Icma.az
close
up
RU
Hər gün ərik yeməyin faydası Çəyirdəyi çox zərərlidir

Hər gün ərik yeməyin faydası Çəyirdəyi çox zərərlidir

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Yayın ən sevilən meyvələrindən olan ərik təkcə dadı ilə deyil, həm də orqanizmə verdiyi faydalarla seçilir. Mütəxəssislər bildirirlər ki, bu meyvə ürək, beyin, həzm və sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Lakin onu düzgün miqdarda və düzgün şəkildə istehlak etmək vacibdir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, həkimlərin sözlərinə görə, ərik beta-karotin, lif, kalium, maqnezium və B qrupu vitaminləri ilə zəngindir. Bu maddələr ürək-damar sisteminin fəaliyyətini dəstəkləyir, həzmi yaxşılaşdırır və orqanizmin normal işləməsinə kömək edir.

Ərik orqanizmə necə təsir edir?

Ərikdə olan beta-karotin güclü antioksidantdır. O, ürək və damarların sağlamlığını qorumağa kömək edir, həmçinin beyin fəaliyyətini dəstəkləyir.

Meyvənin tərkibindəki lif bağırsaqların normal işləməsini təmin edir və yoğun bağırsaq xərçəngi riskinin azalmasına müsbət təsir göstərə bilər.

Kalium və maqnezium isə qan təzyiqinin tənzimlənməsinə, ürək ritminin qorunmasına və sinir sisteminin normal fəaliyyətinə kömək edir. Həkimlər qeyd edilər ki, ərik balanslı qidalanmanın bir hissəsi kimi qanazlığı və ürək ritmində pozğunluğu olan insanlar üçün də faydalı ola bilər.

Gün ərzində neçə ərik yemək olar?

Faydalarına baxmayaraq, ərikdən həddindən artıq istifadə məsləhət görülmür. Sağlam insan üçün gündə 5-6 ədəd ərik kifayət edir.

Bunun səbəbi meyvənin tərkibində təbii şəkərin olmasıdır. Həddindən artıq istehlak bəzi insanlarda həzm narahatlığına və qanda şəkərin yüksəlməsinə səbəb ola bilər.

Əriki hansı qidalarla birlikdə yemək olmaz?

Əriyin yağlı yeməklərlə birlikdə qəbul edilməsini tövsiyə edilmir.

Bundan başqa, onu kefir, qatıq və süd kimi turş süd məhsulları ilə birlikdə yemək də məsləhət görülmür. Belə kombinasiyalar həssas insanlarda həzm pozğunluqları yarada bilər.

Ərik çəyirdəyini yemək təhlükəlidirmi?

Mütəxəssislər ərik çəyirdəyinin istifadəsindən çəkinməyi tövsiyə edirlər.

Çəyirdəyin tərkibində amiqdalin adlı maddə var. Bu maddə orqanizmdə həzm olunduqdan sonra sianid əmələ gətirə bilər. Böyük miqdarda qəbul edildikdə isə bu maddə zəhərlənməyə və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Ərik mürəbbəsi və ya kompot hazırlayarkən meyvələri çəyirdəyi ilə birlikdə uzun müddət saxlamaq da məsləhət görülmür. Çünki zaman keçdikcə zərərli maddələr şərbətə və meyvənin özünə keçə bilər.

Quru ərik də faydalıdır

Mütəxəssislərin sözlərinə görə, mövsüm bitdikdən sonra quru ərik də faydalı seçim hesab olunur. O, bir çox vitamin və mineralı özündə saxladığı üçün qış aylarında rasionu zənginləşdirmək üçün istifadə oluna bilər.

Ərik sağlam qidalanmanın dəyərli hissəsidir. Ancaq ondan maksimum fayda əldə etmək üçün normaya riayət etmək, uyğun olmayan qidalarla birlikdə qəbul etməmək və çəyirdəyini yeməmək vacibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 İyul 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri