Icma.az
close
up
RU
Hər il 600 milyon nəfər qida mənşəli xəstəliklərə yoluxur

Hər il 600 milyon nəfər qida mənşəli xəstəliklərə yoluxur

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Təhlükəsiz qida həyatın davamlılığı və insan sağlamlığının qorunması üçün əsas şərtlərdən biridir. Statistika göstərir ki, hər il təxminən 600 milyon nəfər qida mənşəli xəstəliklərə yoluxur. Təqribən 420 min insan isə təhlükəli və ya çirklənmiş qidanın istehlakı nəticəsində həyatını itirir. Xüsusilə 5 yaşdan kiçik uşaqlar bu təhlükədən daha çox əziyyət çəkirlər. Onlar qida mənşəli xəstəliklərdən əziyyət çəkənlərin 40 faizini təşkil edir və hər il təxminən 125 min uşaq bu səbəbdən dünyasını dəyişir.

"Unikal" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva

ADA Universitetində keçirilən “Ümumdünya Qida Təhlükəsizliyi Günü Konfransı - Elm fəaliyyətdədir" adlı konfransda deyib.

O bildirib ki, statistika təhlükəli və ya çirklənmiş qidanın yalnız insan sağlamlığı üçün deyil, həm də iqtisadi rifah üçün ciddi təhdid yaratdığını göstərir. Bu təhlükə xüsusilə qadınlar, uşaqlar, münaqişədən zərər çəkmiş əhali və miqrantlar kimi həssas və marginal qruplara daha çox təsir göstərir.

“Ümumdünya Qida Təhlükəsizliyi Günü hər il fərqli şüarlarla qeyd olunur. Bu il Qida Təhlükəsizliyi Gününün rəsmi şüarı “Qida təhlükəsizliyi: elm fəaliyyətdədir” adlanır. Bu şüar qida təhlükəsizliyinin təmin edilməsində elmi biliklərin və onların praktik tətbiqinin əhəmiyyətini bir daha xüsusi olaraq vurğulayır.

Qida təhlükəsizliyinin təmin olunmasında elmin rolu mühüm və çoxşaxəlidir. Bu sahədə elmi nailiyyətlər və texnoloji yeniliklər qida məhsullarının təhlükəsiz istehsalı, saxlanması, daşınması və istehlakı proseslərində risklərin minimuma endirilməsinə imkan yaradır. Mikrobiologiya, biotexnologiya, kimya, qida mühəndisliyi və digər əlaqəli elmi sahələr vasitəsilə mikroorqanizmlərin, toksinlərin və zərərli maddələrin vaxtında aşkarlanması, risklərin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi mümkün olur.

Həmçinin “Vahid Sağlamlıq” yanaşması çərçivəsində qida təhlükəsizliyinə kompleks şəkildə yanaşmaq yalnız insan sağlamlığını deyil, bütövlükdə ekosistemin dayanıqlılığını təmin etmək baxımından həlledici əhəmiyyət daşıyır. Bu yanaşma həm milli, həm də beynəlxalq miqyasda qabaqlayıcı tədbirlərin planlaşdırılmasında strateji rol oynayır.

Bu gün keçirilən tədbir qida təhlükəsizliyi sahəsində biliklərin artırılması, təcrübə mübadiləsi və gələcəkdə daha sağlam cəmiyyət qurmaq məqsədilə birgə fəaliyyət strategiyalarının müzakirəsi baxımından böyük əhəmiyyət daşıyır. Ümid edirəm ki, bu görüş bizə yeni nailiyyətlər əldə etməyə, beynəlxalq standartlara uyğun yanaşmalar sərgiləməyə və vətəndaşların sağlam qida ilə təmin olunmasına yönəlmiş tədbirlərin genişlənməsinə təkan verəcək", - deyə sədr müavini qeyd edib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 İyun 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri