Icma.az
close
up
RU
“Hər kəs öyrəşib ki, “Qarabağ” daim qruplarda oynasın” Əliyev

“Hər kəs öyrəşib ki, “Qarabağ” daim qruplarda oynasın” Əliyev

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın U-21 millisinin sabiq baş məşqçisi Samir Əliyevin “Futbolpress.az“a müsahibəsi:

– “Qarabağ” Avropa Liqasında 120 dəqiqə mübarizə apardı, amma penaltilərdə ÇSKA-ya məğlub oldu. Sizcə bu dramatik gedişin səbəbləri nə ola bilər?
– “Qarabağ”da bu il xeyli dəyişiklik olub, yeni transferlər gəlib və aparıcı futbolçuların bir çoxu komandanı tərk etdiyi üçün yeni bir kollektiv formalaşır. ÇSKA da həqiqətən möhkəm və keyfiyyətli komandadır. Fikrimcə, “Qarabağ” hər iki matçda üstün oynayaraq layiqincə mübarizə apardı. Hər kəs öyrəşib ki, “Qarabağ” daim qruplarda oynasın. Ona görə də gözləntilər böyük olur.

– Konfrans Liqasında “Dinamo” ilə keçiriləcək oyunlarda şansları necə dəyərləndirirsiniz? “Qarabağ”ın avrokubok seriyası davam edəcək?
– “Dinamo” tarixi ənənəsi olan möhkəm kollektivdir. Bildiyim qədərilə heyətlərində legionerlər azdır, daha çox gənc yerli futbolçulara şans verirlər. Onlar da Yunanıstanın PAOK klubuna uduzublar, əvvəlki əzəmətində deyillər. Ona görə də proqnoz vermək çətindir. Əlbəttə, istərdik ki, “Qarabağ” mərhələni keçsin və Konfrans Liqasında da olsa, ənənəni davam etdirib liqa mərhələsinə vəsiqə qazansın.

– “Neftçi” və “Zirə”nin çıxışları barədə nə deyə bilərsiniz? Çox azarkeş hesab edir ki, hər iki klub yaxşı oynasa da, nəticə uğursuz oldu.
– Hər iki komanda üstün oynadı, amma vəziyyətləri fərqlidir. “Neftçi” Bakıda 2:0 öndə olduğu halda 4 qol buraxıb uduzdu və özünü çətinliyə saldı. Onların “Zirə” qədər qol imkanları yox idi. “Zirə” isə həm səfərdə, həm də evdə çoxsaylı qol vəziyyətləri yaratsa da, istifadə edə bilmədi. Futbolda həqiqətən də bəxtsizlik faktoru var və bu dəfə bəxt onların üzünə gülmədi.

– “Sabah”ın rəqibi “Orxus” haqqında fikirləriniz maraqlıdır.
– “Orxus”un ilk oyunda evdə 10 nəfərlə 1:4 uduzub, Polşada belə geri dönüş etməsi rəqibin zəif olmadığını göstərir. Danimarka çempionatı bizim liqadan üstündür. “Orxus” nə “KuPS”dur, nə də TNS. Onlar daha yüksək səviyyəli rəqibdirlər, lakin “Sabah” da Azərbaycan çempionudur. Çətin və çox maraqlı oyunlar olacaq.

– Avrokuboklardakı bu performansların Premyer Liqadakı mübarizəyə təsiri necə olacaq?
– İnanıram ki, çox maraqlı çempionat izləyəcəyik. Mövsüm gedə-gedə komandalar öz oyununu tapır. Yenilənmiş “Qarabağ”, yaxşı formada olan “Sabah”, “Neftçi”, “Zirə”, “Turan Tovuz”u misal çəkmək olar. Avrokuboklarda gözlənilən irəliləyişin olmaması çempionatın zəif keçəcəyi anlamına gəlmir, əksinə, klublar ölkə daxilində daha uğurlu çıxış etməyə çalışacaqlar.

Ayxan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 31 İyul 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri