, son bir ildə vəzifəsindən kənarlaşdırılan ikinci idarə rəhbəri olub. Bu, ABŞ-nin İrana mümkün yeni zərbələrinin müzakirəsi fonunda baş verib. "The Atlantic"in məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) nüvə obyektlərinə qısamüddətli hücumlardan tutmuş, İran iqtisadiyyatına təzyiqi gücləndirmək və Tehranı danışıqlara sövq etmək məqsədi daşıyan daha uzunmüddətli əməliyyata qədər bir neçə variant hazırlayıb. Nəşr dəqiqləşdirib ki, ABŞ Prezidenti Donald Tramp hələlik qərar qəbul etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 29 Oktyabr 2026 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















