Icma.az
close
up
RU
Hər 10 nəfərdən 9 u risk altındadır: CKM sindromu nədir və necə qorunmaq olar?

Hər 10 nəfərdən 9 u risk altındadır: CKM sindromu nədir və necə qorunmaq olar?

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Amerika Ürək Assosiasiyası (AHA), ABŞ-da yetkin əhalinin təxminən 90 faizinin ən azı bir risk amilinə malik olduğu, lakin çox az adamın varlığından xəbərdar olduğu yeni bir sağlamlıq vəziyyəti barədə xəbərdarlıq edib. 

Qaynarinfo xəbər verir ki, kardio-vaskulyar-böyrək-metabolik (CKM) sindromu adlanan bu vəziyyət, ürək, böyrək və maddələr mübadiləsi xəstəlikləri arasındakı mürəkkəb əlaqəni vurğulayır.

AHA-nın apardığı sorğuya əsasən, respondentlərin cəmi 12 faizi CKM sindromu barədə əvvəllər eşidib. Lakin iştirakçıların 72 faizi bu mövzu haqqında daha çox məlumat almaq istədiyini bildirib. Assosiasiyanın məqsədi, bu sindromun nə qədər yayılmış olduğunu və insan orqanizmindəki sistemlərin bir-birinə necə təsir etdiyini cəmiyyətə anlatmaqdır.

Ürək, böyrək və metabolizmanın əlaqəli pozğunluğu

CKM sindromu, ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet və xroniki böyrək xəstəlikləri arasında ortaq əlaqəni ifadə edir. Alimlər bu xəstəliklərin bir çox ortaq risk faktoruna malik olduğunu və bir-birini gücləndirdiyini müəyyənləşdiriblər.

2024-cü ildə aparılmış araşdırmaya görə, ABŞ-da yetkin əhalinin demək olar ki, 90 faizi CKM sindromunun ilkin mərhələsinə (1-ci mərhələ və yuxarı) uyğun gəlir. Təəssüf ki, bu göstərici 2011–2020 illəri arasında ciddi dəyişiklik göstərməyib. Tədqiqat həmçinin yaşlı insanlar, kişilər və afroamerikalıların daha yüksək risk altında olduğunu ortaya qoyub.

Əsas risk amilləri

CKM sindromunun başlıca risk amilləri yüksək qan təzyiqi, yüksək qlükoza səviyyəsi və anormal xolesterin göstəriciləridir. Mütəxəssislərin fikrincə, bu risklərin çoxu düzgün həyat tərzi və erkən tibbi müdaxilə ilə azaldıla və hətta aradan qaldırıla bilər. "Amerika Ürək Assosiasiyası”ndan doktor Eduardo Sançes bildirir:

"İştirakçıların dörddə üçü CKM sindromu barədə öyrəndikdən sonra bunun vacibliyini başa düşdü və daha çox məlumat almağa maraq göstərdi — bu, ümidverici haldır”.

Bəzi ekspertlər CKM anlayışının təkcə ürək, böyrək və metabolik xəstəlikləri deyil, həm də piylənmə və qaraciyərin piylənməsi kimi əlaqəli pozğunluqları da əhatə etməli olduğunu düşünürlər.

Kompleks müalicə yanaşması vacibdir

Dr. Sançes vurğulayır: "Ürək, böyrək və metabolik sistemlər bir-biri ilə sıx bağlıdır və ona görə də birgə, koordinasiyalı şəkildə müalicə olunmalıdır”.

AHA-nın sorğusu göstərib ki, respondentlərin 68 faizi bu sistemlərin ayrı-ayrılıqda müalicə edilməli olduğuna inanır. Yeni yanaşma isə xəstələrin bütöv bədən mexanizminə əsaslanan kompleks müalicə imkanlarını genişləndirə bilər.

Amerika Ürək Assosiasiyası CKM sindromu ilə bağlı ilk rəsmi təlimat sənədini 2026-cı ilin əvvəlində dərc etməyi planlaşdırır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Noyabr 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri