Icma.az
close
up
RU
Hərbi yekun, siyasi möhür, tarixi təcrübə BİZİM ZƏFƏR

Hərbi yekun, siyasi möhür, tarixi təcrübə BİZİM ZƏFƏR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qarabağda əldə olunan Zəfər tarixin status-kvo ilə “barışmayan” iradəyə verdiyi möhtəşəm cavabdır. Bu qələbə “qismən”, “şərti”, “mübahisəli”, “boz bölgə”li deyil; məhz tam xarakter daşıyır. Çünki həm hərbi, həm hüquqi, həm də siyasi müstəvidə geridönməz sonuclar var.

Müharibələrdə tez-tez belə olur: cəbhədə üstünlük əldə edilir, amma siyasi masada nəticə “yumşaldılır”, ya da münaqişə başqa adla davam edir. Qarabağda isə proses əksinə getdi:
-44 günlük müharibə ilə strateji üstünlük təmin olundu;
-sonrakı mərhələdə ardıcıl addımlarla suverenlik boşluqları qapadıldı;
-anti-terror əməliyyatı ilə separatçı qurumun varlığına son qoyuldu;
-nəticə daxili hüquq müstəvisində (ədalət mühakiməsi) tamamlandı.

Bax, bu baxımdan, bizim qələbə ərazi qazanımı olmaqdan daha üstün – dövlətin konstitusion suverenliyinin bütün ölkə ərazisində təminidir.

Belə tam qələbələr, əlbəttə, lider–xalq–ordu sinerjisi ilə - “bir yumruq” faktoru ilə şərtlənib, Dəmir Yumruğa dönüşür.
Bəli, bizim qələbəni üstün qılan əsas dayaqlardan biri də ümummilli həmrəyliyimizdir. “Bir yumruq” ifadəsi burada bədii metafor yox, gerçək siyasi-sosial mexanizmdir. Həmin o mexanizm milli səfərbərlik ruhu, informasiya və diplomatiya cəbhəsində birlik, ordunun peşəkarlığı və döyüş əzmi, rəhbərliyin strateji qərarvermə qabiliyyəti sayəsində vahid iradəyə çevrildi və bu, qəti sonuca gətirib çıxardı.

“Tam qələbə” varsa, “yarımçıq qələbə” də vardır. Bəs o necə olur?
Tarixdə çox “qələbə” adlandırılan, amma nəticəsi mübahisəli qalan müharibələr var, müəyyən ərazi əldə olunur, lakin status məsələsi açıq qalır, separatizm dondurulmuş münaqişə kimi yaşayır, beynəlxalq vasitəçilik sonsuz, üzücü prosesə çevrilir.
Qarabağda isə belə olmadı. Qələbəmiz “müvəqqəti rejim”ə çevrilmədi, “dondurulmuş münaqişə” saxlanmadı, “xüsusi status” kimi təhlükəli siyasi tələlərə düşmədik və s.

Azərbaycan həmin “yarımçıq qələbə” sindromunu, bununla da “boz bölgə”ləri tarixin arxivinə göndərdi.

2025-ci ilin avqustundakı bəlli Vaşinqton paraflanmasını vurğulayaq. - O paraflanma qələbənin siyasi müstəvidə həkk olunmasıydı.
Vaşinqtonda sülh sazişinin paraflanması bizim qələbənin siyasi müstəvidə “həkk olunması” kimi tanıdılmağı haqq edir. Bu, önəmli məqamdır:
hərbi qələbə “nəticə”dir, amma siyasi paraf – nəticənin beynəlxalq-siyasi formatda tanınma trayektoriyası deməkdir.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yanvarın 5-də yerli TV-lərə müsahibə verərkən dediyi sözlərə diqqət edək: “…2022-ci ilin oktyabrında Ermənistan Qarabağı rəsmi olaraq Azərbaycanın bir hissəsi kimi tanıdı.
Bu, vacib idi, amma hələ hər şey deyildi, çünki hamısı, sadəcə, sözdə idi, lakin əməldə hər şey davam edirdi. Mina tədarükü, hərbi qulluqçuların rotasiyası, ordunun maliyyələşdirilməsi, silah tədarükü - bütün bunlar Qarabağın rəsmi olaraq Azərbaycanın bir hissəsi kimi tanınmasına baxmayaraq davam edirdi. Sonra həm Ermənistanla şərti sərhəddə, həm də Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə başqa tədbirlər görməyə məcbur olduq. Həm də bunu heç kimə və heç nəyə məhəl qoymayaraq etdik, çünki etməli olduğumuzu bilirdik. Əgər bunu etməsəydik, heç bir 8 avqust olmazdı”. 
Bəli, Qarabağ Zəfəri təkcə meydanda qazanılmadı; o, həm də diplomatiyada möhkəmlənən gerçəkliyə çevrildi. 

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Yanvar 2026 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri