Icma.az
close
up
RU
Tərbiyə hər yaşda var...

Tərbiyə hər yaşda var...

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


İnsan axar su kimidir, hər gün, hər saat, hər an axır, dəyişir. Kim desə ki, tərbiyə müəyyən bir yaşa qədər mümkündür, inanmayın. İnsan hər yaşda özünü dəyişə, inkişaf etdirə bilər.
Sevimli Peyğəmbərimizin (s.ə.s.) çox gözəl bir sözü var: “Ard-arda iki günü bərabər olan zərərdədir”. Yəni, insan hər gün nəsə yeni bir yaxşılıq etməli, kimlərinsə işinə yaramalı, dərdlərinə məlhəm olmalıdır. Özünə güvənmək, hər gün daha yaxşı olmaq, insanlar üçün daha faydalı hala gəlmək insandan əzm istəyir. Doğrudur, hər insanın öz xarakteri var, amma əsas məsələ xarakteri yaşamaq deyil, haqqı, ədaləti əsas götürmək, doğru olan istiqamətə yönəlməkdir. Bizim tərbiyə anlayışımız budur.
Tərbiyə mövzusunda ən mühüm məqama toxunmaq istəyirik. Qəbul edilmiş bir həqiqət var: Siz tərbiyəli, dürüst övlad yetişdirmək istəyirsinizsə, əvvəlcə özünüzü tərbiyə edin, onsuz da uşaq sizdən nə görürsə, onu götürəcək. Yəni, valideyn ailədə onun-bunun qeybətini edirsə, yalan danışırsa, haqsız davranırsa, ağzından dürr də tökülsə, heç bir faydası olmayacaq. Çünki uşaq valideynin sözündən çox, davranışından örnək alacaq.
Unutmayaq ki, uşaq ətrafında hər şeyi müqayisə yolu ilə dəyərləndirir. Yəni, valideyn övladın gözündən düşərsə, övlad valideyndən çox başqasına etimad edərsə, heç şübhəsiz, onu da özünə örnək hesab edəcək. Bu zaman da, əlbəttə, valideyn sözü o uşaq üçün təsirli olmayacaq.
Özünü və dolayısı ilə başqalarını tərbiyə etmək insandan özünəinam tələb edir. Özünə inanmaq öz daxili gücünü, iradəsini səfərbər etməkdir, daim yaxşılığa tərəf dönməkdir, ancaq özünə aşiqlik deyil. Özünü başqalarından üstün görmək, “Mənsiz olmaz” düşüncəsinə qapılmaq insanı dəyərsizləşdirir, hər kəsdən təcrid edir.
Doğruluq təkcə söz deyil, ədalətdir, Allaha imandır, həyatını dünya nemətlərinə görə deyil, Allahın (c.c.) əmrlərinə görə şəkilləndirməkdir, əksər mənəvi gözəlliklərin qaynağıdır. Bu mövzuda söhbətimizi tanınmış İslam alimi Əbdülqadir Geylaninin hələ uşaq ikən başına gələn bir hadisə ilə davam etdiririk: Əbdülqadir Geylani məktəb yaşına çatanda elm öyrənmək üçün Bağdada getmək istəyir. Anası onu çox istəsə də, elmdən, öyrənməkdən söz düşəndə razılaşmalı olur. Rəhmətlik atasından qalmış qızılların yarısını o biri oğluna ayırır, yarısını da Əbdülqadirin kaftanının astarına tikir. Və oğluna nəsihət edir:
- Heç vaxt yalan danışma!
Balaca Əbdülqadir kiçik bir karvanla el-obasından ayrılıb Bağdada yola düşür. Dağlar, dərələr, çöllər aşırlar. Karvan xeyli yol gedəndən sonra birdən quldurlar qarşılarını kəsir. Karvan əhli özünü itirir. Quldur dəstəsi çox əzazil adamlar idilər. Yol kəsir, karvan soyur, hər şeyi talan edirdilər. Karvanın qarşısını divar kimi kəsən bir dəstə quldur:
- Tərpənməyin və nəyiniz varsa, yerə tökün, - deyə qışqırır.
Hamını dəhşət bürüyür, heç kim qorxusundan yerindən tərpənmir. Nə söz deməyə macalları, nə də müqavimət göstərməyə qüvvələri olur. Quldurlar karvanı talan etməyə başlayırlar. Malları yağmalayıb quldurbaşının qarşısında yerə sərilmiş iri bir örtüyün üstünə tökürlər. Əşyalardan bir təpə əmələ gəlir. Bu vaxt azğın quldurlardan biri gəlib Əbdülqadirin qarşısında dayanır və deyir:
- Ey dərviş qiyafəli uşaq, sənin nəyin var?
Balaca Əbdülqadir:
- Qırx qızılım var, - deyir.
Quldur inanmaq istəmir:
- Yalan danışma, kasıb uşaq. Qırx qızılı sən heç yuxuda da görə bilməzsən.
Quldurlardan biri sözə qarışır:
- Bəs o dediyin qızıllar hanı?
Əbdülqadirin verdiyi cavab quldurları daha da heyrətləndirir:
- Kaftanımın astarına tikilib.
Quldur dərhal uşağın yaxasından yapışıb qışqırır:
- Gəl!
- Hara?
- Başçımızın yanına!
Və ürkək baxışlı uşağı quldurbaşının yanına aparırlar. Quldurbaşı Əbdülqadiri üstdən-aşağı süzüb soruşur:
- Ay uşaq! Deyirsən, qırx qızılın var, düzdür?
- Bəli!
- Qızıllar haradadır?
- Kaftanıma tikilib.
O saat Əbdülqadirin kaftanını söküb qızılları götürürlər. Quldurbaşı heyrətini gizlədə bilməyib soruşur:
- Ay uşaq! De görüm, səndə qızıl olduğunu niyə boynuna aldın?
Əbdülqadir Geylani şirin bir təbəssümlə cavab verir:
- Anam mənə doğru danışmağı və Allahın rizasını unutmamağı tapşırdı. Doğruluq sədaqət, yalançılıq isə xəyanətdir. Mən xəyanət edə bilməzdim!
Gözünü qan, qəlbini günah tutmuş quldurbaşını elə bil ildırım vurur. Nur üzlü Əbdülqadirə xeyli baxır. O məsum üzün dürüstlük ifadəsi quldurbaşının daşlaşmış ürəyini yumşaldır. Birdən gözləri bulud kimi dolur və ağlamağa başlayır:
- Baxın, bu balaca uşaq anasına verdiyi sözə necə sadiqdir. O, anasına xəyanət etmədiyi halda, mən neçə vaxtdır Allahın sözünə və əmrlərinə xəyanət edirəm. Vay mənim halıma! Vay mənim halıma! Bu gün bütün günahlarıma və pis əməllərimə tövbə edirəm. Bu gözəl uşaq məni zülmətdən nura çıxardı.
Daş kimi bərk, qaya kimi sərt ürəkli quldurbaşının gözlərinin dolması və yanaqlarının islanması o biri quldurlara da təsir edir. Hamısı bir ağızdan qışqırır:
- Ey başçımız, bu günə qədər yol kəsməkdə, adam soymaqda və quldurluq etməkdə başçımız idin. İndi də tövbə və yaxşılığa dönməkdə başçımız ol! Biz yenə sənin əmrindəyik.
Quldurbaşı yaşlı gözlərini quldurlara dikib deyir:
- Elə isə kimdən nə almısınızsa, bir-bir özlərinə qaytarın və gəlin, elə buradaca günahlarımıza tövbə edək!
Quldurların hamısı bir ağızdan hayqırır:
- Baş üstə!
O saat karvandan alınan mallar, pullar, qızıllar sahiblərinə qaytarılır və karvan sağ-salamat yoluna davam edir.
Özünü yetişdirmək çox böyük güc tələb edir. Bir tərəfdən əxlaqi keyfiyyətlərlə yaşamalı, digər tərəfdən də çalışmalı, zəhmətdən çəkinməməlisən. Halallıq çərçivəsində, yalansız, dürüst bir həyat yaşamaq üçün əvvəlcə nələrdən imtina etməli olduğunu müəyyən etməli və qəti qərar verməlisən. Bu mövzuda güzəşt yoxdur. “Bir az günahdan bir şey olmaz”, yaxud “Bu gün istədiyimi edim, sabahdan başlayaram” düşüncəsi acizlikdir, qətiyyətsizlikdir və beləsi heç vaxt istədiyi hədəfə çata bilməz.
Bir məsələ də var ki, insan özünü nəyə və niyə hazırladığını dəqiq bilməlidir. Məqsədin sərvətə, şöhrətə, hörmətə sahib olmaqdırsa, həyatını ona görə qurmalısan, yox əgər hər işdə Allah rizasını əsas alırsansa, bu seçim daha böyük fədakarlıqlar tələb edir. Amma bütün hallarda dürüstlük, təvazö, səmimiyyət insana fayda gətirir. Özünü yetişdirmək də elə budur, nə olursa-olsun dürüst olmaq...
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 02 Fevral 2025 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri