Icma.az
close
up
RU
Hər 10 nəfərdən 9 u bu tələyə düşür AÇIQLAMA

Hər 10 nəfərdən 9 u bu tələyə düşür AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müasir dövrdə sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bir çox insan sosial mediadan yorulduğunu, vaxt itkisi yaşadığını və psixoloji olaraq mənfi təsirləndiyini desə də, buna baxmayaraq ondan uzaqlaşmaqda çətinlik çəkir. Davamlı bildirişlər, “like”lar və bitməyən məlumat axını insanın diqqətini özünə çəkərək sosial medianı gündəlik vərdiş halına gətirir. Bu vəziyyət zamanla həm emosional bağlılıq, həm də psixoloji asılılıq yarada bilir. 
Məsələ ilə bağlı psixoloq Məryəm Tarverdiyeva Demokrat.az-a bildirib ki, insanların sosial şəbəkələrdən bezməsinə baxmayaraq, onlardan uzaqlaşa bilməməsinin bir sıra psixoloji mexanizmlərlə bağlı səbəbləri var:
"Bunlardan birincisi dopamin dövrüdür. Dopamin dövrü mükafat sistemi deməkdir. Dopamin neyronların bir-biri ilə əlaqə zamanı istifadə etdiyi kimyəvi maddədir. Dopaminə hormon deyil, neyrotransmitter deyirik. Dopaminin əsas funksiyası mükafat və motivasiya sistemi ilə bağlıdır, yəni insanda zövq və həzz hissi yaradır. Eyni zamanda davranışın təkrarlanmasına səbəb olur. İnsan bir davranışdan motivasiya və ya zövq alırsa, onu yenidən etmək istəyir. Digər tərəfdən dopamin diqqət, öyrənmə və hərəkətin tənzimlənməsində də rol oynayır.
Məsələn, sosial şəbəkələrdə gələn “like”lar, mesajlar və bildirişlər dopamin ifrazını artırır. Dopaminə xalq arasında “xoşbəxtlik hormonu” da deyirlər. Bildiriş gələndə insan yenidən baxmaq istəyir. Yəni beyində “yenə yoxlayım, bəlkə yeni nəsə var” düşüncəsi yaranır. Qısaca desək, dopamin motivasiya və mükafat sistemi ilə bağlı kimyəvi maddədir. Sosial şəbəkələrə baxdıqca beynin mükafat sistemi aktivləşir. “Like”, şərh və mesaj gördükdə dopamin ifraz olunur. Buna görə də insan davamlı şəkildə telefonu yoxlamaq istəyir. Çünki burada qeyri-müəyyən mükafat sistemi var. Bəzən maraqlı məlumat olur, bəzən olmur. Amma insan buna baxmayaraq yenə də yoxlama ehtiyacı hiss edir. Digər səbəb isə FOMO-dur. FOMO “Fear of Missing Out”, yəni nəyisə qaçırmaq qorxusudur. İnsan düşünür ki, bəlkə vacib bir paylaşımı görmədi. Yaxud görür ki, hər kəs haradasa gəzir, səyahət edir, tədbirlərdə iştirak edir və düşünür ki, özü geri qalır. Bu da insanın öz həyatını başqalarının həyatı ilə müqayisə etməsinə səbəb olur".
Psixoloqun sözlərinə görə, bəzən insanlar sırf geri qalmadıqlarını göstərmək üçün paylaşımlar edirlər:
"Davamlı olaraq başqalarının nə etdiyini yoxlamaq ehtiyacı hiss edirlər. Çünki düşünürlər ki, hamı nəyəsə baxır, nəyisə müzakirə edir və onlar kənarda qalacaqlar.
Digər səbəb sosial təsdiq ehtiyacıdır. İnsan sosial varlıqdır və qəbul olunmaq istəyir. Hər zaman təsdiqə ehtiyac duyur. Sosial şəbəkələrdə gələn “like”lar, şərhlər və mesajlar insan üçün dəyər göstəricisinə çevrilir. İnsan bəzən öz dəyərini başqalarının reaksiyası ilə ölçməyə başlayır. Bu da onu sosial şəbəkələrə daha çox bağlayır.
Sonra emosional qaçış mexanizmi gəlir. İnsanların bir qismi stressdən, sıxıntıdan və mənfi emosiyalardan qaçmaq üçün sosial şəbəkələrdən istifadə edir. Problemlərdən uzaqlaşmaq üçün saatlarla “reels” və videolar izləyirlər. Bu, psixoloji qaçış vasitəsinə çevrilir. Beşinci səbəb isə vərdiş və avtomatizmdir. Bir müddətdən sonra sosial şəbəkələrə baxmaq artıq şüurlu qərar olmur, avtomatik davranışa çevrilir. Necə ki, insan maşın sürməyi əvvəlcə diqqətlə öyrənir, sonra isə avtomatik şəkildə idarə edir, telefon istifadəsi də zamanla avtomatlaşır. İnsan düşünmədən telefonu götürür, sosial mediaya daxil olur və “scroll” etməyə başlayır".
O deyib ki, bu davranış artıq vərdiş dövrünə keçir:
"Əvvəllər insan “telefonu götürüm, baxım” deyə düşünürdüsə, artıq əl özü telefona gedir. Bu da davranışın avtomatikləşdiyini göstərir. Bəs bu asılılıqdırmı? Bəzi hallarda bunu asılılıq kimi qiymətləndirmək olar, amma hər istifadə asılılıq deyil. Əgər insan vaxtını idarə edə bilmirsə, istifadəni azaltmağa çalışsa da uğursuz olursa, istifadə etməyəndə narahatlıq və əsəbilik yaşayırsa, sosial media işinə, təhsilinə və münasibətlərinə zərər verirsə, bu zaman artıq davranış asılılığından danışmaq mümkündür. Burada bir paradoks da var. İnsan “bezmişəm, amma yenə istifadə edirəm” deyir. Buna psixologiyada koqnitiv dissonans deyilir. Yəni düşüncə ilə davranış arasındakı ziddiyyət.
Nəticə etibarilə sosial şəbəkələrdən uzaqlaşa bilməmək təkcə zəif iradə məsələsi deyil. Bu, beynin bioloji sistemi, psixoloji ehtiyaclar və platformaların dizaynı ilə bağlıdır. İnsanlar vizual məzmuna daha çox maraq göstərdiyi üçün sosial medianın rəngli və diqqət çəkən dünyası onları cəlb edir. Bir çox insan real həyatda özünü kifayət qədər xoşbəxt hiss etmədiyi üçün ideal həyatı sosial mediada axtarmağa başlayır. Halbuki ən sağlam yol insanın özünə qayıtması, özünü qəbul etməsi və başqalarının həyatı ilə deyil, öz keçmişi ilə müqayisə aparmasıdır.
"The Monk Who Sold His Ferrari" əsərində də vurğulanır ki, insanın ən böyük rəqabəti öz keçmiş “mən”i ilə olmalıdır. İnsan öz inkişafını əvvəlki halı ilə müqayisə etdikdə daha sağlam düşüncə formalaşdırır.
Ona görə də sosial medianı şüurlu şəkildə idarə etməyi öyrənmək lazımdır. Əks halda bu, təkcə asılılığa deyil, müxtəlif psixoloji problemlərə də səbəb ola bilər. Davamlı kontrol ehtiyacı bəzi hallarda obsesiv kompulsiv pozuntunun əlamətlərindən biri ola bilər. Təbii ki, bir əlamətlə diaqnoz qoymaq olmaz, amma bu davranış uzun müddət davam etdikdə risk yarada bilər.
İnsan özündən qaçdıqda ya sosial mediada, ya da başqalarının fikirlərində özünü axtarmağa başlayır. Bu isə insanın həm özü ilə, həm də ətrafındakı insanlarla münasibətlərinə mənfi təsir göstərir. Narazılıq, tükənmişlik, stress və depressiv hallar yarana bilir.
Bunun qarşısını almaq üçün insan daha çox təbiətlə vaxt keçirməli, telefondan istifadə müddətini azaltmalı və sosial mediaya limit qoymalıdır. Məsələn, gündəlik istifadə üçün vaxt təyin etmək olar. Tədricən istifadə müddətini azaltmaq daha faydalıdır. Əgər insan gündə 5-6 saat sosial mediadan istifadə edirsə, bunu mərhələli şəkildə azaltmağa çalışmalıdır. Sosial mediadan istifadə hər zaman asılılıq yaratmır. Amma bu davranış ölçüsüz və idarəsiz hala gəldikdə artıq problemə çevrilə bilər. Buna görə də ən doğru yol sosial mediadan ölçülü və şüurlu şəkildə istifadə etməkdir", - deyə o bildirib.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 May 2026 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri