Hərbi xidmətlə bağlı qərar açıqlandı: rəsmi iş yeri olanlar…
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rəsmi iş yeri olan vətəndaşların doktorantura təhsili aldığı halda müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun olub-olmamasına aydınlıq gətirilib.
"Bakupost" xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.7-ci maddəsinə əsasən, əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alan şəxslərə təhsillərini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Qeyd olunub ki, Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na əsasən, doktoranturada təhsil əyani və qiyabi formalarda həyata keçirilir.
Əyani təhsilalma forması istehsalatdan ayrılmaqla, qiyabi forma isə istehsalatdan ayrılmamaqla həyata keçirilir. Bu baxımdan, doktorantura pilləsində əyani təhsil alan çağırışçı istehsalatdan, yəni iş yerindən ayrılmaqla təhsil ala bilər.
Həmçinin bildirilib ki, əyani təhsil alan doktorantlar elmi rəhbərin razılığı ilə təhsil aldıqları ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatda 0,5 ştat vahidi ilə müvafiq elmi və ya elmi-pedaqoji işlərə cəlb oluna bilərlər.
Beləliklə, rəsmi iş yerinin olması əyani doktorantura təhsili alan şəxsin qanunla nəzərdə tutulan hərbi möhlət hüququna maneə yaratmır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 29 Avqust 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















