Icma.az
close
up
RU
Hər mədəniyyətin öz salamı var

Hər mədəniyyətin öz salamı var

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dil çıxaranlar, üzə tüpürənlər, burun sürtənlər...

Dünyanın hər bir guşəsində insanlar salamlaşarkən bir-birinə yalnız “salam” demirlər. Bu sadə hərəkət, əslində, həm mədəniyyəti, həm də münasibətlərin dərinliyini ifadə edən gizli bir dildir. Salam verməklə insan qarşı tərəfə öz diqqətini, hörmət və sayğısını göstərir.

Hər bir ölkənin özünəməxsus salamlaşma qaydaları var.  Qeyd edək ki, 1973-cü ildən başlayaraq hər il 22 noyabr Beynəlxalq Salamlaşma Günü kimi qeyd olunur. Bu bayram iki amerikalı qardaş Maykl və Braun Makkomakın adı ilə bağlıdır. Soyuq müharibə zamanında onlar çox maraqlı fikirləri ilə gündəmi zəbt etdilər. Qardaşlar insanların bir-biri ilə salamlaşmağını təklif etdilər. Dünyanın 180 ölkəsində bu fikir dəstəkləndi və həmin vaxtdan bəri dünyada yaşayan bütün peşə sahibləri, böyük siyasi xadimlər, iş adamları, tanınmış  şəxslər bu günü qeyd edirlər.

Elə ölkələr var ki, onlarda adi üsulla yanaşı, öz tarixi keçmişlərinə aid olan salamlaşma qaydaları da var. Onlardan bəzilərini təqdim edirik:

“Salam”sözü özü ərəb sözüdür və “sülh olsun” mənasını verir. Bu gün ərəb ölkələrində qadınların əlini sıxaraq görüşmək qəti qadağandır. Lakin tarixdə  elə zamanlar olub ki,  ərəb ölkələrində kişilərin belə əl sıxması qadağan  olub. Yalnız Məhəmməd Peyğəmbərin (s.ə.s) dönəmində  əllə görüşmək  bir çox  əlamətə çevrilib. Ərəblər əllərini sinələrinin üstünə qoyub salam verirlər. Hal-əhval və ya iş haqqında sorğu-sual sonra yenidən təkrarlana bilər. Həmçinin kənar şəxslərin qadınlara müraciət etməsi və ya görüş üçün əl uzatması ədəbsizlik sayılır.

Almanlar “soyuq” bir millət kimi tanınırlar. Onlar da qaydaya görə saat 12-yə qədər “Sabahın xeyir” 12-17 qədər “Günortan xeyir”, sonra isə “Axşamın xeyir”deyirlər, ancaq bəzən adi salamla kifayətlənirlər. Almanlar həddindən artıq mehriban və sevgi hissi ilə dolu insanlara pis baxırlar.

Afrikanın bəzi tayfalarında insanlar  üzbəüz gəldikləri zaman  tüpürürlər, bu onlarda ədəbsizlik yox, hörmət göstəricisi sayılır.

Tibetlilərdə görüşmək çox qəribə vəziyyətdə baş verir. Onlar salamlaşan zaman sağ əllə papaqlarını çıxarır, sol əllərini isə qulağın arxasına qoyub dillərini göstərirlər. Bu salamlaşma növünün qədim tarixə gedən çox maraqlı bir kökləri var. Qədim miflərə görə, insanlara qarşı çox zalım və qəddar kral Lanq Darmanın dili etdiyi pisliklərdən artıq qaralmışdı və insanlar bir-birilərinə dil göstərərkən nə dərəcədə xoşniyyətli və təmiz fikirli olduqlarını sübut edirlər.

Maraqlı bir salamlaşma növündən birini də Konqoda müşahidə etmək mümkündür. Bu ölkədə yaşayan insanlar salamlaşarkən əllərini bir- birinə doğru uzadıb, sonra onlara üfürməyə başlayırlar.

Digər qəribə bir salamlaşma növü ilə Keniyada rastlaşmaq olar. Onlar bir-biri ilə qarşılaşıb salamlaşarkən mütləq tüpürməlidilər. Belə salamlaşmanın mənası odur ki, insanlar bir-birinə qarşı olan hörməti göstərmiş olurlar.

Filippinlilərdə də, qəribə bir ənənə var. Onlar salamlaşarkən yaşca balaca  insan daha yaşlı, təcrübəli və müdrik olan birinin əlini qaldırıb alnına qoyur. Bu hərəkəti ilə ona qarşı olan hörmətini göstərmiş olur.

Malayziyalılar “Hara gedirsən”, yəhudilər “Sizə sülh olsun”, farslar “Şən ol”, qrenlandiyalılar isə “Yaxşı havadır” sözlərini söyləyərək salamlaşırlar. Afrikada yaşayan zuluslar isə “Mən səni görürəm” sözlərini qışqıraraq bir-birlərini salamlayırlar. Cənubi Afrikada yaşayan tayfalar isə görüşəndə əl çalırlar.

Avropa ölkələrinin əksəriyyətində, həmçinin  Amerikada salamlaşarkən “işləriniz necədir” və yaxud “necəsən”-deyə soruşurlar. Bu sualların cavabı “yaxşı” və ya “normal” olmalıdır, “pis” demək onlarda ədəbsizlik sayılır.

Fransada qeyri-rəsmi şəraitdə, hətta az tanış olan insanlar belə salamlaşarkən və ya sağollaşarkən öpüşürlər və yanaqları ilə toxunaraq havaya birdən beşə qədər  sayaraq öpüş göndərirlər. İtaliya, İspaniya, Belçikada iki yanaqdan öpmək  artıq adət şəklini alıb. Rusiyada insanlar rastlaşanda bir-birinə sağlamlıq, yüksək əhval-ruhiyyə arzu edirlər. Ruslar da avropalılar və amerikalılar kimi salamlaşarkən dost jesti olaraq əl verirlər. Əl sıxmanın da bir mənası var. Sağ əli uzatmaq yəni “silahım yoxdur, niyyətim safdır” deməkdir.

Çində və Yaponiyada insanlar görüşəndə bir-birilərinin qarşısında baş əyməlidirlər, ancaq onlar əllərini bədən boyunca uzadırlar. Baş əymək bir hörmət göstəricisi kimi sayılır, bu hərəkət daha çox cavan nəslin yaşlılara qarşı olan gözəl bir jestidir.

Hindistanda salamlaşma qaydasına görə hörmət əlaməti olaraq əllərini bərabərləşdirib sinəyə tuturlar. Bu da “sənə qarşı böyük bir hörmətim var” anlamına gəlir, ərəblərdə də buna oxşar bir salamlaşma növü var. Sadəcə hindistanlılardan fərqli olaraq əllərini sinələrinin üstünə qoyurlar.

Latın-amerikalılar salamlaşarkən mütləq qucaqlaşmalıdırlar, soyuqdan donan l?plandiyalılar bir-birinə burunlarını sürtürlər və beləliklə qəlblərini isidir və həyatlarına müsbət enerji qatmış olurlar. Yeni Zellandiyadada oxşar bir salamlaşma müşahidə etmək mümkündür. Zellandiyalılar hesab edirlər ki, burunlarını sürtərkən nəfəslərini belə birləşdirirlər və bu hərəkətləri Allaha belə xoş gedir.

Yeganə BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Noyabr 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri