Icma.az
close
up
RU
Hərb və sülh haqqında prezident dərsi

Hərb və sülh haqqında prezident dərsi

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Karl fon Klauzevits məşhur Prussiya (alman) sərkərdəsi, hərbi nəzəriyyəçidir. Onun "Müharibə haqqında" traktatı özündən də məşhurdur. Həmin traktatdan bir fikir xüsusilə geniş yayılıb. General Klauzevits yazırdı: "Müharibə siyasətin başqa vasitələrlə davamıdır".

Azərbaycan prezidenti İlham Əliyevin Ağdərədə - Suqovuşan kəndində keçmiş məcburi köçkünlər qarşısında çıxışını dinləyəndə alman sərkərdənin bu fikrini xatırladım.

Doğrudan da, artıq elə nöqtəyə gəlib çıxırsan ki, problemi həll etməyə siyasətin resursu qalmır, o zaman müharibə qaçılmazdır.

Düşünürəm, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı elə həmin general Klauzevitsdən də uğurlu sərkərdədir.

Bu, tərif deyil, faktdır. Çünki Azərbaycan prezidentinin özünün də dediyi kimi, İkinci Dünya Müharibəsindən sonrakı müharibələrin heç biri qələbə ilə başa çatmayıb. Yalnız Azərbaycanın əldə etdiyi qələbə tamdır.

Dünyanın əsas supergücü olan ABŞ-ın tarixdə apardığı çox müharibələr var: Vyetnamda, İraqda, Əfqanıstanda və sair. İndi də Ukraynada Rusiy ilə uğursuz proksimüharibə vəziyyəti var. Rusiyanın özünün bu qədər böyük resursla Ukrayna ilə bacarmaması göz qabağındadır. Eləcə də, İsrailin heç dövlət olmayan, sadəcə, terror təşkilatı olan HƏMAS-a tam qalib gələ bilməməsini götürək. Bunlar real faktlardır. Keçən əsrin sonlarında Sovet İttifaqı kimi superdövlətin Əfqanıstandan uduzub çıxmasını xatırlayaq. Eləcə də, Yaponiyanın Cənubi Koreyada, Çinin Vyetnamda necə uğursuzluğunu da yada salaq

Çox fakt var.

Bəli, İkinci Dünya Müharibəsindən sonra keçən bu 80 ildə ilk dəfə müharibədə tam qələbə qazanan ilk dövlət oldu. Bu, çox maraqlı və ibrətamiz gerçəklikdir.

Bilirsiniz, bir məsələ də var: İkinci Dünya Müharibəsinin özü də, ondan sonra baş vermiş müharibələrin çoxu da işğalçılıq məqsədi daşıyıb. Bu məqsədlə aparılmış müharibələrin, demək olar, hamısı sonradan məğlubiyyətə uğrayıb. Öz hədəflərinə çatmadan ya yarımçıq dayandırılıb, ya da məqsədlərinə nail olmadan bitib, yaxud başqa formalara keçib. Bunu prezident özü də xüsusi vurğuladı. Ancaq Azərbaycanın öz torpaqlarını azad etməsi üçün apardığı hərbi əməliyyatlar başladıqdan 44 gün sonra qələbə ilə başa çatdı. Yenə də müharibə tarixinə nəzər salsaq, belə qısa müddətdə tam qələbə ilə başa çatan heç bir savaş örnəyi yoxdur.

Üstləlik müharibə ərəfəsində və hərbi əməliyyatların gedişində bütün şərtlər Ermənistanın xeyrinə idi.

Əvvəla, Qarabağın açarı və əsas qalası olan Şuşa Ermənistanın əlində idi. Eyni zamanda Laçının, Kəbəcərin, eləcə də, Zəngilanın, Qubadlının işğal altında olması Ermənistandan işğal olunmuş Azərbaycan ərazilərinə hərbi logistikanı təmin edirdi. Coğrafi faktor - Qarabağın relyefi Ermənistanın təbii "müttəfiqi" idi; bütün hakim yüksəkliklər Ermənistan ordusunun əlində idi. Bundan başqa Qarabağ müharibəsinin birinci fazasında Ermənistan Qarabağda və Şərqi Zəngəzurda yerli Azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparmışdı; Azərbaycan ordusuna Qarabağ ərazisində yerli əhali dəstəyi əvvəlcədən aradan qaldırılmışdl. Ancaq Ermənistan ordusunun belə bir dəstəyi (erməniəsilli əhali amili) var idi. Ermənistan hərbi birləşmələri, eləcə də, qanunsuz yerli separatçı rejim - hərbi xunta mülki erməni əhalisini girov saxlayır, onlardan canlı sipər kimi istifadə edirdilər. Bu da Azərbaycan ordusunun işini ayrıca çətinləşdirirdi. Qarabağda müharibə zamanı Ermənistan ordusunun yaşayış məskənlərinin yaxınlığında, hətta içərisində ağır silahlar yerləşdirməsi faktları var. Videogrüntülər var. Xüsusilə, antiterror tədbirləri zamanı Ermənistan ordusunun qalıqları və yerli qanunsuz hərbi dəstələr mülki əhalini zorla hərbi hissələrin içərisinə və ya ətrafına toplayırdı. Bu görüntülər də var.

Bütün bunlar, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin işini çətinləşdirirdi. Əlbəttə ki, bir sıra xarici dövlətlər - qlobal və bəzi regional güclər Ermınistanın arxasında dayanmışdı. 44 günlük müharibə zamanı Rusiyadan hətta mülki təyyarələrlə Ermənistana gecə-gündüz silah daşınırdı. O cümlədən, İran ərazisindən. Hətta İran daha da irəli gedərək, açıq şəkildə Ermənistan ordusuna kömək göstərmişdi. İran ordusunun bölmələri Cəbrayıl istiqamətində Azərbaycan ərazisinə keçmiş, burada Azərbaycan qoşunlarının irəliləyişini əngəlləmişdi. Məqsəd Azərbaycanın hərbi planlarını pozmaq, hərbi strategiyasını sarsıtmaq, Ermənistan ordusunun yenidən qruplaşması və dəstək alması üçün vaxt qazanmasına şərait yaratmaq olmuşdu. Nəticədə Azərbaycan hərbi birləşmələri bəzi məntəqələrdə döyüş tapşırığını vaxtında yerinə yetirməkdə çətinliklə üzləşmiş və əlavə itkilər verməli olmuşdu. Mən hələ onu demirəm ki, Suriyadan, İraqdan PKK terror dəstələrinin və müxtəlif muzdlu qrupların İran üzərindən Azərbaycana keçirilməsi və Ermənistan ordusu tərəfdən Azərbaycana qarşı vuruşmalarına dair təkzibolunmaz faktlar da var.

Azərbaycanın işini çətinləşdirən başqa xeyli faktorlar da saymaq olar. Onlardan üçünü xüsusi vurğulamaq istərdim. Birincisi, Ermənistanın münaqişə bölgəsindən kənardakı yaşayış məntəqələrini vurması və mülki Azərbaycanlı əhalinin hədəfə alınması idi. Ermənistan rəsmən Azərbaycana qarşı dövlət səviyyəsində terrora əl atmışdı. Azərbaycanın resurslarının bir hissəsi mülki əhalinin və mülki infrastrukturun bu terrordan müdafiəsinə yönəlmişdi. Üstəlik Azərbaycan Ermənistana qarşı bu cür zərbələrə əl atmırdı. Müharibə qanunlarını və döyüş əxlaqını qoruyurdu. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanından sıra nəfərinə qədər - birinci əsgərindən sonuncü əsgərinədək hamılıqla, el dili ilə desək, kişi kimi vuruşdu.

Yeri gəlmişkən, Qafqazda kişi sözü, kişi xarakteri, o cümlədən, özünəxas mental cəhətlər var. Azərbaycan müharibə qanunlarına - həm yazılı, həm yazılmamış qaydalara əməl edərək, köklü Qafqaz xalqı olduğunu, Qafqazlı mentallığına bağlı qaldığını bir daha isbatlamış oldu. Qadına, qocaya, uşağa, mülki əhaliyə toxunmamaqla, mülki obyektləri dağıtmamaqla, hərbi əsirlərlə humanist davrnmaqla dünyanın çox ölkəsinə, dünya ordularına nümunə oldu. Basdığını kəsmədi. Bu, çox önəmli və müsbət bir xüsusiyyətdir. Azərbaycan Ermənistan üzərində təkcə hərbi zəfər qazanmadı, həm də mənəvi üstünlüyünü bir daha gözlər önünə sərdi - mənəvi qələbə də qazandı.

Amma dediyimiz kimi, bu, orduya asan başa gəlmirdi; işi çətinləşdirən faktorlardan idi.

Həmçinin, Azərbaycan ordusu mina tarlalarından keçib getməli idi. Ali Baş Komandanın Ağdərədəki çıxışında dediyi kimi, müharibə başlayanda heç kim bilmirdi, bu, necə bitəcək. Eləcə də, Azərbaycan əsgəri irəli gedərkən, hansı maneələrlə qarşılaşacağını bilsə də, harda, necə tələlər, pusqular, minalı keçidlər olduğunu əvvəlcədən bilə bilməzdi. Bunu kəşfiyyat müharibənin gedişində öyrınirdi. Amma qarşı tərəf rəqibi harda və necə gözləyəcəyini əvvəlcədən bilirdi.

Ermənistan həmin ərazilərdə onillərlə möhkəmləndirilmiş rayonlar, çoxeşelonlu mühəndis-istehkam xətləri, labirint səngərlər qurmuş, snayperlər yerləşdirmək üçün əlverişli nöqtələri uzun zaman diqqətlə seçə bilmişdi. Bu da çox ciddi maneələr idi. Ancaq Ermənistanın onillərlə qurduğu hərbi mühəndis qurğularını, möhkəm müdafiə sistemlərini dağıtmaq üçün Azərbaycana ongünlüklər kifayət etdi.

Bu, şans məsələsi deyildi, yüksək peşəkarlıq və fədakarlıq demək idi. Əcnəbi ekspertlər də bunu deyir: Vest Point Universitetindən Con Spenserin müsahibəsini izlədim. O deyir ki, bu, şansa bağlı deyildi, əksinə Şuşa əməliyyatı zamanı duman Azərbaycan xüsusi təyinatlılarının işini çətinləşdirmişdi, ancaq əməliyyat uğurla başa çatdırıldı. Deməli, məsələ komanda heyətinin əməliyyatı düzgün planlamasında və ordu bölmələrinin yüksək şəxsi döyüş hazırlığında və qəhrəmanlığındadır. Bu, təkcə Şuşada deyil, Hadrutda və başqa istiqamətlərdə də özünü göstərdi.

Prezidentin də öz çıxışında dediyi kimi, Azərbaycan ordusunun bu əməliyyatları dünya ordularında əsgər və zabitlərə dərs kimi öyrədilir. Ancaq bu müharibənin ən başlıca dərslərində biri güclü luder-güclü xalq- güclü ordu düsturudur. Yalnız güclü lider güclü xalqın içərisindən güclü ordu çıxara bilərdi, bu da oldu.

Güclü ordu haqqında artıq yuxarıda bəhs etdim. Güclü xalq da hər kəsin gözləri qarşısındadır; öz liderini və öz ordusunu yanında axıra qədər dayandı. Təkcə elə iki faktı götürək: Şəkidə öz pensiyasını gətirib, orduya dəstək üçün ianə edən yaşlı insan və Gəncənin raketlə vurulmasından sonra dağıntılar altından yaralı halda, qan içində çıxarılsa da, kamera qarşısında gülümsəyən az yaşlı uşaq bu xalqın canlı obrazları idi, rəmzlərə çevrildilər.

Zamanında Napoleon Bonapart deyib: "Qələbə üçün ordu gücü bəs etmir, xalqın müdafiə etdiyi ordu məğlubedilməzdir". Azərbaycan xalqı bu fikri tam anlamda isbata yetirdi.

Ali Baş Komandana gəlincə, bilirsiniz, prezident İlham Əliyevin baza təhsili diplomatiyadır. O, beynəlxalq münasibətlər üzrə universitet təhsili alıb. Elmi işini də bu sahə üzrə müdafiə edib. Bir sözlə, diplomatiya mütəxəssisidir. Beynəlxalq münasibətlər üzrə alimdir. Ancaq hərb elmini heç də diplomatiyadan az bilmir; bunu 44 günlük müharibə də göstərdi. Azərbaycan prezidenti müharibənin gedişində ən ümumi hədəfləri də, ən kiçik detalları da eyni dərəcədə - yüksək dəqiqliklə bilən, yüksək peşəkarlıqla döyüş strategiyaları quran bir sərkərdə kimi tarixə keçdi. Əlbəttə, öz çıxışlarında xalq və ordu haqqında yüksək fikirlər söyləsə də, öz rolu haqqında danışmır. Bu, təbiidir. Sərkərdə haqqında onun müasirləri və xələfləri, hərbi və siyasi təhlilçilər, analitiklər, strateqlər danışmalıdır. Yəqin ki bu müharibə, bu qələbə haqqında çox araşdırmalar aparılacaq, çox əsərlər yazılacaq. Orada ordunun və xalqın rolu ilə yanaşı Ali Baş Komandanın xidmətləri də təhlil olunacaq. Şəxsən mən bu müharibə və qələbə haqqında araşdırma aparmaq və kitab yazmaq istərdim. Həm də sevə-sevə. Əlbəttə, ömrüm və gücüm çatsa. Ona görə ki, bu, adi məsələ deyil, tarixə yön verən hadisələrdəndir. Tarixdə bu müharibə və bu qələbə öz hərtərəfli, dəqiq, obyektiv əksini tapmalıdır. Biz gələcək nəsillərə bu möhtəşəm həqiqəti, bu möhtəşəm enerjini ötürməliyik.

Prezidentin son çıxışı bu baxımdan, tarixçilərə, hərb və sülh tədqiqatçılarına, eləcə də, yazıçılara və publisistlərə çox mühüm və aktual mövzular verir. Bu çıxış həm də yeni nəsillərə növbəti canlı bir ustad dərsi idi; hərb və sülh haqqında prezident dərsi.

Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:285
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Mart 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see233

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see231

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see230

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see230

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see227

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see224

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see219

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see205

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see204

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see203

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see197

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see190

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see189

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see189

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see187

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see185

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see184

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see182

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see181

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri