Icma.az
close
up
RU
Hərbidən yayınmaq üçün xarici universitetlərə üz tutanlar üçün vəziyyət çətinləşir Diplomlar tanınmayacaq

Hərbidən yayınmaq üçün xarici universitetlərə üz tutanlar üçün vəziyyət çətinləşir Diplomlar tanınmayacaq

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son dövrlərdə gənclərin xarici universitetlərə marağının artması cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olur. İddia olunur ki, bəzi şəxslər əsgərlikdən yayınmaq üçün xaricdə təhsilə yönəlirlər. Rəsmi qurumların açıqlamalarına görə isə hərbi xidmətdən yayınmaq üçün xarici universitetlərə üz tutan bəzi tələbələrin diplomu tanınmayacaq. Xaricdə attestatla qəbul olunan və heç bir qiymətləndirmə mərhələsindən keçməyən şəxslərin sonrakı təhsil və peşə yollarında ciddi çətinliklərlə üzləşdiyi bildirilir. Bu kateqoriyaya aid şəxslər arasında uğursuzluq faizi kifayət qədər yüksəkdir və bəziləri hətta təhsil aldıqları ali məktəbin tədris dilini və ixtisasının tam adını düzgün ifadə etməkdə çətinlik çəkirlər.

Milli.Az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu bildirib ki, bu məsələyə yalnız hərbi xidmətdən yayınma prizmasından baxmaq düzgün yanaşma deyil.

Onun sözlərinə görə, gənclərin xaricdə, xüsusilə də nüfuzlu universitetlərdə təhsil almaq istəyi tamamilə normaldır. Daha keyfiyyətli təhsil, fərqli mühit, dünyagörüşünün genişlənməsi və gələcək karyera imkanları bu seçimin əsas səbəbləri sırasında göstərilir:

"Əgər bu qərar doğrudan da təhsil və şəxsi inkişaf məqsədi daşıyırsa, bunu qınamaq düzgün hesab edilmir".

R.Fikrətoğlu vurğulayıb ki, sırf hərbi xidmətdən yayınmaq məqsədilə universitetə sənəd vermək artıq etik problemlər yaradır. Çünki hərbi xidmət cəmiyyətdə bərabər yük prinsipi üzərində qurulub. Bir qisim gəncin bu borcu yerinə yetirdiyi halda, digərlərinin süni yollarla yayınması ədalətsizlik hissi formalaşdırır və vətəndaş məsuliyyəti anlayışını zəiflədir.

Bundan başqa nəzərə çatdırıb ki, uzunmüddətli perspektivdə bu cür qərarların şəxsin özündə də psixoloji narahatlıq yarada bilər. 

Ekspert hesab edir ki, problem təkcə gənclərlə bağlı deyil, burada sistem amilləri də rol oynayır. Əsgərliyin şərtlərinin təkmilləşdirilməsi, təhsillə uyğunlaşdırılması, xidmət müddətinin optimallaşdırılması və peşəkar ordu modelinə keçid bu cür halların qarşısını ala bilər:

"Təhsil məqsədilə xaricə getmək normaldır, lakin təhsili bəhanə edib vətəndaşlıq borcundan yayınmaq sağlam yanaşma hesab edilmir. Ən optimal yol isə gənclərin həm təhsilini, həm də vətəndaşlıq borcunu balanslı və ləyaqətli şəkildə yerinə yetirməsidir. Bu istiqamətdə dövlət tərəfindən mütəmadi tədbirlər görülür və qanunvericiliyin tələblərinə zidd hallarla bağlı müvafiq addımlar atılır".

Mina Mikayılova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 Yanvar 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see239

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see179

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see164

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see163

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see158

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see153

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see147

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri