Icma.az
close
up
RU
Hərbi qulluqçuların kreditlərinə cərimə tətbiq olunmasın TƏKLİF

Hərbi qulluqçuların kreditlərinə cərimə tətbiq olunmasın TƏKLİF

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Hərbi qulluqçular yaş həddi çatdıqda və ya xidməti müddəti imkan verdikdə pensiyaya çıxırlar. Hazırda hərbi qulluqçulara  pensiyaların verilməsi məsələsinə Sosial Müdafiə Nazirliyi baxır.  
Hərbi qulluqçular maaşdan əlavə olaraq tutduqlarə vəzifəyə əsasən 10, 20, 25, 30 faizə qədər əlavələr alırlar. Edilən bu əlavə ödənişlər pensiyaya çıxdıqda hesablanmayacaq.  Əlavə ödənişlər sadəcə hərbi qulluqçulara xidmətdə olduqları dövrdə maliyyə dəstəyidir. Pensiyaya çıxanda bu əlavələr nəzərə alınmır".
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Rövşən Məhərrəmov deyib. 
O bildirib ki, yaxşı haldır ki, xidmətdə olan hərbi qulluqçuların sosial-məişət problemləri nəzərə alınır.:
"Onlar, ağır xidmət keçir, bəziləri uzun müddət ailələrindən uzaqda olurlar. Bu addımı mən normal və müsbət qiymətləndirirəm. Yaxşı olardı ki, gələcəkdə hərbi qulluqçuların pensiya təminatı daha da artsın. Çünki bazar qiymətləri artır və hər pensiyaçı eyni məbləğ almır. Eləsi var ki, 800 manat, eləsi var ki, 2000 və ya daha çox alır. Cənab Prezidentin fərmanları ilə ilbəil artımlar olur. Əvvəllər dövlət qulluqçusu kimi pensiyaya çıxırdıq, indi əmək pensiyası alırıq və bu da illik inflyasiyaya uyğun artırılır".
Ekspertin sözlərinə görə, fərq ondadır ki, hərbi qulluqçular daha ağır şəraitdə, dağ rayonlarında, ailələrindən uzaqda xidmət edir: 
Onlar təkcə Bakı və ya Gəncədə xidmət etmir, dağlarda xidmət edirlər. Məzuniyyətə yalnız müddət tamam olanda gedə bilirlər. Bütün bu çətinliklər nəzərə alınmalıdır.
Bu gün Sosial Müdafiə Nazirliyi pensiyaların vaxtında ödənilməsində problemlər yaradır. Pensiyalar ayın əvvəlində ödənilməlidir. İndi pensiyalar ayın hətta 22-i belə ödənə bilir. Bu, ciddi problemdir. Zabitlər kredit götürür və onların ödəniş vaxtı ayın 10-na qədər olur. Əgər pensiya 20-də verilirsə, bu zaman cərimələr yaranır.
Banklara tövsiyə verilməlidir ki, hərbi qulluqçuların kreditlərində cərimə tətbiq olunmasın, ya da pensiyanın ödənilməsi üçün sabit tarix müəyyən edilməlidir.
Bu, bu gün hərbi qulluqçuların əsas narazılıq səbəblərindən biridir".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 İyul 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see221

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see219

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see197

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see179

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see178

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see177

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see176

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see174

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see173

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see168

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see157

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see153

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see149

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see147

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see145

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see145

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see144

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri