Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Ölümdən sonra insanı nə gözləyir?

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

Mirsənan Kazımlı: Mənfi rollar mənə daha doğmadır

Mirsənan Kazımlı: Mənfi rollar mənə daha doğmadır

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Teatr, səhnə, tamaşaçı alqışı həmişə başqa bir dünyanın işığı olub. O işıq insana ya verilir, ya verilmir. "Kaspi" qəzetinin müsahibi bu işıqla dünyaya gələn Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Mirsənan Kazımlıdır.

Oxu.Az həmin müsahibəni təqdim edir:

"Müsbət obrazları çox da sevmirəm"

- Teatr sizin üçün nədir? Sənət, alın yazısı, missiya?

- Teatr mənim üçün bir pəncərədir. Mən teatrdan kənarda yaşadığım gündəlik həyatdan daha çox səhnədə oluram. Səhnədə özümü daha azad hiss edirəm. Təbii ki, obrazın çərçivəsi daxilində. Bu səbəbdən müsbət obrazları çox da sevmirəm. Halbuki Gənc Tamaşaçılar Teatrında canlandırdığım rolların əksəriyyəti elə müsbət obrazlardır. Amma mənfi rollar mənə daha doğmadır. O rollarda özümü daha rahat ifadə edə bilirəm. Çünki o obrazlar daha detallı və mürəkkəb olur. Aktyorun özünü göstərməsi üçün imkanlar yaradır.

- Zaman da dəyişir, tamaşaçı da. Sizcə, teatr da bu dəyişikliyə uyğunlaşmalıdırmı?

- Teatrın klassik ruhu var, ona toxunmaq olmaz. Amma indiki dövr üçün uzun tamaşaların tərəfdarı deyiləm. Əgər bir tamaşa 3-4 saat davam edirsə, bu, tamaşaçı üçün çox yorucudur. Müasir tamaşaçını zalda oturtmaq və diqqətdə saxlamaq çətindir. Çünki o daim telefonla məşğuldur, sosial şəbəkələrə baxır, zənglər gəlir, fikri dağılır. Zaman dəyişib - sürət tələb edən bir dövrdəyik. Bu reallığı nəzərə almalıyıq. Məncə, müasir tamaşaların maksimal müddəti iki saat olmalıdır.

"Teatr qapıdan başlayır"

- "Tamaşa asılqandan başlayır" fikri ilə razısınızmı?

- Məncə, teatr qapıdan başlayır - mühafizəçidən, xadimədən... Mühafizəçi də, xadimə də teatrın bir parçası olmalıdır. Əgər "teatral" deyillərsə, onların salamı belə insana yad gəlir. Məsələn, əgər o adam mənə "çayxana üslubunda" salam verirsə, artıq əhvalım pozulur. Teatrın ab-havası birliyin içində yaranır.

- Tamaşa bitəndən sonra nə baş verir?

- Əgər tamaşa yaxşı alınıbsa, o zaman içində bir şirin yorğunluq yaranır. Səhnənin, alqışların ləzzəti başqadır. Tamaşaçının zalı tərk etməməsi, ayaq üstə alqışlaması - bu, aktyor üçün böyük xoşbəxtlikdir. Aktyor alqışın səmimiliyini hiss edir.

- Uşaqlar üçün oynamaq asandır, yoxsa böyüklər üçün?

- Hər ikisinin həm çətin, həm də gözəl tərəfləri var. Amma uşaqlar böyüklərdən fərqli olaraq, tamaşaya heç bir neqativ yüklə gəlmirlər. Safdırlar, təmizdirlər. Onlardan gələn enerji də tamam başqadır. Bu, tamaşa zamanı çox aydın hiss olunur. Amma çətin tərəfi də var: uşaqları sakitləşdirmək bəzən mümkün olmur. Bütün o səs-küyün içində sən səhnədə oynamağa davam etməli, onun diqqətini tamaşaya çəkməlisən.

"Yaxşı rejissorlar azdır"

- Kefiniz olmayanda səhnəyə necə çıxırsınız?

- Tamaşaçı bilet alıb gəlib. Sənin şəxsi problemin, kədərin, yorğunluğun varsa, onu teatrın qapısında qoymalısan. Səhnəyə yalnız aktyor olaraq çıxmalısan.

- Sizcə, bu gün teatrda nə çatışmır?

- Yaxşı rejissorlar azdır.

- Niyə yeni nəsil yaxşı rejissorlar yetişmir?

- Çünki bəziləri birdən-birə hər şeyi dəyişmək istəyir. Elə bil on mərtəbəni bir nəfəsə qalxmaq istəyirlər. Böyük üslub dəyişiklikləri etməyə can atırlar. Amma aktyor da, tamaşaçı da bu cür radikal dəyişikliklərə həmişə hazır olmur. Teatrın öz üslubu var. Mən şəxsən teatrların öz janrından kənara çıxaraq başqa üslubda tamaşalar təqdim etməsinin əleyhinəyəm. Hər teatr öz sahəsində inkişaf etməlidir.

- Bəs klassikaya toxunmaq olarmı? Dekonstruksiyaya münasibətiniz necədir?

- Teatrda klassik üslubu çox sevirəm. Amma rejissor və dramaturq ortaya yaxşı, əsaslandırılmış bir iş çıxaracaqlarsa, niyə də yox? Dekonstruksiya da mümkündür. Sadəcə, mən klassika ilə yeni üslubun qarışmasını o qədər də bəyənmirəm. Əgər sən etdiyini əsaslandıra bilirsənsə, yaxşı iş ortaya çıxar. Məsələn, xarici ölkələrdən birində "Romeo və Cülyetta" tamaşasına baxmışdım. Orada bütün rolları oğlanlar oynayırdılar. Tamaşanın sonuna qədər bu qəribə gəlir, amma finalda məlum olur ki, əslində hadisələr bir gəmidə baş verir. Matroslar əsəri oxuyub, öz aralarında səhnələşdiriblər. Bu ideya çox maraqlı idi.

"Düşünmədən teatrı seçirəm"

- Kamera, yoxsa canlı tamaşaçı?

- Mən düşünmədən teatrı seçirəm. Amma bu yaxınlarda Elxan Cəfərovun Mirzə Qədim İrəvani haqqında çəkdiyi bədii-sənədli filmdə çəkildim. Orada İrəvaninin gəncliyini canlandırırdım. Düzdür, tam bədii film deyildi, amma çəkiliş prosesi mənə böyük zövq verdi. Nə qədər yorulsam da, işin içində dincəlirdim, zövq alırdım.

- Səhnədə çıxılmaz vəziyyət yaşadığınız olub?

- Əlbəttə, çox olub. 15-16 yaşım vardı, Bəhram Osmanovun "Gəncə qapıları" tamaşasında oynayırdım. Sol qolum qırılmışdı, amma tamaşaya gəlmişdim, gipsi geyimin altında gizlətmişdim. Bir səhnədə atam məni bellə vurur və mən uçuruma yıxılıram. Tərəf müqabilimə dedim ki, "möhkəm vurma, qolum sınıb." Amma tamaşanın ab-havasına o qədər girmişdik ki... Elə vurdu ki, sınmış qolumun üstünə yıxıldım. Qışqırmamaq üçün dişlərimi sıxdım, özümü birtəhər kulisə atdım. Sonra elə qışqırdım ki, hamı səhnə arxasına yığışdı.

- Teatrda hədəfiniz nədir?

- Vicdanlı aktyor olaraq qalmaq. Bir də yaşım hansı rola uyğundursa, onu oynamaq. Məsələn, 20 yaşımda 45, 45 yaşımda 20 yaşlı bir adamı oynamaq istəmirəm. Bundan başqa, hədəflərim daim dəyişir. Bu gün bir obrazla maraqlanıram, sabah başqa bir obrazla. Amma hər bir rolun öz zamanı və yaşı var.

- Şəxsi xoşbəxtliyinizi də teatrda tapdınız...

- Bəli. Teatr mənim üçün xoşbəxtlik idi, amma indi xoşbəxtliyim birə-beş artıb...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Oktyabr 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see320

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see229

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see221

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see213

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see209

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see204

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see203

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see203

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see202

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see202

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see200

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see199

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see197

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see195

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see195

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see194

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see175

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see173

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see168

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri