Icma.az
close
up
RU
Hərbiyə yararsız olduğu üçün Akademiyaya qəbul etmədilər, indi isə əsgərliyə aparırlar... ŞİKAYƏT

Hərbiyə yararsız olduğu üçün Akademiyaya qəbul etmədilər, indi isə əsgərliyə aparırlar... ŞİKAYƏT

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Samux rayonu, Kolayır kənd sakini Tağıyev Ağalar Həsən oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Müdafiə naziri Zakir Həsənova və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevə müraciət edir:

“Hörmətli Zakir Həsənov!

Hörmətli Anar Əliyev!

Mən, Tağıyev Ağalar Həsən oğlu, yazaraq sizdən xahiş edirəm ki, şikayətimi cavabsız oymayasınız.

Bildirim ki, oğlum Tağıyev Həsən Ağalar oğlu 2023-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Akademiyaya qəbul olmaq üçün sənədlərini hazırladı. Oradan uşağı “Papanin” Hospitalına göndərdilər. Xəstəxanada oğluma baxdıqdan sonra dedilər ki, bu uşaq heç hərbi xidmətə də gedə bilməz, hərbiyə yararsızdır.

Təəssüflə evimizə qayıtdıq.

2025-ci ilin may ayında oğlumu Samux Rayon Hərbi Komisarlığına çağırdılar. Mən də sənədləri aparıb verdim ki, uşaq hərbiyə gedə bilməz, yararsızdır. Komissarlıq yoxlanış üçün bizi Bakı şəhərinə - Əlillərin Bərpa Mərkəzinə göndərdi.

Biz Mərkəzə getdik və burada məndən rüşvət istədilər. Dedilər ki, “pul ver, istədiyini yazım”. Doğrusu, mən uşağın əsgərlikdən qalmasını, hərbiyə yararsız olmasını istəmirəm. Uşaq Akademiyaya hazırlaşırdı. Amma heç nə vermədim. Orda da bildirdim ki, yoxlamada nə yazmısınız, onu bildirin.

Başa düşə bilmirəm, bu həkimlər eyni kitabı oxumayıb, eyni təlimi keçməyib? Niyə uşağın həyatı ilə oynayırlar?

Utanmaz-utanmaz mənə deyirlər ki, “biz nə yazsaq, odur, pul ver uşağını xəstə yazaq”.

Uşağın ayağındakı problem artıq üzə verib. Ayağının biri digərindən gödəkdir. Ayağının altı isə düzdür. Belə adamı necə əsgər apara bilərlər? Əgər aparırlarsa, bəs onda niyə Akedemiyaya girişinə icazə vermədilər.

Cənab Zakir Həsənov!

Cənab Anar Əliyev!

Xahiş edirəm, səlahiyyətli qurumlara göstəriş verin, bu haqsızlıqlara son qoyulsun. Savadsız həkimləri uzaqlaşdırın. Bir həkimin yazdığı ilə o biri üst-üstə düşmür.

Mən xəstə uşağı hərbi xidmətə göndərim, sonra daha ağır vəziyyətdə üstümə qayıtmağını gözləyim?!

Hazırladı: Jalə FAMİLQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Oktyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see307

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see250

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see239

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see193

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see179

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see158

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see158

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see145

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see145

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see144

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see140

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see136

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see131

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri