Hərbi cinayətkar Ruben Vardanyan milyarderlərin siyahısında
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Forbes" jurnalı 2026-cı ilin ən varlı iş adamlarının siyahısını dərc edib.
Modern.az xəbər verir ki, siyahıda törətdiyi cinayətlərə görə Azərbaycan femidası tərəfindən mühakimə olunaraq ömürlük azadlıqdan məhrum edilən Ermənistan vətəndaşı, hərbi cinayətkar Ruben Vardanyan da yer alıb.
Ruben Vardanyan və ailəsinin 1,3 milyard dollar şəxsi sərvətinin olduğu açıqlanıb. O bu göstərici ilə dünyada 2858-ci pillədə qərarlaşıb.
57 yaşlı Vardanyan eyni zamanda, ən çox sərvəti olan məhbus kimi də ilk pillədə qərarlaşıb.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirli bilinərək bu ilin 17 fevralında 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 14 Aprel 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















