Icma.az
close
up
RU
Hərdən elə bilirik ki, Allah da kapitalistdir Samir Mirzə

Hərdən elə bilirik ki, Allah da kapitalistdir Samir Mirzə

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzən cibimizdəki pulun azlığından narahat olub kiməsə yardım etməyə utanırıq. Utanırıq deyəndə, verə biləcəyimiz 1 manatı, 50 qəpiyi nəzərdə tuturam. Elə bilirik ki, bu miqdarla heç kimin yarası sağalmaz. Amma yaddan çıxarırıq ki, sayımız çox olsa, verilən qəpik-quruş ucuz metal səsi çıxarmaz. Yəni “dınq” eləməz. Yaxşı mənada partlayış effekti yaradar - "buum".

Dünyamız elə hala düşüb ki, elə bilirik, Allah da kapitalistdir. O, hökmən cibdən çıxan pulun miqdarına baxır. Əlbəttə, baxır, amma dəqiq bizim kimi, bir kapitalizm hipnozunun qurbanı kimi baxmır.

Hipnoz demişkən, o qədər itib-batmışıq ki, öz fikrimizi deməyə, öz düşüncəmizlə hərəkət etməyə tərəddüd edirik - gülərlər, lağ edərlə, yeni dünyamızın parametrlərinə uyğun olmaz. Ay başına dönüm, niyə beynimizi qayırıb bu vəziyyətə salmışıq?! Biri rəy yazır, həmin rəyə gələn reaksiyaya əsasən ya gülürük, ya da baxıb keçirik. Baxırıq ki, laykı var, eybi yox, “ləyağı” olmasa da olar. Texnologiyanın alqoritminin tempinə düşmüşük, onun ritmindən, havasından çıxa bilmirik. Bir yerdə dayana bilsək, bəlkə də, özümüzə gələrik. Amma həyat o qədər sürətlə - vatsapdakı kimi “2x” ilə gedir ki, nə danışdığımızı artıq unuduruq.

Keçən dəfə bəlli bir bir çevrədə populyarlaşmış kouçun - yaşam koçu deyirlər - yüzlərlə insanla birgə ritualına baxıb lağ edirdik. Birdən ağlıma gəldi ki, vallah, elə biz də onların tayıyıq e. Bizə də eyni paltar geyindirib ağladırlar, güldürürlər, ağızımızın dadına qədər zövqümüzü təqlidçilik ab-havasına salıblar. İnanmırsınız? “Ə, yox sən də”, “boş-boş danışma” deyirsiniz, eybi yox, deyin, sonra təklikdə düşünməyə macal tapsanız, bu barədə beyninizdə çək-çevir edərsiniz.

Belə olanda adamın ağlına gəlir ki, Üzeyirin fanatları daha müstəqildir. Ürəkləri istəyən musiqiyə qulaq asırlar, heç veclərinə də deyil ki, kimsə baxıb onlara lağ edər. Əlbəttə, müstəqilliyin, azadlığın bir həddi var. Bu ayrı mövzudur.

Gəlirik yenə cibimizə. Biz necə mənfi mənada utancağa, kompleksli bir insana çevrildik? Əvvəl sözünün sanbalı olana hörmət edirdiksə, indi cibinin sanbalı olanı başa keçiririk. Olsun ey, amma bir danışmağa sözü də olmalıdır axı. Kapitalizm deyiriksə, gərək sözə də kapital kimi baxaq. Burada lap “vallah ey” deməyim gəldi. İndi gəlib çıxacağıq söz ustalarına onda da deyəcəklər ki, əşi sən də aləmi qatdın bir-birinə, qəpikdən keçdin meyxanaya. Nə deyim axı? Kəlməsinə “eşq olsun” deyə bilmədik, axırda cibinə deyəsi olduq. İndi cib də yoxdur, kartla-filan keçir işlər. 

Nəysə başınızı çox ağrıtmaq istəmirəm, heç ağıllı görünmək də istəmirəm. Amma, fəqət, lakin birdən adam deyir ki, “Dayan! Dayan! Bir mənə bax görüm! Kiməm mən?” Yadınıza Xoşqədəmdəki oğlan düşdü? Yox, ondan danışmıram, öz-özümüzə deyək bunu... Güzgüyə baxarkən. Adam demək istəyir ki, sən özünü tanıyırsanmı, ümumiyyətlə, özünsənmi?! Sonra başını yelləyib söyləyirsən ki, get, özün olanda gələrsən. Axı bağırıb üsyan edə bilmirəm ki, günah məndə deyil, ay Qaragilə! Hamı nəyisə diktə edir sanki, başını itirirsən, bilmirsən neyləyəsən... 

Aramlıq, bəli, aramlıq... Bir yerdə əyləş, gülməli səslənən o cümləni özünə denən: Bir mənə bax görüm, kiməm mən! Cavabını tapa bilsək, özümüzə gələrik. Özümüzə gəlsək, təbii ki, həqiqətə fokuslana bilərik. Çox buraxmışıq, boşlamışıq özümüzü, heç “özümüz” məfhumu qalmayıb artıq... 

Samir Mirzə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Fevral 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri