Icma.az
close
up
RU
Hərbi Prokurorluqda Ulu Öndərin vəfatının 21ci ildönümü ilə bağlı anım mərasimi keçirildi FOTO

Hərbi Prokurorluqda Ulu Öndərin vəfatının 21ci ildönümü ilə bağlı anım mərasimi keçirildi FOTO

Icma.az bildirir, Metbuat portalına istinadən.

Dekabrın 9-da Hərbi Prokurorluqda dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasındakı “Heydər Əliyev guşəsi”ndə, Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, böyük insanın parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Tədbirdən əvvəl mərasim iştirakçıları nəhəng şəxsiyyətin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərimizin əziz və unudulmaz xatirələrini bir dəqiqəlik sükutla anıb, qazilərə şəfa diləyiblər.

Mərasimdə çıxış edən Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev qəlbi daim Vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaran, istiqlal yolumuzu və istiqbalımızı işıqlandıran Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən ətraflı danışıb. X.Vəliyev bildirib ki, şərəfli ömrünü ölkəmizin hərtərəfli inkişafına və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider Heydər Əliyev dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb: “Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ Ulu Öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə işlənib hazırlanıb. Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin xalqın israrlı tələbi ilə qayıdışından sonra vəziyyət müsbətə doğru dəyişib. Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən bu böyük qayıdışdan sonra vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alınıb, cinayətkar dəstələr zərərsizləşdirilib, separatçı meyillərə son qoyulub, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görülüb. Bununla da Azərbaycan tərəqqi yoluna qədəm qoyub. Bu il Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümüdür. Dahi insanın müqəddəs vətənpərvərlik missiyası ilə bağlı maarifləndirmə ilə əlaqədar Hərbi Prokurorluq tərəfindən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Fövqəladə Hallar Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları, eləcə də müxtəlif dövlət qurumları, şəhər və rayon rəhbərlikləri ilə birlikdə 20-dən artıq tədbir keçirilib”.

Hərbi prokuror X.Vəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son 21 il ərzində ölkəmizdə misilsiz işlər görülüb, çoxşaxəli köklü islahatlar həyata keçirilib, bütün istiqamətlərdə misli görünməmiş uğurlar əldə olunub: “Ölkəmizdə bu il keçirilən COP29 dövlətimizin gücünün və ölkə rəhbərinin nüfuzunun bariz nümunələrindən biridir. Prezident İlham Əliyevin dərin zəkası, mükəmməl rəhbərliyi və xalqın müdrikliyi, əzmkarlığı, eləcə də hakimiyyətlə xalq arasında olan sıx bağlılığın sayəsində iqtisadiyyatımız daha da güclənib, ölkəmiz hərtərəfli inkişaf edib, qüdrətli Silahlı Qüvvələrimiz formalaşıb. Eyni zamanda, dövlətimizin beynəlxalq nüfuzu daha da artmaqla, dünya ölkələri sırasında mövqeyi hərtərəfli möhkəmlənib. Bütün bunlar isə Vətən müharibəsindəki möhtəşəm qələbəmizi də şərtləndirib, nəticədə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə düşmən tapdağında olan dədə-baba torpaqlarımız işğaldan azad edilib. Bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən postpandemiya dövrünə, eləcə də müharibədən çıxmış ölkə olmağımıza rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin eyni templə hərtərəfli qüdrətlənməsi və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı bu gün də uğurla təmin edilir. Əldə olunan uğurlarda, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində zəngin biliklərə, iti düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik olan, sadəliyi, səmimiliyi və insanpərvərliyi ilə xalq məhəbbəti qazanmış Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna fəaliyyəti mühüm əhəmiyyət kəsb edir”.

Daha sonra Milli Məclisin deputatları Vasif Qafarov, Səbinə Salmanova, Tural Gəncəliyev, Nigar Məmmədova, Pərvanə Vəliyeva və digər çıxışçılar Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, o cümlədən zəngin və çoxşaxəli fəaliyyətindən bəhs ediblər.

Prezident İlham Əliyevə xalqda olan sonsuz inamdan irəli gələn bənzərsiz sevgidən bəhs etməklə çıxışını yekunlaşdıran Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, Hərbi Prokurorluğun kollektivi millətimizin və dövlətimizin maraqlarına xidmət edən Ulu Öndər siyasətinin Prezidentimiz tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edərək dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında, qanunun aliliyinin təmin edilməsində, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsində üzərinə düşən vəzifələri layiqincə icra etməklə Azərbaycanın firavan gələcəyinin təminatı olan siyasəti daim dəstəkləyəcək.

Çıxışının sonunda X.Vəliyev qeyd edib ki, şərəfli ömrünü millətinə həsr edərək Vətən qarşısında müstəsna xidmətlər göstərməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış dünya siyasətinin parlaq siması Ulu Öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq və nəhəng tarixi şəxsiyyət daim dərin ehtiramla anılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 09 Dekabr 2024 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see176

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see160

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see155

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see154

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see153

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see143

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see140

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see139

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see130

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see129

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see128

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see126

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see126

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see126

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see125

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see125

“Tramp dilemma qarşısında: Ukraynaya dəstək və Rusiyanın enerji bazarı arasında seçim“ “The Wall Street Journal“

27 Sentyabr 2025 13:39see123

Trampın Qəzza planı: İsrailə bunu etməyə imkan verilməyəcək!

27 Sentyabr 2025 07:01see123

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see121

Balakəndən keçən İnterçaydan sel keçir

27 Sentyabr 2025 13:35see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri