Icma.az
close
up
RU
“Hər iki komandanın qalib gəlmək şansı var idi” Elmar Baxşıyev

“Hər iki komandanın qalib gəlmək şansı var idi” Elmar Baxşıyev

Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.

“Maraqlı, dinamik oyunun şahidi olduq. Oyunu iki hissəyə bölərdim. İlk hissə bizim, İkinci yarı isə rəqibin üstünlüyü ilə keçdi. 1 xal qazandıq. Hər iki komandanın qalib gəlmək şansı var idi. Yaxşı istirahət edib, hazırlıqlarımızı davam etdirməliyik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Araz Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev “Şamaxı” oyunu (1:1) sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Hissələr arasında belə fərqin olması komandanın hazırlığıyla bağlıdır?
– Ümumi hazırlıqla bağlamazdım. Kuboka görə əlavə 2 oyun keçirmişdik. Ona görə yorğunluq ola bilərdi. Heyət geniş deyil, zədəlilərimiz var deyə çox da rotasiyalara gedə bilmirik. Bu futbolun içində olan detallardır. Üstündə dayanmaq istəmirik.

– Ramon Maçado ehtiyatda olsa da oyuna çıxmadı. Növbəti “Neftçi”ylə matçınızda onu meydanda görə bilərik?
– Ümid edirik. Əfsuslar olsun ki, zədəli, cəzalı 7 oyunçumuz var. Onlar qayıtdıqdan sonra daha yaxşı olacaq.

– Milliyə “Araz-Naxçıvan”dan heç bir futbolçu çağırılmaması sizin üçün təəccüblü olmadı?
– Ümumi şərh vermək istəmirəm. Seçim millinin baş məşqçisinindir. Amma mənim heyətimdə də yaxşı yerli futbolçular var. Üzərlərində daha çox işləyib çalışmalıdırlar ki, milliyə layiq olduğunu göstərsinlər.

– Qara Qarayevin hazırki durumu milliyə çağırılmamasına əsas verir?
– Bu oyunu çıxmaq şərtiylə Qara hər oyun meydanda olub. 90 dəqiqə yaxşı tempdə, eyni səviyyədə oynamağa gücü çatır. Niyə çağırılmır, mən də bilmirəm. Heyətimdə milli səviyyəsində yerli futbolçular var.

– Qış fasiləsinə qədər “Qarabağ” istisna ən az qol buraxan kollektivsiz. Bu gün isə “Zirə” sizi keçdi. Müdafiədə belə zəifləməni nə ilə bağlayırsız?
– Deməzdim ki, zəifləmişik. Amma sıxıntı yaşayırıq. Bu oyunda 7 futbolçumuzun kənarda qalması… Ehtiyat qüvvəmiz də yoxdur. Ümidliyik. Bu fasilə bizə lazım idi. Yaxşı bərpa keçirib son dövrəyə addımlamaq önəmlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 14 Mart 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri