Icma.az
close
up
RU
Hər cinsin özünəməxsus risk faktorları var” AYDINLIQ GƏTİRİLDİ

Hər cinsin özünəməxsus risk faktorları var” AYDINLIQ GƏTİRİLDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Psixi pozuntusu olan şəxslərin əksəriyyəti kişilərdir? Bu sualın cavabı sadə “bəli” və ya “xeyr” ilə verilə bilməz, çünki psixi pozuntuların növünə, diaqnoz meyarlarına, cinsiyyət fərqlərinə və sosial-mədəni təsirlərə görə dəyişir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Psixoloq sözlərinə belə davam edib: “Əvvəlcə qeyd etmək lazımdır ki, psixi pozuntular həm qadınlarda, həm də kişilərdə rast gəlinir, lakin onların yayılma forması və özünü göstərmə tərzi fərqli ola bilər. Məsələn: Depressiya və Anksiyete pozuntulari qadınlarda kişilərə nisbətən daha çox diaqnoz olunur. Bu, həm bioloji faktorlarla (hormonal dəyişikliklər, psixososial yük), həm də qadınların psixoloji dəstək axtarmağa daha açıq olması ilə bağlıdır.
Antisosial şəxsiyyət pozuntusu, narkotik və alkoqol asılılığı, impulsiv davranış pozuntuları isə kişilər arasında daha çox görülür. Şizofreniya kimi ciddi psixi pozuntular isə ümumilikdə cinsiyyətlər arasında bənzər yayılma göstəricilərinə malik olsa da, kişilərdə erkən yaşda və daha ağır gedişlə özünü göstərə bilər.

Məlumatlara görə, qadınlar daha çox daxilə yönəlmiş psixi pozuntularla (depressiya, anksiyete), kişilər isə daha çox xaricə yönəlmiş pozuntularla (aqressiya, asılılıqlar, davranış pozuntuları) qarşılaşırlar. Bu da onların müalicəyə müraciət etmə yollarını və diaqnoz statistikalarını fərqləndirir.

Kişilər, xüsusilə də ənənəvi gender rollarının güclü olduğu cəmiyyətlərdə, emosional zəiflik göstərməkdən çəkinirlər. Bu, onların psixoloji yardım axtarma ehtimalını azaldır və nəticədə rəsmi statistikada az yer almalarına səbəb olur. Yəni, reallıqda daha çox kişi psixi çətinliklər yaşayır, amma yardım axtarmadıqları üçün bu rəqəmlərə tam əks olunmur.

Nəticə olaraq, “psixi pozuntular daha çox kişilərdə olurmu?” sualına yalnız pozuntunun növünü, sosial və bioloji faktoru nəzərə alaraq cavab vermək mümkündür. Bu məsələ kompleksdir və hər cinsin özünəməxsus risk faktorları var”.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 İyul 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri