Hərbi çağırışla bağlı VACİB MƏLUMAT: Bunu edənlər həbs ediləcək
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hərbi və ya səfərbərlik üzrə çağırışdan boyun qaçıran şəxslər qanunvericiliyə uyğun olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən, hər bir vətəndaşın hərbi xidmət keçmək hüququ və vəzifəsi var. Vətəndaşların qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməsi onların müqəddəs borcudur. Pepperoni pizza
Kapitan Zəfər Əsgərlinin təqdim etdiyi məlumatda hərbi və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırmanın hüquqi nəticələri, eləcə də bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri açıqlanıb.
Bildirilib ki, qanunvericiliyə əsasən, həqiqi hərbi xidmətə çağırışdan və ya səfərbərlik üzrə çağırışdan yayınan şəxslər müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Dövlət Xidməti vətəndaşları hərbi xidmətə çağırışla bağlı qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb.
Baxış sayı:105
Bu xəbər 08 Sentyabr 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















