Icma.az
close
up
RU
Hərb və sülh arasında seçim

Hərb və sülh arasında seçim

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

II MƏQALƏ

Azərbaycan: yeni geosiyasi əlaqələr

Qlobal əlaqələrin yeni formalarının meydana gəldiyinə əmin olan siyasi dairələr bağlanan müqavilələrdə də bu prosesin əksini tapdığından bəhs edirlər. Yeni əlaqələr çeşidində praqmatiklik, mütəhərriklik və situativliyi ayarıca vurğulayırlar. Bu faktorların hər birinin özünəxas siyasi və geosiyasi anlamı vardır.

Praqmatiklik hər bir dövlətin və ya dövlətlər qrupunun milli maraqlardan çıxışı edərək əməkdaşlığa istiqamətlənmiş fəaliyyətini nəzərdə tutur. Bu zaman başqa dövlətlərin milli maraqlarına qarşı çıxmamaq əsas şərtlərdən biri hesab olunur.

Mütəhərriklik sürətlə dəyişən qlobal mühitə adaptasiyanı milli maraqlara uyğun reallaşdırmağa işarədir. Özlüyündə bu proses çox mürəkkəbdir. Çoxlu sayda faktoru qarşılıqlı əlaqədə nəzərə almaq lazım gəlir. Bu anlamda mütəhərriklik həm də çevik diplomatiyanı ehtiva edir. Əgər diplomatik mütəhərriklik müxtəlif istiqamətlərdə eyni dərəcədə reaksiya vermək qabiliyyətini nəzərdə tutursa, çeviklik bu prosesin sürətinə (və ya reallaşma tezliyinə) aiddir.

Nəhayət, situativlik regiondan və konkret dövlətin identikliyindən asılı olaraq əhəmiyyətli sayılan sfera üzrə əməkdaşlığa aid müqavilələrin imzalanmasını nəzərdə tutur ki, bu da vəziyyətin dəyişməsi ilə yeni məzmunda sazişləri stimullaşdıra bilər. Situativlik diplomatiyada kontekstə uyğun müsbət nəticəverici fəaliyyətlə bağlıdır. Hər bir əhəmiyyətli geosiyasi situasiyada uğura hesablanmış addımlar atılmalıdır. Lakin mövcud situasiya üçün tətbiq edilən fəaliyyət üsulları statikləşdirilməməli, yeni vəziyyətlərə uyğun yeniləşmə potensialı saxlanmalıdır. Eyni zamanda, situasiyalar bir-biri ilə milli maraqlar zəminində daxili bağlantılara malik olmalıdırlar.

Deməli, yeni geosiyasi əlaqələrin fəlsəfəsində konkret məqsədyönlü müqavilələr daha səmərəli hesab olunurlar.

Dövlətin gücü və güc balansı

Vurğulanan dinamika konseptual səviyyədə 2 mühüm geosiyasi faktorun daha da aktuallaşması fonunda özünü göstərir. Onlardan biri “dövlətin gücü”, digəri isə “güc balansı şəbəkəsi” anlayışlarıdır. Azərbaycanın əməkdaşlıq və təhlükəsizliyin təmini üzərində sülhsevər dövlət identikliyi üçün bu iki anlayış ayrıca əhəmiyyət daşıyır. Çünki hər ikisi “infrastruktur diplomatiyası” adlanan fenomenin mühüm faktorları sırasındadırlar. Azərbaycanın orta güc kimi formalaşmasında bu parametrlərin rolu xüsusidir. Məsələnin bu aspekti üzərində dayanaq.

İnfrastruktur diplomatiyası

İndi bu anlayış analitiklər tərəfindən tez-tez işlədilir. Ümumi anlamı ölkənin xarici siyasətinin başlıca məqsədinin dövlətin müxtəlif sferalar üzrə infrastruktur yaratması xəttiylə bağlılığından qaynaqlanır. Müasir geosiyasətdə bu kontekstdə əsas olaraq Çin və Qərbin infrastruktur diplomatiya nümunəsindən danışırlar. Çin üçün bu “Bir kəmər, bir yol” layihəsi, Qərb üçün isə “Quad”la (Quad - ABŞ, Yaponiya, Hindistan, Avstraliya “dördlüyü”) əlaqəli təhlil edilir. Lakin onlarla yanaşı, orta güc ranqında olan dövlətlərin də özünəməxsus infrastruktur diplomatiyası nümunələri mövcuddur. Azərbaycan bu məsələdə xüsusi diqqətə layiq təcrübəyə malik dövlət halına gəlmişdir. Bu bağlılıqda Prezident İlham Əliyevin “biz əsasən infrastruktur layihələrinə sərmayə yatırmışıq” fikri daha dərin qatlarda məna çalarlarına malik siyasi tezis təsiri bağışlayır.

2026-cı ilin yanvarında Davos Forumunda suallara cavabı zamanı dövlət başçısı vurğulamışdır: “Azərbaycana gəldikdə, bir daha qeyd edirəm ki, bizim coğrafi mövqeyimiz çox əlverişlidir. Bundan əlavə, biz müasir infrastrukturun yaradılmasına çoxlu investisiya yatırmışıq. İkincisi, qeyd etdiyiniz kimi, bizim nəsil çox gəncdir. Bizim əlavə və çox kreativ əmək ehtiyatlarımız var. Əlbəttə ki, biz təbii ehtiyatlarla – neft və qazla zənginik, bu da bizim üçün enerji təhlükəsizliyi yaradır. Ona görə də bizim qonşu ölkələr və çox sayda tərəfdaşlarımızla münasibətlərimiz qarşılıqlı maraqlara əsaslanır”.

Deməli, infrastrukturun yaradılması birbaşa siyasi və diplomatik strateji mənaya malikdir. Burada yeni infrastruktur şəbəkəsinin formalaşdırılması əməkdaşlıq və qarşılıqlı faydalılıq əsasında milli təhlükəsizliyi təmin edir.

Bu faktorlar dövlətin beynəlxalq miqyasda fəaliyyətinə yeni fəlsəfi çalar qazandırır. Onu Azərbaycan Prezidenti aşağıdakı kimi ifadə etmişdir: “Bundan əlavə, biz bu və ya digər beynəlxalq qurumda təmsilçiliyimizlə bağlı hər bir məsələyə praqmatik yanaşırıq. Bu, bizə nə verəcək? Əgər, bu, bizə daha çox iqtisadi stimul, biznes üçün daha çox imkanlar, daha çox sabitlik və daha çox təhlükəsizlik verəcəksə, əlbəttə ki, biz bunu nəzərə alırıq. Biz bir sıra beynəlxalq institutların üzvüyük”.

Bu fikirlərdə infrastruktur diplomatiyasının dövlətə verdiyi töhfələrin bir qismi ifadə edilmişdir. Onlardan görünür ki, müstəqil inkişaf əməkdaşlıq, qarşılıqlı faydalılıq, təhlükəsizlik, sabitlik və yeni əmək ehtiyatları faktorları ilə fərqli dinamika alır. Məsələ bununla məhdudlaşmır. Çünki infrastruktur diplomatiyası dövləti regionlararası və qlobal miqyaslarda anlamları olan yeni səviyyəyə çıxarır. Bu miqyasın isə öz aparıcı faktorları mövcuddur.

Şəbəkələr balansı və güc

Praqmatik, mütəhərrik və situativ qlobal əlaqələr dövlətlərarası münasibətlərdə “bloklararası mübarizə” modelindən “şəbəkələr balansı” nümunəsinə keçid imkanı yaradır. İnfrastruktur diplomatiyası bu keçidin əsas mexanizmidir. Onun başlıca əlaməti gücün şəbəkə, tərəfdaşlıq və etibarlılıq vasitəsiylə formalaşması ilə əlaqəlidir. Bununla dövlətlərarası münasibətlərin ənənəvi ierarxiyasının “sərhədləri pozulur”. Meydana yeni formalar və münasibətlər qaydaları çıxır. Onlar öz növbəsində orta güclər arasında tərəfdaşlıq “xəritəsi”ni yeniləşdirir. O cümlədən, bir-biri ilə “örtüşən tərəfdaşlıq modelləri” formalaşır. Bu proseslərdə iştirak edən dövlətin gücü vurğulanan tendensiyaların ortaq proyeksiyası olaraq əmələ gəlir.

Mürəkkəb mənzərədir, lakin “şəbəkələrin balansı” anlayışı onu izah edə bilir. İnfrastrukturlar fərqli regionlara aid olsalar da, onları birləşdirən ortaq geosiyasi və siyasi dəyər olmalıdır.

Məsələn, Azərbaycanın təşəbbüsü ilə Mərkəzi Asiyada, Cənubi Qafqazda, Yaxın Şərqdə və Avropada yaradılan infrastrukturlar “nöqtəvi” xarakter daşımırlar – onların hər biri digəri ilə “ana geosiyasi və əməkdaşlıq şərti” ilə bağlanırlar. Məsələnin də başlıca mahiyyəti bu məqamla bağlıdır.

Azərbaycan nümunəsində həmin şərt milli maraqlar, əməkdaşlıq, təhlükəsizlik, qarşılıqlı faydalılığın infrastrukturda ifadə olunan substantiv (əyaniləşmiş, konkret predmetik) və funksional aspektlərinin regionlararası miqyasda geosiyasi effekt verməsində ifadə olunur. Diplomatiyanın gücü bu məqamda özünü göstərir. Yəni infrastruktur şəbəkələri arasında geosiyasi müstəvidə daxili və dərin əlaqələrin praktiki fayda verməsini məhz diplomatiya təmin edir.

Çünki bu prosesdə şəbəkələr balansı üçün “layiqli və əsaslı etimad” məsələsi ilk sıraya çıxır. İnfrastrukturun yaradılmasında iştirak edən dövlətlər arasında tam əsaslı qarşılıqlı etimad və etibarlılıq mühiti formalaşırsa, münasibətlər şəbəkəsində sinerji əmələ gəlir. Sinerjinin əmələ gəlməsində şəbəkələrin balansı mühüm rol oynayır. Bununla davamlı sülh yaratmağa yetərli olan gücün formalaşmasının çox vacib bir aspekti aydınlaşır. Həmin aspekt çərçivəsində iki keyfiyyəti vurğulamaq lazımdır.

Birincisi, dövlətin öz regionunda praktiki olaraq milli təhlükəsizliklə əməkdaşlıq, tərəfdaşlıq və infrastruktur şəbəkəsini uyğunlaşdırmaq qabiliyyəti mütləq gərəkdir. Bunun praktiki nümunəsi Azərbaycan Prezidentinin aşağıdakı fikirlərində dolğun ifadə olunmuşdur. Dövlət başçısı demişdir: “Ölkə olaraq biz hər zaman diqqətimizi regional gündəliyimizə yönəldirik. Biz regionda istədiyimizə nail ola bilmiriksə, qlobal məqsədlərdən söhbət gedə bilməz. Ancaq bu gün biz paralel şəkildə gedən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə yaxınlaşmasından bəhs edirik. Bu, mütləq paralel şəkildə və eyni vaxtda Türkiyə ilə Ermənistan və Azərbaycan ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması ilə nəticələnəcək. Bununla da biz geniş coğrafi ərazidə, Avrasiyanın bir hissəsində bağlantı, enerji təhlükəsizliyi, sülh və sabitlik baxımından olduqca əhəmiyyətli addım atırıq. Bu, uzun illər davam edən müharibələrin əməkdaşlığa və tərəfdaşlığa çevrilməsinin nümunəsidir”.

Regional miqyasda infrastrukturun yaradılması enerji təhlükəsizliyini, sülhü və sabitliyi təmin etməyə yönəldilmişdir ki, bir tərəfdən regional əməkdaşlıq və tərəfdaşlığa, digər tərəfdən isə Cənubi Qafqazı geosiyasi aspektdə bütövlükdə Avrasiyanın bir hissəsinə çevirməyə töhfədir. İnfrastrukturun substantiv gerçəklik kimi geosiyasi funksionallıq kəsb etməsi nümunəsi bundan ibarətdir.

İkincisi, dövlətin həmin sinerjini davamlı olaraq formalaşdırmaq üçün kifayət qədər təbii potensialı olmalıdır. Azərbaycan üçün bu funksiyanı yerinə yetirən faktoru ölkə rəhbəri dəqiq ifadə etmişdir: “Yenə də nə Cənubi Qafqazda, nə Orta Asiyada, nə yaxın qonşuluqda bizim qədər sərbəst enerji gücü ola biləcək ikinci ölkə yoxdur. Çünki bəzi ölkələr elektrikə çevirmək üçün xaricdən təbii qaz alır, bəzi ölkələr xaricdən elektrik enerjisi alır, çünki özləri üçün çatmır. Biz isə həm enerji satırıq, həm ixrac edirik - həm qaz, həm neft, həm neft məhsulları, həm neft-kimya məhsulları, həm də əsas xammal olan təbii qaz gübrələri. Yəni bizdə bütün sikl tam formalaşıb: həm daxili istehlak, həm ixrac”.

Aydındir ki, dövlətin müasir anlamda real birləşdirici və sülhyaradıcı gücünün baza faktoru və ya stimulverici parametri olmalıdır. Çünki sülhyaradıcı və birləşdirici güc olmaq birdəfəlik aksiya deyildir. O, davamlı və həmişə təsirli olmalıdır. Azərbaycan üçün bu rolu ifadə edən əsas faktor sərbəst enerji gücüdür. Bu elə bir gücdür ki, yalnız ölkənin daxili potensialına aiddir və bu keyfiyyətdə həm substantiv, həm də funksional aktuallaşma özəlliyinə malikdir. Azərbaycan Prezidentinin gətirdiyi faktlar fonunda bir müqayisə aparaq.

Mərkəzi Asiya və Cənubi Qafqazda Azərbaycandan başqa özünəyetərli enerji imkanlarına malik ikinci dövlət yoxdur. Azərbaycan həm karbohidratlarla özünü təmin edir, həm də elektrik enerjisi ilə. Bunlarla yanaşı, günəş və külək enerjisi imkanalrına da malikdir. Buradan belə nəticə alınır ki, Azərbaycanda enerji təminatı o dərəcədə “sərbəstdir” ki, özünü tam təmin edə bilir. Eyni zamanda, Azərbaycan enerji növlərinin kompleks potensial gücündən istifadə edərək enerji ixracını da həyata keçirir. Bu iki aspektin cəmi Azərbaycanda sərbəst enerji gücünün kifayət qədər böyük olduğunu göstərir.

Sərbəst enerji gücünün sistemli və davamlı olaraq geosiyasi əməkdaşlıqda səmərə verməsi üçün uyğun infrastruktur yaradılmalıdır. Ölkə rəhbərliyi həm bu infrastrukturu yaradır, həm də onu geosiyasi əməkdaşlıq kontekstində funksionallaşdırır.

Beləliklə, Azərbaycanın sülhsevər dövlət identikliyinin təməlində orta güc kimi özəllikləri dayanır. Bu, dövlətin davamlı və dayanıqlı sülhsevər xarici siyasət yeritməsinə geniş imkanlar yaradır.

Azərbaycan dövlət olaraq sülhsevər mahiyyətlidir. Bu, bütövlükdə Avrasiyada yeni nümunədir. Artıq ekspertlər də bu faktı vurğulayırlar. Rumıniyalı ekspert T.Marin Azərbaycanın xarici siyasətinin böyük güclər arasında uğurla manevr etmək imkanı yaratdığını deyir. Bununla rəsmi Bakı regional və qlobal proseslərdə etibarlı tərəfdaş kimi nüfuz sahibidir. O cümlədən, indi aydındır ki, Azərbaycan Orta Dəhliz vasitəsi ilə Asiya ilə Avropa arasında ən etibarlı ölkə olaraq qəbul edilir. Bu fikrin arxasında məhz Azərbaycan Prezidentinin uğurla şəbəkələr balansını yaratmaq məharətinə malik olması gerçəkliyi dayanır.

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Fevral 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri