Icma.az
close
up
RU
Hər şeydə nöqsan axtarmağa çalışanlar

Hər şeydə nöqsan axtarmağa çalışanlar

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Cəmiyyət, insanlar qəribədir. Heç nə ilə onu razı salmaq olmur. Elə hey narazıdır, şikayət edir. Yaxşısına da, pisinə də.
30 ilə yaxın torpaqlarımız işğal altında qaldı. Hər dəfə hansısa xarici blogger Şuşadan, Xankəndidən, Laçın, ya Kəlbəcərdən video paylaşanda ürəyimiz sızladı, dağlandı. "Nə vaxtsa o torpaqlara qayıda bilərikmi?" sualı ilə illərimizi ötürdük. Məclislərdə, bayramlarda "İnşallah növbəti ili Şuşada, Xankəndidə, Qarabağda qeyd edək" sağlıqları dedik. Nəhayət, o gün gəldi. Ali Başı Komandan İlham Əliyev və Onun Müzəffər Ordusu ilə 44 günlük Vətən müharibəsi, ardınca antiterror əməliyyatları ilə erməni işğalı altında olan ərazilərimizi azad etdik. Ərazi bütövlüyümüz tam bərpa edildi. Artıq 5 ilə yaxındır ki, ermənilər tərəfindən xaraba qoyulmuş, dağıdılmış yurd yerlərimiz yenidən qurulur, inşa edilir. Mərhələ-mərhələ insanlarımız öz ata-baba yurdlarına qayıdır. Qarabağda yeni həyat başlayır, yurd yerlərimiz canlanır. Ancaq yenə də cəmiyyətin müəyyən təbəqəsi narazıdır. Nəyə? Qarabağda quruculuq-abadlıq işlərinin aparılmasına. Nəymiş? Büdcədən Qarabağın bərpasına çox vəsait sərf edilirmiş. Olsun, lap 10 qat artıq ayrılsın. Axı özümüz istəyirdik Qarabağın azadlığlını. İndi nə oldu? Məgər indi Qarabağ bizim deyil? Məgər bu gözəl diyarımızın yenidən qurulması. abadlaşdırılması pisdirmi? Burnumuzun ucu göynəyirdi Qarabağın işğal altında olan bir kəndi, qəsəbəsi üçün. Hələ mən Şuşasını, Laçınını, Kəlbəcərini və s. demirəm. Bir sözlə cəmiyyətin narazılığı, etirazı bitməz-tükənməzdir.

Cəmiyyətin haqsız narazılığı tək Qarabağla bitmir. Hər mövzuda, hər məsələdə cərəyan edən prosesləri, görülən işləri bir süngü ilə qarşılamaq kimi acı təcrübə ilə qarşı-qarşıyayıq. Yaşı keçmiş, fiziki gücü qalmayan, idarəçiliyə töhfə verə bilməyən yüksək rütbəli məmurların, elə deputatların gəncləşməsini istəyirik. Hər zaman cəmiyyətin sosial sifarişini nəzərə alan dövlət baba bu sahədə də islahatlara imza atır, idarəetmə və qanunvericiliyə gənc kadrların cəlb edilməsini uyğun bilir. Son illərdə neçə nazirlik və komitələrə gənc və perspektivli kadrlar təyin edilib. Hamısı da işini yüksək peşəkarlıqla icra edir. Elə Milli Məclisin özünə son parlament seçkilərində neçə-neçə gənc deputatlar seçilib. Adlarını sadalaya bilərəm. Pərvanə Vəliyeva, Mahir Süleymanlı, Nigar Məmmədova, Bəhruz Məhərrəmli, Ramil Həsən və s. Ancaq cəmiyyət yenə də narazı görünür. Hətta hansısa deputatın seçicisi olmayan vətəndaşımız belə o deputatın fəaliyyətini təftiş edir, seçicilər üçün hansı işlər gördüyünün fərqinə varmadan, anlamadan onu baltalamağa çalışır. Necə ki, Şabran rayonundan Milli Məclisə deputat seçilmiş Mahir Süleymanlıya qarşı yönələn səlib yürüşü kimi.
Etiraf etmək lazımdır ki, Mahir Süleymanlı deputat seçildiyi rayonun seçiciləri üçün bir millət vəkilinin səlahiyyətləri çərçivəsində olan bütün işləri görür. Adam hər həftə rayonda seçiciləri iləm görüşür, onların qayğı və problemlərini dinləyir, seçicilərin qaldırdıqları məsələlərin bir çoxunu yerindəcə həll edir. Deputat səlahiyyətindən kənar olan məsələləri isə müvafiq qurumların köməyi ilə yoluna qoymağa çalışır. Mahir Süleymanlı bir deputat kimi şəhid ailəsinin yanında yer alır, qazisini sevir, onun dərdinə şərik olur, təbii fəlakət nəticəsində ziyan görmüş vətəndaşlarla çiyin-çiyinə verib onu aradan qaldırmağa çalışır. Bir deputat bundan artıq nə etməlidir ki? Ancaq görünür seçici məmuniyyəti, insanların problemlərinin həlli kimlərisə narahat edir, qıcıqlandırır. Bu səbəbdən sosial şəbəkələrdə, müəyyən xəbər portallarında deputata qarşı kampaniya aparılır. İş o yerə çatıb ki, Mahir Süleymanlının fəalyyətində bir nöqsan tapa bilməyənlər onun qanunverici orqanda həmkarları ilə foto çəkdirməsini sosial şəbəkədə müzakirə mövzusuna çevirirlər. Ancaq atalar yaxşı deyib. "Ağa qara yapışmaz". Kimin nə deməsindən asılı olmayaraq istər dövlət, istər onun rəhbərliyi və kadrları, istərsə də xalqına, seçicilərinə xidmət edən deputatları bu müqəddəs missiyanı bundan sonra da uğurla və şərəflə davam etdirəcəklər.
Süleyman İsmayılbəyli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 30 Aprel 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri