Icma.az
close
up
RU
“Hər il beynəlxalq təhsil günü ETN ölkə təhsilinin durumu haqda ictimai hesabat versin...” EKSPERTDƏN TƏKLİF

“Hər il beynəlxalq təhsil günü ETN ölkə təhsilinin durumu haqda ictimai hesabat versin...” EKSPERTDƏN TƏKLİF

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“6 il əvvəl ETN nəznində yaradılan "İctimai Şura" ictimaiyyətin gözləntilərini doğrultmadı, bu müddət ərzində təhsilin vəziyyəti barədə heç bir kompleks monitorinqlər aparmadı, təhsildəki real vəziyyət haqqında xalqa heç bir məlumat vermədi. Bu qurumun da tərkibi, ETN tərkibi kimi, əsasən təhsilə aidiyyatı olmayan, amma ETN-ə yaxın olan şəxslərdən formalaşdı…”

Tanınmış təhsil ekpserti, ADPU “Kompüter elmləri” kafedrasının dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru İlham Əhmədov redaksiyamıza Azərbaycanda təhsil, eləcədə elmi sahəsindəki növbəti durum haqda növbəti tənqidi analitik yazısını təqdim edib. Aktuallığını nəzərə alaraq həmin materialı dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq:

“Neft dövrü bitir, biz postneft erasına hazırıqmı? Yeni eranı- iqtisadiyyatın qeyri neft sektorunu qura bilirikmi? Təbii ki, bu yeni erada təhsil sistemi həlledici rol oynayacaq. Bizim təhsil sistemi bu çağırışlara cavab verə biləcəkmi? ETN ölkə rəhbərliyinin “Neft kapitalını insan kapitalına çevirmək” siyasətini reallaşdıra bildimi? Hansı potensialla? Bu barədə hökumətə hesabat verdimi?.. 

Cəmi 3 gün öncə - yanvarın 24-ü beynəlxalq təhsil günü idi. Düşünürəm ki, hər ildə bir dəfə- beynəlxalq təhsil günü ETN ölkə təhsilinin durumu barədə xalqa, parlamentə və hökumətə hesabat verməlidir. Və bu, ənənə halını almalıdır… 

Bu halda təhsilin inkişafı mümkün ola bilər?.. 25 ildir ölkədə təhsil islahatları gedir. Təhsil islahatlarının vəziyyəti, ümumən ölkə təhsilinin durumu, ETN-nin fəaliyyəti bu onilliklər ərzində heç hökumət tərəfindən kompleks monitorinq edilibmi? Təhsildəki acınacaqlı durum göstərir ki, 25 il ərzində xərclənən milyardlarla pul “Neft kapitalını insan kapitalına çevirmək” siyasətini reallaşdıra bilmədi. Niyə belə oldu? Kimdir günahkar? Düşünürəm ki, hər ilin 24 yanvarı ölkənin təhsil sistemi üçün “ümummilli sertifikasiya günü” elan edilsin. Parlament, hökumət və ictimaiyyət bu sahədəki problemləri tam şəffaf şəkidə görməli, bilməli, hiss etməli, millətin gələcəyinin hansı peşəkarlar tərəfindən və necə qurulduğu xalqa məlum olmalıdır. İctmaiyyət, müstəqil ekspertlər ümummili əhəmiyyətli monitorinqlər və hesabat barədə öz fikirlərini bildirməli, ölkə rəhbərinin tələb etdiyi kimi davamlı müzakirələr olmalıdır… 

Rusiya Federasiyasında "İctimai palata" adlı qurum var. Bu qurum tez tez ölkə təhsilindəki vəziyyətə dair dinləmələr keçirdir, ictimai nəzarət, vətəndaş cəmiyyəti institutlarının inkişafı və dövlət orqanları ilə cəmiyyət arasında dialoqu təmin edir. Onun əsas məqsədi dövlət siyasətinə ictimai maraqların daxil edilməsini təmin etməkdir. İctimai Palata təhsil sahəsində mövcud problemləri müzakirəyə çıxarır, təkliflər hazırlayır və hökumətlə əməkdaşlıq edərək bu təkliflərin həyata keçirilməsinə töhfə verir. O, təhsil sisteminin şəffaflığını və keyfiyyətini artırmaq üçün ictimai nəzarəti təmin edir və mütəxəssislərin, valideynlərin, tələbələrin rəyini nəzərə alaraq təhsil siyasətinə təsir göstərir… 

Konkret olaraq "İctimai palata" təhsil sahəsində də bu fəaliyyətləri göstərir: İctimai Palatanın funksiyaları: 

1. İctimai nəzarət və ekspertiza (təhsil qanunvericiliyinin və dövlət proqramlarının həyata keçirilməsini izləyir, təhsil sahəsində islahatlarla bağlı qanun layihələrinə ictimai rəy hazırlayır). 

2. Dialoq platforması (təhsil məsələləri ilə bağlı müzakirələr, forumlar, dəyirmi masalar təşkil edir, təhsil sistemində çalışan mütəxəssisləri, müəllimləri, valideynləri və digər maraqlı tərəfləri bir araya gətirir. 

3. Problemlərin həlli və təşəbbüslər (təhsil sahəsində mövcud problemləri araşdırır və onların həlli ilə bağlı təkliflər irəli sürür, məktəb və ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılması üçün layihələr hazırlayır. 

4. Vətəndaş hüquqlarının qorunması (təhsil hüquqlarının pozulması ilə bağlı şikayətləri qəbul edir və həll yolları axtarır, əlillər və sosial müdafiəyə ehtiyacı olan digər qruplar üçün təhsilin əlçatanlığını təmin etməyə çalışır). 

5. Təhsilin inkişafı üçün tövsiyələr (təhsil sisteminin modernləşdirilməsi ilə bağlı dövlət orqanlarına tövsiyələr verir, məktəblərdə və ali təhsil müəssisələrində rəqəmsallaşma və yeni texnologiyaların tətbiqi ilə bağlı layihələr dəstəkləyir). 

6. Maarifləndirici fəaliyyət (təhsil sahəsində ictimaiyyətin məlumatlılığını artırmaq üçün konfranslar, seminarlar və kampaniyalar təşkil edir, vətənpərvərlik tərbiyəsi, mədəni dəyərlərin qorunması və innovativ təlim metodlarının inkişafı ilə bağlı layihələr həyata keçirir). 

Hesab edirik ki, bizim ölkəmizdə də belə geniş və səmərəli fəaliyyət göstərə bilən İctimai Palatanın yaranmasına ehtiyac var. Onun tərkibinə ziyalılar, alimlər, incəsənət və ictimai xadimlər, ekspertlər daxil edilməlidir. Bu həm də təhsilə müstəqil nəzarət forması ola bilər… 

6 il əvvəl ETN nəznində yaradılan "İctimai Şura" ictimaiyyətin gözləntilərini doğrultmadı, bu müddət ərzində təhsilin vəziyyəti barədə heç bir kompleks monitorinqlər aparmadı, təhsildəki real vəziyyət haqqında xalqa heç bir məlumat vermədi. Bu qurumun da tərkibi, ETN tərkibi kimi, əsasən təhsilə aidiyyatı olmayan, amma ETN-ə yaxın olan şəxslərdən formalaşdı… 

Ölkə əhalisinin 50%+ hissəsi bu və ya digər formada təhsil sistemi ilə əlaqəlidir. Bu sistemin mükəmməl işləməsində hamı maraqlıdır. Amma reallıq tam başqa mənzərə göstərir. Bizim təhsil sistemimiz bu gün tam qapalı bir quruma çevrilib. Əvvəllər hamının üzünə açıq olan məktəb qapıları indi qapalı bir obyekt olub. Təbii ki, sinif otaqlarının boş olması, uşaqların çoxusununn məktəbdə yox, repetitor yanında olması faktini ictimaiyyətdən gizlətmək üçün edilib, bu qapalı rejim. Amma 25 il davam edən bu durum ölkədə hamıya məlumdur, aşkar işin gizlədilməsinə nə ehtiyac? Təhsilə ayrılan 5 milyard büdcə də qeyri şəffaf və səmərəsiz xərclənir. Artan təhsil büdcəsinin real nəticəsi heç cür hiss edilmir. Bu sahədəki islahatlar artıq 25 ildir davam edir, hər hansı inkişaf oldumu? Yox, əksinə işlək təhsil sistemi söküldü və əvəzində səmərəsiz, yarımçıq mexanizm yaradıldı. Təhsilə dair bütün reytinqlərdə çox aşağı yerlərdəyik. Hətta qonşu ölkələrdən də geridəyik. Postneft erasının, biliklərə əsaslanan iqtisadiyyatın, innovativ iqtisadiyyatın qurulmasına elm-təhsil sistemi nə təklif edə bilər, bu yeni eraya təhsilimiz hazırdırmı? ETN ölkə iqtisadiyyatına hansı tövhələr verə bilər? Təklif edirəm ki, bizim ölkədə də İctimai Palata yaradılsın, hər il beynəlxalq təhsil günü ETN ölkə təhsilinin durumu barədə ictimai hesabat versin…”

İlham Əhmədov, təhsil ekpserti,, pedaqoji elmlər üzrə fəlsəfə doktoru”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Yanvar 2025 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see186

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see175

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see160

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see155

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see132

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see122

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see122

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see118

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri