Icma.az
close
up
RU
Hər üç saniyədə bir nəfəri öldürür: Türkiyəli həkim təhlükəli xəstəliklə bağlı xəbərdarlıq etdi

Hər üç saniyədə bir nəfəri öldürür: Türkiyəli həkim təhlükəli xəstəliklə bağlı xəbərdarlıq etdi

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Hər üç saniyədə bir nəfər sepsisdən ölür. Sepsis ölümlə nəticələnə bilən ən ciddi sağlamlıq problemlərindən biri hesab olunur".

Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Türk Torakal Dərnəyinin Tənəffüs Çatışmazlığı və Reanimasiya İşçi Qrupunun rəhbəri, professor Eylem Tunçay danışıb.

Eylem Tunçay 13 Sentyabr - Dünya Sepsis Günü ilə bağlı açıqlamasında ictimaiyyəti bu səssiz təhlükəyə qarşı ayıq olmağa çağırıb.

"Hər il təxminən 50 milyon insan sepsis xəstəliyinə tutulur, 11 milyon insan isə bu xəstəlik səbəbindən həyatını itirir", - deyə mütəxəssis bildirib.

Tunçay erkən diaqnoz və düzgün müalicə ilə sepsisin qarşısının alına biləcəyini, maarifləndirmənin artırılmasının da həyati əhəmiyyət kəsb etdiyini qeyd edib.

"Əl gigiyenası, peyvənd, infeksiyaların erkən diaqnozu və uyğun antibiotik istifadəsi sepsis hallarının əhəmiyyətli bir hissəsinin qarşısını ala bilər", - deyə o əlavə edib.

Həmçinin Türk Torakal Dərnəyi Mərkəz İdarə Heyətinin üzvü Dorina Esendağlı da Dünya Sepsis Günü çərçivəsində hər kəsi maarifləndirməyə çağırdıqlarını ifadə edib.

"Sepsisi tanıyın, həyat xilas edin. Həm tibb sahəsində professionallar, həm də ictimaiyyət bu səssiz təhlükəyə qarşı ayıq olmalıdırlar. Profilaktik tədbirlərlə bağlı məlumatlılığın artması sepsisdən qaynaqlanan ölüm hallarının azaldılmasında mühüm rol oynayacaq", - deyə o bildirib.

Mütəxəssislərin fikrincə, sepsis erkən aşkar edildikdə müalicə oluna bilər. Ancaq simptomlara (əlamətlərə) məhəl qoyulmaması ölümcül nəticələrə gətirib çıxara bilir.

Qızdırma, nəfəs darlığı, huşun qarışması, sürətli ürək döyüntüsü və şiddətli ağrı sepsisin ən vacib xəbərdaredici əlamətlərindəndir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Sentyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see178

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see153

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see142

Təcrübəli futbolçularımız da sözlərini dedilər Rüstəm Məmmədov

12 Sentyabr 2025 00:01see140

Arıqlamağa kömək edən İÇKİ Effekti təsdiqləndi

12 Sentyabr 2025 03:32see136

“Çarli Kirk cəmiyyətin qəlbini qazandığı üçün öldürülən lider“ “Washington Examiner“

11 Sentyabr 2025 21:02see136

Ermənipərəst senatorun həyat yoldaşı da məhkum edilib

11 Sentyabr 2025 22:12see135

Məcburi köçkünləri təhqir etdiyi üçün işindən azad edildiyi deyilən aparıcıdan AÇIQLAMA

12 Sentyabr 2025 00:00see133

Amerikada qızılcaya yoluxan uşaq ölüb

12 Sentyabr 2025 15:13see132

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see127

Heç vaxt icazə verməyəcəyik ki, bir əsgər belə... Salvini

12 Sentyabr 2025 01:45see125

Paketadan ayrılıq qərarı

12 Sentyabr 2025 14:29see124

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see124

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see123

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see122

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see120

Uşaqda məktəbdən sonra baş ağrısının 5 SƏBƏBİ

12 Sentyabr 2025 16:09see119

“Putin üçün iqtisadiyyat artıq siyasi məsələdir“ Aleksaşenko

11 Sentyabr 2025 21:52see119

“Millət vəkili” anlayışı kimi “ekspert” sözü də cəmiyyətdə formalaşır Fazil Mustafa

12 Sentyabr 2025 19:38see115

Balıq və quşların davranışı dronların inkişafına kömək edir...

11 Sentyabr 2025 19:53see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri