Türkiyə seçkilərə müdaxilə etdi İsraildən ittiham
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Türkiyə, Qətər dövlətləri və “Müsəlman Qardaşları” təşkilatı İsraildə seçkilərə müdaxilələr edib.
Axar.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində səslərin satın alınması, xüsusilə də İsraildə "Müsəlman Qardaşları" təşkilatının təmsilçisi qismində çıxış edən islamçı RAAM partiyasına səs verilməsi müqabilində ödənişlərin edilməsi ilə bağlı aparılan araşdırma çərçivəsində bir neçə şübhəli şəxs saxlanılıb.
Bundan başqa, seçki günü polis Negevdə bədəvilərin məskunlaşdığı ərazidə seçki prosesinin dürüstlüyünə xələl gətirməkdə şübhəli bilinən üç nəfəri saxlayıb. Onlar sakinlərə RAAM partiyasına səs vermələri müqabilində rüşvət təklif edərkən cinayət başında yaxalanıblar.
Onların üzərindən içərisində pullar olan zərflər çıxıb.
İsrail mətbuatı yazır ki, seçkilərə iki gün qalmış Knessetin Ərəb Siyahısı Partiyasından olan deputatı Əhməd Tipi “Əl Cəzirə”yə müsahibə vermək üçün Qətərə səfər edib.
Qeyd edək ki, İsrailin Mərkəzi Seçki Komissiyasının “Şin Bet” təhlükəsizlik xidmətinin rəhbərinə xarici qurumların İsraildə seçkilərin nəticələrini dəyişdirməyə yönəlmiş kampaniyanı maliyyələşdirdiyinə dair məlumatları araşdırmağı tapşırdığı barədə məlumatlar yayılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 29 Oktyabr 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















