Hərbi xidmətə çağırış komissiyasının üzvləri ilə bağlı MÜHÜM XƏBƏR Yeni Gündəm
Icma.az, Yenigundem saytına istinadən bildirir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının üzvləri sırasına daxil edilib.
“Yeni Gundem”-in məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”ndə dəyişiklik edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Komissiyanın üzvləri sırasından çıxarılıb.
Baxış sayı:120
Bu xəbər 07 Noyabr 2024 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















