Icma.az
close
up
RU
Hər yaşda və hər vaxtda hərəkət!

Hər yaşda və hər vaxtda hərəkət!

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Gəzinti, qaçış, idman oyunları...

Fiziki fəallıq insan sağlamlığının ən vacib şərtlərindən biridir. Hərəkət təkcə gümrah olmaq üçün deyil, həm də ümumi əhvalımızı yaxşılaşdırmaq, enerji potensialımızı yüksəltmək və daha sağlam həyat tərzi keçirmək üçün də vacibdir. Bu fikirləri XQ-yə müsahibəsində terapevt Məlahət Məmmədova bildirdi. O, fizki fəallığın həyatımızdakı əhəmiyyətindən söz açaraq dedi:

– İnsanın sağlamlığı bir çox halda özündən asılıdır. Yəni bəzi xəstəliklər var ki, məhz özünə biganə yanaşmaq, az hərəkət etmək, qida və yuxu rejiminə əməl etməmək nəticəsində yaranır. Hərəkət, fəallıq sağlamlıq üçün vacib şərtdir. İnsan daim hərəkətdə olduqda orqanizmdə qan dövranı yaxşılaşır, əzələlər güclənir və ürək qaydasında işləyir. Hərəkət azaldıqca bədən passivləşir, maddələr mübadiləsi pozulur və müxtəlif sağlamlıq problemləri yaranmağa başlayır.

Uzun müddət hərəkətsiz qalan insanlarda çəki artması, oynaqlarda problemlər yaranması müşahidə olunur. İdman etmək zehni sağlamlıq üçün də faydalıdır. Hərəkət zamanı bədəndə xoşbəxtlik hissi yaradan hormonlar ifraz olunur. Bu da, insanın özünü daha nikbin hiss etməsinə kömək edir: əsəbilik azalır, yuxu rejimi normallaşır, əhval-ruhiyyə və ümumi məmnunluq artır.

– İnsanın sağlam olması üçün qaçış, yoxsa yürüş daha çox faydalıdır?

– Hər kəsin bədən quruluşuna və sağlamlıq vəziyyətinə görə fiziki fəaliyyəti də fərqli olur. Gəzmək hər yaşda olan insanlar üçün ən əlçatan, daha yüngül və təhlükəsiz fəallıqdır. Bu, oynaq problemləri olan və ya artıq çəkidən əziyyət çəkən insanlar üçün ideal seçimdir. Gəzinti uzun müddət hərəkətdə olmaq üçün daha əlverişlidir, çünki yorğunluq və zədələnmə riski azdır. Gəzinti zamanı ürək ritmi tədricən artır, bədən daha yaxşı oksigenləşir və qan dövranı normallaşır.

Qaçış isə daha üstün fəaliyyət olduğu üçün artıq kalorilərin tez yanmasına kömək edir və dözümlülüyü artırır. Lakin qaçış oynaq və sümüklərə daha çox yük saldığı üçün düzgün idman ayaqqabısı seçmək və texnikaya diqqət etmək vacibdir. Əgər məqsəd, sadəcə, sağlamlıqdırsa, gündəlik gəzinti kifayət edər. Bədəni daha dözümlü etmək üçün qaçmaq daha faydalı olar.

– Doktor, fiziki fəallıq hansı xəstəliklərin qarşısını
alır?

– Davamlı fiziki fəallıq bir çox xəstəliklərin qarşısını almağa kömək edir. Məsələn, ürək-damar problemləri hərəkətsiz həyat tərzi ilə birbaşa bağlıdır. İnsan nə qədər az hərəkət edirsə, damarlarında qan dövranı bir o qədər zəifləyir və bu da yüksək qan təzyiqinə, infarkt və insult kimi bəlalara səbəb olur. Hərəkət həm də çəkinin normada qalmasına kömək edir və artıq çəkidən qaynaqlanan şəkərli diabet xəstəliyinin qarşısını alır. Sümüklər və əzələlər də hərəkətsiz qaldıqda zəifləyir. Bu da yaşlaşdıqca sağlamlığa əngəl yaradır.

Hərəkət yalnız fiziki xəstəliklərin deyil, eyni zamanda, psixoloji pozuntuların da qarşısını alır. Davamlı şəkildə idman edən insanlarda depressiya və əsəbilik daha az olur. Hərəkət azaldıqca bədəndə artıq enerji toplanır, bu da piylənməyə səbəb olur. Çəki artdıqca oynaq problemləri, bel ağrıları və digər narahatlıqlar ortaya çıxa bilər. İdman hərəkətlərinə uşaqlıqdan vərdiş etmək lazımdır. Bu, sağlamlığı qorumağa zəmin yaradır.

– Bəs uşaqlar üçün ən uyğun fiziki məşqlər hansılardır?

– Uşaqların enerjisi çox olduğu üçün gün ərzində hərəkətdə olmaları onların həm fiziki, həm də zehni inkişafları üçün önəmlidir. Açıq havada qaçmaq, velosiped sürmək və üzmək uşaqların həm əylənməsinə, həm də sağlam böyüməsinə kömək edir. Eyni zamanda, komanda oyunları onların ünsiyyət bacarıqlarını və birlikdə işləmə vərdişlərini inkişaf etdirir.

Valideynlər uşaqları durğun həyat tərzindən uzaq saxlamalı, açıq havada oynamağa, idman etməyə təşviq etməlidirlər.

– Yaşlı insanlar üçün hansı idman növləri təhlükəsiz hesab olunur?

– Yaşlaşdıqca bədən əvvəlki kimi çevik qalmır və bəzi fiziki fəaliyyətlər sağlamlıq baxımından riskli olur. Buna görə də yaşlılar üçün ən uyğun idman oynaq və sümüklərə ağırlıq salmayan, bədəni gücləndirən məşqlərdir. Gəzinti təhlükəsiz və təsirlidir. Gündəlik gəzinti oynaq sağlamlığını qorumağa kömək edir. Suda edilən idman hərəkətləri də çox faydalıdır. Suyun təsirilə bədən daha az yüklənir. Su aerobikası və ya üzgüçülük əzələləri gücləndirir və bədənin elastikliyini qoruyur. Eyni zamanda, yüngül dartınma hərəkətləri və sadə gimnastika yaşlı insanların daha sağlam və gümrah qalmasına kömək edir. Yoqa və meditasiya isə həm bədənə, həm də zehnə rahatlıq verir. Yaşlılar hərəkətsiz qaldıqca əzələlər zəifləyir, buna görə də hər gün fəal olmaq çox vacibdir.

– İdmana başlayanda, yəqin ki, qidaya da hədd qoyulmalıdır.

– Əlbəttə. İdman edən insanlar yeyib-içməklərinə diqqət etməlidirlər, çünki bəzi qidalar məşqin təsirini azalda bilər. Məsələn, qazlı və şəkərli içkilər qəbul edəndə bədənin adi suya daha çox tələbatı yaranır. Həmin içkilər enerjini müvəqqəti artırsa da, tez də yorğunluq yaradır.

Yağda qızardılmış yeməklər həzm sistemini yükləyir, insan məşqdən əvvəl və sonra özündə ağırlıq hiss edir. Xəmir xörəklərin qəbuluna da diqqət edilməlidir. Süni qatqılar və konservantlarla zəngin olan məhsullar bədəndə lazımsız maddələrin toplanmasına səbəb olur. Buna görə də, idman məşqlərinə başlayanda təbii və balanslı qidalar qəbul etmək vacibdir. Təzə meyvə-tərəvəz, protein mənbələri və bol su içmək daha faydalıdır.

– Günün hansı saatlarında hərəkət xeyirlidir?

– İdmanın hansı saatda edilməsi fərdi seçimdən və insanın gündəlik rejimindən asılıdır. Səhər idmanı maddələr mübadiləsini sürətləndirir və günə enerjili başlamağa kömək edir. Bu zaman insanlar gün ərzində daha fəal, gümrah və məhsuldar olurlar.

Axşam saatlarında edilən idman isə gün ərzində yığılan həyəcan yükünü azaltmağa kömək edir. Axşam məşq edən insanlar günün sonunda rahatlıq hiss edir və daha yaxşı yuxuya gedirlər. Lakin yatmazdan əvvəl məşq etmək bəzi insanların yuxusunu poza bilər.

Əsas məsələ gün ərzində bədənin hərəkətsiz qalmamasıdır. İstər səhər və gündüz, istərsə də axşam idman etmək sağlamlığa önəmli təsir göstərir.

– İdmandan kənar qalanlara hansı hərəkətlər gümrahlıq gətirir?

– Əlbəttə, hər kəsin idman etməyə vaxtı və ya imkanı olmur. Belə insanlar da gündəlik həyatlarına sadə hərəkətlər əlavə edə bilərlər. Bunun üçün daha çox hərəkət etmək mümkündür. Məsələn, yuxarı mərtəbələrə qalxmaq üçün lift əvəzinə pilləkənlərdən istifadə etmək, işdə hərəkət etmək, qısa məsafələrə piyada yollanmaq bu baxımdan faydalıdır.

Ev işləri görmək, bağçılıqla məşğul olmaq və ya hətta musiqi ilə hərəkət etmək də bədəni fəal saxlayar. Oturaq vəziyyətdə əl-qol-ayaq hərəkətləri də sağlamlığa az da olsa təsir edə bilər.

Fiziki fəallıq sağlam həyatın ayrılmaz hissəsidir. Sağlam və gümrah həyat sürmək üçün hərəkəti vərdiş halına salmaq vacibdir. Bunun üçün ağır məşqlərə ehtiyac yoxdur. İnsan istər peşəkar idmançı olsun, istərsə də, sadəcə, sağlam qalmaq üçün hərəkət etsin, vacib olan bədəni durğun saxlamamaqdır. Hər kəs öz bədəninə uyğun fəaliyyət növünü seçməli və bunu davamlı hala gətirməlidir.

Unutmaq olmaz ki, sağlam həyat tərzi hər gün atılan kiçik addımlarla formalaşır.

Söhbəti qələmə aldı:
Zərifə BƏŞİRQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Aprel 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see635

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see433

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see411

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see386

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see223

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see220

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see210

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see206

“Mirzə Əsgərov bizim üçün əziz dost, dəyərli ziyalı və nümunəvi vətəndaş idi” VÜQAR RƏHİMZADƏ

07 İyul 2026 16:50see204

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see191

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see191

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see182

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see180

İsveçrə 72 ildən sonra 1/4 finalda Tarixi uğur

08 İyul 2026 03:58see165

YAP Qusar rayon təşkilatının yeni sədri ictimaiyyətə təqdim olundu FOTO

07 İyul 2026 19:08see164

“Hörmüzdə gəmilərə hücum edilib”

07 İyul 2026 05:19see158

İyulun 7 8 də Günəş aktivliyi artacaq

07 İyul 2026 19:30see155

Prezident yeni cərimələri TƏSDİQLƏDİ

07 İyul 2026 16:05see155

Cokoviç Böyük Dəbilqə turnirlərində yeni rekorda imza atıb

08 İyul 2026 05:04see151

Yerin nüvəsində gözlənilməz dəyişiklik aşkarlandı

07 İyul 2026 05:40see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri