Icma.az
close
up
RU
Hər səhər edilən bu vərdiş ürəyə ziyan vurur

Hər səhər edilən bu vərdiş ürəyə ziyan vurur

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Ürək sağlamlığını qorumaq sağlam həyat sürmək üçün mühüm əhəmiyyət daşıyır.

Milli.Az xəbər verir ki, mütəxəssislər gündəlik həyatdakı kiçik səhvlərin belə ürək sağlamlığına mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edirlər.

Ürək cərrahiyyəsi üzrə mütəxəssis Dr. Jeremy London bildirir ki, səhərlər ağız təmizliyi üçün istifadə edilən spirt əsaslı qarqara məhsulu damarların genişlənməsinə kömək edən sağlam bakteriyaları öldürərək ürək sağlamlığına zərər yetirə bilər. Araşdırmalar bu cür qarqaraların qan təzyiqini artıraraq hipertoniya riskini yüksəltdiyini göstərir. Mütəxəssislər ağız sağlamlığını qorumaq üçün daha təbii məhsullardan istifadəni tövsiyə edirlər.

Dr. London siqaretin ürək sağlamlığına ən böyük təhdidlərdən biri olduğunu bildirərək, elektron siqaretlərin də ənənəvi siqaret qədər zərərli olduğunu vurğulayıb. O, nikotinin damarları zədələdiyini və qanın laxtalanma riskini artıraraq ürək tutması və insult kimi ciddi sağlamlıq problemlərinə yol aça biləcəyini qeyd edib.

Həmçinin, həddən artıq işlənmiş qidaların ürək xəstəlikləri, şəkərli diabet və piylənmə ilə birbaşa əlaqəli olduğunu bildirən Dr. London bu qidaların damarların daralmasına səbəb olduğunu bildirib. Spirtli içkilərin çox istifadəsinin isə orqanizmdə zərərli maddələrin yığılmasına səbəb olduğunu və xərçəng riskini artırdığını deyib.

Mütəxəssislər oturaq həyat tərzinin piylənmə, yüksək qan təzyiqi və yüksək xolesterin kimi ürək xəstəliklərini artırdığını qeyd edir. Dr. London müntəzəm fiziki fəaliyyətin ürək sağlamlığını qorumaq üçün vacib olduğunu vurğulayıb.

Uzunmüddətli stress də damarların daralmasına və qan təzyiqinin artmasına səbəb olur. Eyni zamanda, stressin zərərli vərdişlərə meyilləndirdiyi və bu səbəbdən sağlamlığa mənfi təsirlərinin daha da artdığı bildirilir.

Dr. London ürək sağlamlığını qorumaq üçün siqaret və alkoqollu içkilərdən uzaq durmağı, sağlam qidalanma rejimi tətbiq etməyi, müntəzəm idmanla məşğul olmağı və stresslə mübarizə üsullarını inkişaf etdirməyi tövsiyə edir. Bu sadə tədbirlər ürək tutmasının qarşısını alaraq həyat keyfiyyətini yüksəldə bilər.

İsmayıl
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 Dekabr 2024 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri