Icma.az
close
up
RU
Hər üç min nəfərə bir vəkil... Hansı fəsadları var?

Hər üç min nəfərə bir vəkil... Hansı fəsadları var?

Icma.az bildirir, Bizim media portalına istinadən.

Ölkəmizdə hər 3 min nəfərə 1 vəkil düşür. Avropa ölkələri ilə müqayisədə vəkillərin sayı hələ də çox azdır. Nəzərə alaq ki, əvvəllər vəziyyət daha pis idi. Belə ki, 10 il əvvəl Azərbaycanda 11 min nəfərə 1 vəkil düşürdü.
Bəs, vəkil azlığı hansı problemlərə yol açır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov deyib ki,  Azərbaycanda vəkillərin sayı digər ölkələrlə müqayisədə azdır:
“Bu o demək deyil ki, vətəndaşlar vəkil tapa bilmirlər. Xeyr! Hər kəs özünə vəkil tapa bilir. Problem ondadır ki, vəkilin azlığı xidmətin keyfiyyətini aşağı salır. Nəzərə alaq ki, məhkəmələrdə iş saatı 9:00-dan 18:00-dəkdir. Vəkil bu müddətdə məhkəmələrə qaçır.
Bununla paralel vəkil hər bir iş üzrə hazırlaşmalıdır. Bu hazırlıq prosesi də xeyli vaxt aparır.
Digər tərəfdən vəkil öz üzərində daima işləməlidir. Tez-tez dəyişən qanunlardan, qaydalardan məlumatlı olmalıdır. Bütün bunlar vaxt tələb edir. Lakin vəkilin azlığı və işlərin çoxluğu imkan vermir ki, vəkillər hər bir işə istədiyi kimi yaxşı hazırlaşsın.
Bundan əlavə, xarici ölkələrdə vəkillərin ixtisaslaşması var.

Bir vəkil bank məsələlərinə baxırsa, digəri əmlak mübahisələriylə məşğuldur. Bu da keyfiyyətli xidmətə zəmanət yaradır. Bizdə isə vəkillərin az olması ona gətirib  çıxarır ki, bir adam həm boşanma, həm vergi, həm əmlak mübahisələrinə, həm də cinayət işlərinə baxır. Belə vəziyyətdə isə vəkil keyfiyyətli xidmət göstərə bilməz. Çünki vəkil bütün sahələri gözəl bilə bilməz. Ona görə də vəkil azlığı xidmətin keyfiyyətini aşağı salır”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 İyul 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri