Hərbi xidmətlə bağlı YENİLİK: 2 İL… KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda leytenant hərbi rütbəsində xidmət müddətinin müəyyənləşdirilməsi qaydasına dəyişiklik edilib.
KONKRET.az sfera.az-a istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliyə əsasən, təhsil müddəti 5 il olan xüsusi təyinatlı hərbi təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün leytenant rütbəsində xidmət müddəti 2 il müəyyən edilir. Aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün isə bu müddət 1 il olacaq.
Həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda da leytenant rütbəsində olma müddəti 1 il təşkil edəcək. Qeyd edək ki, qanun layihəsi müzakirələrdən sonra Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.
Baxış sayı:33
Bu xəbər 03 Noyabr 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















