“Hər muzey bir abidədir” adlı tədbir keçirilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 19 aprel, AZƏRTAC
Nəriman Nərimanovun Xatirə Muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Hər muzey bir abidədir” adlı tədbir təşkil olunub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində muzey əməkdaşlarının hazırladığı videoçarx nümayiş etdirilib.
Tədbirdə muzeyin direktoru Ləman Hüseynova, kulturoloq, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov və digər çıxışçılar abidələrin və muzeylərin cəmiyyət həyatındakı rolundan danışıblar. Tədbir zamanı tələbələrin təqdimatları dinlənilib, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri musiqi nömrələri ilə çıxış ediblər.
Tədbir çərçivəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş sərgi də nümayiş olunub.
Sonda Ləman Hüseynova tələbələri fəal iştiraklarına görə “Təşəkkürnamə” ilə təltif edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 19 Aprel 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















