Icma.az
close
up
RU
Allah bizimlə belə danışır: Nəyi görmürük? Samir Mirzə

Allah bizimlə belə danışır: Nəyi görmürük? Samir Mirzə

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gecə uşağın qızdırması qalxmışdı, yuxusuzluq səhər güclə yuxudan durmağıma, əsəbi olmağıma səbəb olmuşdu. Böyük oğlumu hazırlığa aparmalıydım. Üzümdən zəhrimar tökülür, nə eşitsəm, qıcıqlanırdım. Üstəgəl, səhər saatlarında mənasız tıxacda qalmağım əsəblərimi lap tarıma çəkmişdi. Hiss elədim ki, uşağı acılamışam, hazırlığa qoyanda asta səslə “ata səni çox istəyir də, bilirsən” - dedim, o isə çiynini çəkdi. Belə başa düşdüm ki, “ata, hanı, göstəmirsən!” - deyir. Yenə eyni səslə bir daha təkrarladım və eyni reaksiyanı verdi.

Qayıdarkən yolda bir nəfər maşına əl elədi, haradansa xatırlayırdım, amma tanımadım. Saxladım, əyləşdi. Bazarda nəsə fəhlə işi gördüyünü, “evdə oturmaqla pul qazanmaq olmaz” sözlərini dedi. Üzərindəki geyimi də gördüyü işə uyğun seçmişdi. Cavan idi. Elə məhəlləmizdə saxladım. Alqış edib düşüb getdi. Əhvalım bir qədər düzəlməyə başladı.

Uşağın arxasınca gedib növbəti hazırlığa aparıb qayıdarkən yolda Nizami əmini gördüm – qonşumuzdur, bir az bizdən yuxarıda qalır – bu dəfə özüm saxladım. Hal-əhval tutduq, ondan da bir alqış-dua aldım. Artıq yorğunluq, yuxusuzluğuma baxmayaraq, “Allah bəhanə yaradır ki, bizə xeyir versin” deyə düşünürdüm. Gözlərim doldu, elə indi də gözlərim doldu. Evə gülə-gülə girdim, zəhrimar ovqatımdan əsər-əlamət qalmamışdı. Sanki Allah hər bəndəsinin öz dili ilə onunla danışır. Ona sığal çəkir. Kiməsə görə yoldan adam götürmək əlavə iş ola bilər. Elə mənim üçün də bəzən yorucu, təhlükəli gəlir. Tanımadığımı da götürməməyə çalışıram. 

Yaradanın daha bir sistemli işini qarşıda idi. Bu dəfə işə tələsirdim, məhəlləmiz həmişəki kimi trasa çevrilib. Kəsə yollarla əsas yola çıxmağa çalışıram. İrəlidə qonşumuzu gördüm, başını aşağı salıb nəsə elədiyini bəhanə bilib saxlamadım. Bilirdim ki, istiqamətim dəyişəcək. Lakin qarşıda rastlaşdığım mənzərəyə peşman oldum, yol bağlı idi, gələn maşınları gözləyirdim, sürücülər əli ilə işarə edərək “bağlıdır, qayıt” deyirdi. Maşının üzünü döndərəndə fikirləşdim ki, onu götürməli idim, istiqamətim də oradan olmalı idi. Görməzdən gəlməklə sanki yaradanın işini pozmuşdum. İşarəni anlamamışdım. Qabağa düşmək istədim, geriyə göndərildim. Yaxşı ki, yolumun üstündə idi, götürdüm. Ondan da “insanlara dua etmək lazımdır, qarğış yaxşı iş deyil” nəsihətini aldım, xeyir-duası da öz yerində. “Nəsimi” metrosuna yaxınlaşırdım ki, “Varovski”nin yolu maşınların üzünə dayanmışdı, keçilməz görünürdü. Qonşu başqa istiqaməti izah etdi, həmin yolu bir dəfə seçmişdim, amma uzun olacağını düşünsəm də, onun dediyi kimi etdim. Həm də günahımı yudum. Axı onu əvvəl gördüyüm yerdən götürməmişdim. Düz metronun qarşısına gəldim, yolum belə alındı və istiqamətimi dəyişmədən işə gəlib çatdım. Siz təsəvvür edin, işə bir dəqiqə gecikdim, əgər həmin itkiyə - görməzdən gəlmək və irəli düşmək istəyərkən geri qayıtmasaydım, tam vaxtında işə çatacaqdım.

Hər şey necə də nizamlıdır. Elə deyilmi? Biz sanki çoxbilmiş davranıb işləri pozuruq. Sonra isə “neylədim axı?”, “kimin toyuğuna kiş dedim?” kimi fikirlərlə, günahı başqalarında görməklə məsuliyyəti üzərimizdən atırıq. Ətrafımızda baş verən hadisələri, işarələri, ilahi mesajları görməzdən gəlirik. Tələsirik, görmürük, anlamırıq...
Samir Mirzə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Fevral 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri