“Hər gün Çempionlar Liqasının himninə qulaq asırdım”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski Çempionlar Liqasında debüt etməzdən əvvəl keçirdiyi qeyri-adi hazırlıq prosesi barədə danışıb.
“Qafqazinfo” xəbər verir ki, 25 yaşlı qolkiper turnirin rəsmi himninə alışmaq üçün maraqlı üsula əl atıb.
Koxalski bildirib ki, debüt matçından bir neçə gün əvvəl evdə mütəmadi olaraq Çempionlar Liqasının himnini dinləyib:
“Dəqiqləşdirsəm, hər gün tez-tez açıb qulaq asırdım. İstəyirdim ki, o melodiyaya alışım və stadionda eşidəndə şok yaşamayım. ÇL himni həmişə özündə xüsusi, təntənəli bir aura daşıyıb. Uşaqlıqdan o musiqini xatırlayıram və hər dəfə mənə böyük təsir edirdi”.
Xatırladaq ki, cari mövsümdə “Qarabağ”ın uğurlu çıxışında böyük pay sahibi olan polşalı futbolçu Avropanın nəhəng klublarına qarşı keçirilən oyunlarda göstərdiyi performansla diqqət mərkəzinə düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 11 Fevral 2026 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















