“Hər kəs üçün ASAN” layihəsinə start verilib
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“ASAN xidmət" "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyi ilə birgə tərəfdaşlıq çərçivəsində “Hər kəs üçün ASAN” sosial layihəsinə start verib.
“Cebheinfo.az” xəbər verir ki, layihə çərçivəsində dövlət xidmətləri ilə bağlı məlumatlandırıcı videolar hazırlanaraq "ASAN xidmət"in sosial media hesablarında paylaşılacaq.
Videolar surdotərcümə (işarət dili) ilə təqdim ediləcək və burada müxtəlif dövlət xidmətləri, müraciət qaydaları, vətəndaşların yararlana biləcəyi imkanlar barədə məlumatlar əks olunacaq.
Layihənin əsas məqsədi eşitmə və nitq məhdudiyyətli şəxslərin dövlət xidmətlərinə çıxış imkanlarını genişləndirmək, onların məlumatları daha rahat və əlçatan formada əldə etməsini təmin etməkdir.
"ASAN xidmət" fəaliyyətində hər zaman vətəndaş məmnuniyyətini, sosial həssaslığı və xidmətlərin hər kəs üçün əlçatan olmasını əsas prioritetlərdən biri kimi ön planda saxlayır.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 29 Aprel 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















