Icma.az
close
up
RU
Hər gün pəncərənin yanında oturmaq şəkərinizi artırır

Hər gün pəncərənin yanında oturmaq şəkərinizi artırır

Icma.az bildirir, Lent az portalına istinadən.

Aparılan yeni elmi araşdırmalar göstərib ki, təbii gün işığı yaşlı insanlarda qan şəkərinin səviyyəsinin azalmasına kömək edə bilər. Dəyişiklik böyük olmasa da, mütəxəssislər onu nəzərəçarpacaq hesab edirlər və bu təsirin arxasında duran səbəbləri izah ediblər.

Lent.az araşdırmanın detallarını təqdim edir.

II tip diabet zamanı qan şəkərinə nəzarət adətən düzgün qidalanma, fiziki aktivlik və dərman müalicəsinin birgə tətbiqini tələb edir. Lakin yeni araşdırmalar göstərir ki, həyat tərzində daha bir sadə amil bu prosesə müsbət təsir göstərə bilər. Söhbət pəncərə yanında, gün işığı alan məkanda vaxt keçirməkdən gedir.

Bu nəticə Cell Metabolism jurnalında dərc olunan kiçikhəcmli araşdırmadan əldə olunub. Tədqiqatda orta yaşı 70 olan, II tip diabetdən əziyyət çəkən 13 nəfər iştirak edib.

İştirakçılar günəşdən qoruyucu vasitələrdən istifadə etmədən 4,5 gün ərzində səhər saat 08:00-dan axşam 17:00-a qədər böyük pəncərələri olan, təbii işıq alan otaqda qalıblar. Bu müddətdə onlar həkimlərin təyin etdiyi adi dərmanları qəbul etməyə davam ediblər və qan şəkərinin səviyyəsini fasiləsiz ölçən cihazlar taxıblar.

Təcrübə necə aparılıb?

İştirakçılar əsasən masa arxasında oturublar, telefon və kompüterlərdən isə aşağı parlaqlıq səviyyəsində istifadə ediblər. Axşam saatlarında zəif süni işıq altında olublar və saat 23:00-a qədər elektron cihazlardan istifadə edə biliblər. Daha sonra səhər 07:00-a qədər tam qaranlıq şəraitdə yatıblar.

Araşdırma müddətində hamı eyni qidalanma planına riayət edib. Gündə üç dəfə, bədən çəkisini sabit saxlamaq üçün hazırlanmış yeməklər qəbul olunub. Fiziki məşqlər də hər gün eyni vaxtlarda yerinə yetirilib.

Bir ay sonra alimlər iştirakçılardan eyni şərtlərlə, lakin pəncərəsiz və yalnız süni işıqlandırılan otaqda təcrübəni təkrar etmələrini xahiş ediblər.

Nəticələr nəyi göstərdi?

Məlumatların təhlili göstərib ki, təbii işıq şəraitində aparılan təcrübə zamanı iştirakçıların qan şəkəri göstəriciləri vaxtın 50%-ində “sağlam” diapazonda olub. Süni işıqla aparılan mərhələdə isə bu göstərici cəmi 43% təşkil edib.

Alimlər qeyd edirlər ki, fərq böyük olmasa da, təbii işığın müsbət təsiri açıq şəkildə müşahidə olunur. Bununla belə, mütəxəssislər vurğulayırlar ki, qan şəkərinə təsir edən çoxsaylı digər amillər də mövcuddur və bu nəticə əsas müalicə üsullarını əvəz etmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:22
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Fevral 2026 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri