Icma.az
close
up
RU
Hər bir QHT öz fəliyyətinin hər bir mərhələsində faydalılıq əmsalını nəzərə almalıdır

Hər bir QHT öz fəliyyətinin hər bir mərhələsində faydalılıq əmsalını nəzərə almalıdır

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının preambulasında qeyd edildiyi kimi “Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir”. Azərbaycanın strateji hədəflərinə doğru irəliləyişdə bəs QHT-in rolu nə olmalıdır?
İlk öncə qeyd edim ki, müasir Azərbaycan Ulu Öndərin əsasını qoyduğu güclü sütunlar üzərində Ali Baş Komandanın rəhbərliyi ilə bütün dünyada özünün müstəqil siyasəti ilə fərqlənir. Ancaq Azərbaycan xalqının mənafeyi naminə formalaşmış bu siyasət bütün sektorlarda, o cümldən QHT sektorunda da möhkəmlənməkdə davam edir. Bütün dünyada olduğu kimi Qeyri-kommersiya təşkilatları və ya xeyriyyə təşkilatları kimi tanınan QHT-lər cəmiyyətimizin strukturunda mühüm rol oynayır. Əslində onların yeganə məqsədi cəmiyyətin rifahının yüksəldilməsi, bu istiqamətdə dövlət siyasətinin formalaşmasına və icrasına dəstək vermək olmalıdır. QHT-lər iqtisadiyyatın üçüncü sektoru hesab olunur. Onlar cəmiyyətin tarazlıq ehtiyacı ilə idarə olunmasına dəstək verən strukturlardır və QHT-lər hökumətlə kommersiya sektoru arasındakı boşluğu doldurmalıdır. İqtisadiyyat modernləşdikcə, özəl sahibkarlıq və azad bazarların daha çox mənfəət əldə etmək məqsədi qabarır və bu, iqtisadi və sosial bərabərsizliyin artmasına səbəb olur.
Üçüncü sektorun rolu bu dövrdə cəmiyyətin diqqətdən kənarda qalan ehtiyaclarını yüngülləşdirərək tərəziləri tarazlamağa dəstək olmalıdırlar. Təəssüflə qeyd edilməlidir ki, müxtəlif dövrlərdə Azərbaycanı sevməyən, Azərbaycanın müstəqil siyasətinin əleyhinə olan bəzi üzdəniraq beynəlxalq QHT-lər özləri birbaşa və ya yerli partnyorları vasitəsilə cəmiyyətin rifahının yüksəldilməsi deyil, cəmiyyətin parçalanması, gənclərin milli-mənəvi dəyərlərə uyğun olmayan istiqamətdə formalaşdırılması, ölkə üçün prioritet olmayan layihələrin icrası istiqamətini seçmişdilər.
Dünyada qeyri müəyyənliyin tüğyan etdiyi hazırkı zamanda Azərbaycan QHT-nin əsas vəzifəsi yalnız müxtəlif fərdi və ya kollektiv maraqların və hüquqların müdafiəsi istiqamətində deyil, sosial problemlərin həlli, cəmiyyətin milli və dövlətçilik maraqları ətrafında birləşməsinə dəstək, beynəlxalq koalisiya və birliklərdə Azərbaycanın maraqlarının qorunması və təmsilçiliyi istiqamətində fəaliyyət olmalıdır. Milli maraqları qoruyan yerli QHT-lər həm yerli, həm də qlobal səviyyədə proqramlar, inkişaf layihələri hazırlayaraq ölkənin inkişafı istiqamətində qəbul olunmuş dövlət proqramları çərçivəsində müxtəlif sahələr üzrə ölkəyə maliyyə resurslarının, yeni texnologiyalar və digər resursların cəlb olunması vasitəsilə cəmiyyətin rifahının yaxşılaşdırılmasına dəstək verməlidirlər. Bu isə özlüyündə ictimai faydalılığın əsasını təşkil edir. Hər bir QHT öz fəliyyətinin hər bir mərhələsində faydalılıq əmsalını nəzərə almalıdır.
İsrayıl İsgəndərov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 İyun 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see156

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see146

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri