Icma.az
close
up
RU
Fərqinə varmaq Samir Mirzə

Fərqinə varmaq Samir Mirzə

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az Samir Mirzənin "Fərqinə varmaq" adlı yeni yazısını təqdim edir.

Əlimizə fürsət düşsəydi, ağlımızdan keçirdiyimiz pis işlərin çoxunu və ya tamını işə salmışdıq. Avtomat kimi, bezmədən, ardıcıllığı pozaraq, tələskən...

Sevinməliyik! Sevinməliyik ki, ağlımıza hər gələni edə bilmirik. Bəli, çoxları belədir, çoxumuz beləyik. Bəlkə də, çox az sayda insan var ki, niyyətləri tər-təmiz olsun. Hətta tər-təmiz uşaqların da ağılsız hərəkətləri ilə nə qədər zərərli işlər gördüyünün şahidiyik. Sadəcə, təbiətcə əlindən pislik gəlməyən, pisliyi bacarmayan, ümumiyyətlə, heç nə gəlməyən insanlar var. Bilmirəm bu sevindiricidir, yoxsa kədərli.

Yaranmış vəziyyətlər bizi stoplayır. Yaxşı ki, həmin situasiyalara düşürük. Yoxsa nə qədər potensialımızı mənfi yöndə xərcləyərdik. Nə qədər insanları caynağımızdan keçirərdik. Nə qədər heyvani hisslərimizi vulkantək püskürərdik. Lavalarımız ətrafı da yandırardı. Heyvani hisslərimiz hər bir insanda mövcuddur. Xeyr, təhtəlşüurumda deyil, çox aydın görünür. Hər şeyi xırdalamağa da ehtiyac yoxdur.
Qəzəb, nifrət, sevgi və s. hisslərimiz idarə olunmazsa, insan sonda tünd sirkə kimi öz qabını çatladar, yox olar...

Düşünmədən, bir anlıq o qədər səhv sözlər danışırıq, o qədər yanlış davranışlar sərgiləyirik. Bilmədən, istəmədən... Fərqinə varmadan. Fərqinə varmaq – o qədər böyük anlayışdır, o qədər böyük nemətdir ki...
İnsanın başına nə gəlirsə, bu neməti dadmadığından gəlir. “Neynirəm dərinliyinə dalmağı, aramağı, həyat qısadır!” deməklə öz təbiətinə qarşı çıxır. Empatiya qurmağı, başqasının ağrısını hiss etməyi... Axı çox yorur insanı, əl-qolunu bağlaya, həyata qarşı soyuda bilir, amma və lakin... Hərəkətə gətirmək qabiliyyəti də var bu hissin - yanğının. Qurub-yaratmaq şövqünü də alışdırmaq bacarır. Axı kökündə yanğı var, o yanğı ki hərəkətə gətirən xüsusiyyətə malikdir. Mühərrik necə yanacaqla işə düşür? İnsanın qəlbi də, beyni də, əzaları da yanğı ilə hərəkətə keçməlidir...

Geriyə dönüb baxdıqda yaşadığımız illərin hansı detallarına qədər yaddaşımıza həkk olunduğuna baxaq: Yandığımız anlar... Sevincdən, xoşbəxtlikdən də yanmaq olur. Bunun nəticəsidir ki, sevinc göz yaşları var. Necə ki işığın şölə saçmasına da “işıq yanır” deyirik. O yaddaşda qalan anlardır yaşımızı müəyyən edən.

Bizim yanğın zamanı özümüzə zərər verməyimiz ən çox qınadığımız işlərin üzərində vaxt itirərkən baş verir. Od-alov bizi yandırır, külümüzü havaya sovurur, yox oluruq, itib-batırıq. Sanki imtahandan kəsildikdən sonra yenidən dərslərimizə yaxşı hazırlaşmaq əvəzinə, yerimizdə oturub təəssüflənirik, məyus oluruq, hərəkətə gələ bilmirik. Belimizi büküb başımızı masanın üzərinə qoyuruq, bizi səsləyənə də “ııııı” deyib mızıldanırıq. “Aman vermirlər dərdimizlə baş-başa qalaq” deyib hər xırda şeyi belə böyüdüb yükün altında qalmağı, əzilməyi seçirik - “Əl vurmayın! İmkan verin, əzildikcə əzilmək istəyirəm”.
Bir özümüzü təftiş etdikmi? Özümüzü sorğuladıqmı? “Harada başdan xarab var, gəlib məni tapır?” – deyərkən heç “Niyə?” sualının arxasınca düşdükmü? Yoxsa elə orada qalıb, giley-güzardan, deyinməkdən o tərəfə keçə bilmədik? Böyümədik? Axı həyat bizi eyni yerdən nə qədər vurmalıdır ki, özümüzə gələk? Nə qədər yanmalıyıq ki, mühərrik işə düşsün? Nə qədər, nə qədər, nə qədər...

Fərqinə varmaq – başqasında tez gördüyümüz qüsuru özümüzdə də görə bilmək. Görə bilək ki, özümüzlə məşğul olaq, yoxsa həmişə bizimlə məşğul olacaqlar. Yoxsa elə boş-boş işlərin girdabında boğulacağıq...

Maqsud İbrahimbəyov - 90 - Fotolar Tara həsr olunmuş ömür - Ariz Abduləliyev İslam Rzayevin 90 illik yubileyi qeyd olunacaq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 İyun 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri