Hərdən həyat yoldaşınızla da gəzməyə çıxın!
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son dəfə həyat yoldaşınızıla nə vaxt gəzməyə çıxmısınız? Və ya son dəfə həyat yoldaşınızıla nə vaxt alış-verişə getmisiniz? Bir yerdə yemək yediyinizi, ya da bir yerdə çay içdiyinizi xatırlayırsınızmı?..
Adətən bu suallara cavab verən tərəflər gəzməyə uşaqları ilə birlikdə getdiklərini, ya da həyat yoldaşları çox məşğul olduğu üçün belə işlərə vaxt ayıra bilmədiklərini deyirlər. Əlbəttə ki, uşaqlarla birlikdə gəzməyə getmək və ya gözəl bir yerdə istirahət etmək çox yaxşıdır. Ancaq bu da bir həqiqətdir ki, ailədə uşaqlar dünyaya gəldikdən sonra tərəflər az qala bir-birilərini unudurlar və nəticədə, bir-birilərindən soyumağa başlayırlar. Ona görə də, belə halların baş verməməsi üçün vaxtaşırı həyat yoldaşınızla evdən kənara çıxmalısınız. Üstəlik, “Biz onsuz da evdə kifayət qədər bir yerdə oluruq” fikirlərinə də qapılmamalısınız. Əlbəttə ki, biz bununla ev daxilindəki ünsiyyətin faydasız olduğunu demək istəmirik. Ancaq evliliyinizə canlılıq gətirmək istəyirsinizsə, ya da evliliyinizi monotonluqdan xilas etmək istəyirsinizsə, ünsiyyətinizi evdən kənara da çıxarın. Bir də unutmayın ki, yeni məkanlar həm yeni hisslər, həm də yeni həyəcanlar deməkdir.
Qeyd: Bütün bu dediklərimizi bir şərt kimi yox, bir təklif kimi qəbul edin. Üstəlik, bu iş üçün çox böyük bir vaxta ehtiyac olmadığını da unutmayın.
Aygün Vəliyeva
Bu mövzuda digər xəbərlər:“Hərdən azarkeş kənardan müdaxilə edir ki, çıxın qabağa” Ayxan Abbasov İdmanXəbər
08 Noyabr 2024 17:41
Əhvalınız pisdirsə, gəzməyə çıxın! Alimlərdən MƏSLƏHƏT
17 Noyabr 2024 02:23
Hərdən ona uşaqlığını xatırladın…
10 May 2025 22:02
Hərdən özümə ölüm arzulayıram
27 May 2025 04:46
Baxış sayı:134
Bu xəbər 11 İyul 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















