Icma.az
close
up
RU
Hər il milyonlarla insan qida qaynaqlı xəstəliklərə yoluxur Eksperdən SOS

Hər il milyonlarla insan qida qaynaqlı xəstəliklərə yoluxur Eksperdən SOS

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Qida zəhərlənmələrinin əsas səbəblərindən biri mikroorqanizmlərdir


Digər səbəbi isə gigiyena qaydalarına riayət edilməməsidir


Qida mənşəli xəstəliklər dünya miqyasında insan sağlamlığı üçün əsas problemlərdən biri hesab edilir. Bu xəstəliklər müxtəlif növ bakteriyalar, viruslar, parazitlər və ya kimyəvi maddələrlə çirklənmiş qida məhsullarının istehlakı nəticəsində meydana gəlir. Qida məhsullarının gigiyena qaydalarına riayət edilmədən hazırlanması, bişirilməsi və daha sonra bu məhsulların istehlak olunması qida zəhərlənmələrinin əsas səbəbi hesab edilir.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

AQTA tərəfindən hazırlanan qida zəhərlənmələrinə dair videoçarxda, həmçinin qida mənşəli xəstəliklərin qarşısının alınması üçün hər bir şəxsin riayət etməli olduğu əsas prinsipləri ehtiva edən və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunan beş qızıl qayda barədə ətraflı məlumat verilib. Bildirilib ki, qida zəncirinin bütün mərhələlərində təmizliyə riayət edilməli, məhsullar yaxşı bişirilməli, çiy və bişmiş məhsullar bir-birindən ayrı saxlanmalı, məhsullar təhlükəsiz mühitdə olmalı, təhlükəsiz su və xammallardan istifadə edilməlidir.


Məsələ ilə bağlı danışan təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev "Sherg.az"a deyib ki,hər il dünyada milyonlarla insan qida qaynaqlı xəstəliklərə yoluxur:


“Bu xəstəliklərdən dünyasını dəyişənlər də az deyil. Əsasən uşaqlar, yaşlılar, hamilə qadınlar və immunitet sistemi zəif olan şəxslər bu təhlükəyə daha həssasdır. Qida zəhərlənmələrinin əsas səbəblərindən biri mikroorqanizmlərdir. Salmonella, e.coli, listeria və bir çox bakteriyalar çiy, yaxşı bişirilməmiş ət, süd, yumurta, təmiz yuyulmamış tərəvəz və meyvələrdə məskunlaşır. Bu bakteriyalar orqanizmə düşdükdə isə ishal, qarın ağrısı, qusma, qızdırma və halsızlıq kimi əlamətlərlə özünü göstərir. Digər səbəbi isə gigiyena qaydalarına riayət edilməməsidir. Əllərin yuyulmaması, çiy və bişmiş qidaların eyni səthdə hazırlanması, istifadə olunan alətlərin və səthlərin təmiz olmaması bakteriyaların yayılmasına şərait yaradır. Yeməklərin düzgün bişirilməməsi də riskli haldır.  Başqa bir ciddi səbəb isə qida məhsullarının düzgün saxlanılmamasıdır. Bişmiş yeməklərin uzun müddət otaq temperaturunda saxlanması, soyuducuda lazımi temperaturda qorunmaması bakteriyaların sürətlə çoxalmasına gətirib çıxarır. Bəzi qidalarda pestisid qalığı, kimyəvi qatqılar və kif toksinləri də zəhərlənmə səbəbi ola bilir”.


Ekspertin sözlərinə görə son dövrlərdə saxta və standartlara uyğun olmayan qida məhsulları da narahatlıq doğurur:

“Belə məhsulların tərkibində insan sağlamlığı üçün zərərli maddələr olur. İstehsal və saxlanma şəraiti də şübhəli olduğu üçün istehlakçı olaraq bu cür məhsullardan uzaq durmalıyıq. Əlbəttə ki, qida zəhərlənməsindən qorunmaq və zərəri minumuma endirmək mümkündür. İlk növbədə yemək hazırlamazdan əvvəl və sonra əlləri sabunla yaxşıca yuyulmalıdır. Mətbəx səthləri və alətlər hər istifadədən sonra mütləq şəkildə təmizlənməlidir. Çiy ət və balıq məhsulları ilə bişən, yeyilməyə hazır qidalar heç vaxt eyni səthdə hazırlanmamalıdır. Fərqli doğrama taxtaları və bıçaqlardan istifadə olunmalıdır. Ət və toyuq məhsulları tam bişirilməlidir. Yalnız xarici görünüşə baxmaqla kifayətlənmək olmaz. Daxili temperaturun da kifayət qədər yüksək olduğundan əmin olmalıyıq. Bişmiş yeməkləri otaq temperaturunda 2 saatdan artıq saxlamaq tövsiyyə olunmur. Soyuducuda +4°C və daha aşağı temperaturda saxlamaq lazımdır. Donmuş qidaları isə otaq temperaturunda yox, soyuducuda əritmək daha təhlükəsizdir.

Qida hazırlanmasında xüsusilə içmək üçün istifadə edilən suyun təmiz və gigiyenik olması da vacib şərtdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 İyul 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri