Icma.az
close
up
RU
Hərəkətə gətirmək qabiliyyəti var bu hissin... Samir Mirzə

Hərəkətə gətirmək qabiliyyəti var bu hissin... Samir Mirzə

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Əlimizə fürsət düşsəydi ağlımızdan keçirdiyimiz pis işlərin çoxunu və ya tamını işə salmışdıq. Avtomat kimi, bezmədən, ardıcıllığı pozaraq, tələskən...

Sevinməliyik! Sevinməliyik ki, ağlımıza hər gələni edə bilmirik. Bəli, çoxları belədir, çoxumuz beləyik. Bəlkə də, çox az sayda insanlar var ki, niyyətləri tər-təmiz olsun. Hətta tər-təmiz uşaqların da ağılsız hərəkətləri ilə nə qədər zərərli işlər gördüyünün şahidiyik. Sadəcə təbiətcə əlindən pislik gəlməyən, pisliyi bacarmaya, ümumiyyətlə heç nə gəlməyən insanlar var. Bilmirəm bu sevindiricidir, yoxsa kədərli. Yaranmış vəziyyətlər bizi stoplayır. Yaxşı ki, həmin situasiyalara düşürük. Yoxsa nə qədər potensialımızı mənfi yöndə xərcləyərdik. Nə qədər insanları caynağımızdan keçirərdik. Nə qədər heyvani hisslərimizi vulkantək püskürərdik. Lavalarımız ətrafı da yandırardı. Heyvani hisslərimiz hər bir insanda mövcuddur. Xeyr, təhtəlşüurumuzda deyil, çox aydın görünür. Hər şeyi xırdalamağa da ehtiyac yoxdur.

Qəzəb, nifrət, sevgi və s. hisslərimiz idarə olunmazsa, insan sonda tünd sirkə kimi öz qabını çatladar, yox olar...

Düşünmədən, bir anlıq o qədər səhv sözlər danışırıq, o qədər yanlış davranışlar sərgiləyirik. Bilmədən, istəmədən... Fərqinə varmadan. Fərqinə varmaq – o qədər böyük anlayışdır, o qədər böyük nemətdir ki...

İnsanın başına nə gəlirsə, bu neməti dadmadığından gəlir. “Neynirəm dərinliyinə dalmağı, aramağı, həyat qısadır!” deməklə öz təbiətinə qarşı çıxır. Empatiya qurmağı, başqasının ağrısını hiss etməyi... Axı çox yorur insanı, əl-qolunu bağlaya, həyata qarşı soyuda bilir, amma və lakin... Hərəkətə gətirmək qabiliyyəti də var bu hissin - yanğının. Qurub-yaratmaq şövqünü də alışdırmaq bacarır. Axı kökündə yanğı var, o yanğı ki hərəkətə gətirən xüsusiyyətə malikdir. Mühərrik necə yanacaqla işə düşür? İnsanın qəlbi də, beyni də, əzaları da yanğı ilə hərəkətə keçməlidir...

Geriyə dönüb baxdıqda yaşadığımız illərin hansı detallarına qədər yaddaşımıza həkk olunduğuna baxaq: Yandığımız anlar... Sevincdən, xoşbəxtlikdən də yanmaq olur. Bunun nəticəsidir ki, sevinc göz yaşları var. Necə ki işığın şölə saçmasına da “işıq yanır” deyirik. O yaddaşda qalan anlardır yaşımızı müəyyən edən.

Bizim yanğın zamanı özümüzə zərər verməyimiz ən çox qınadığımız işlərin üzərində vaxt itirərkən baş verir. Od-alov bizi yandırır, külümüzü havaya sovurur, yox oluruq, itib-batırıq. Sanki imtahandan kəsildikdən sonra yenidən dərslərimizə yaxşı hazırlaşmaq əvəzinə, yerimizdə oturub təəssüflənirik, məyus oluruq, hərəkətə gələ bilmirik. Belimizi büküb başımızı masanın üzərinə qoyuruq, bizi səsləyənə də “ııııı” deyib mızıldanırıq. “Aman vermirlər dərdimizlə baş-başa qalaq” deyib hər xırda şeyi belə böyüdüb yükün altında qalmağı, əzilməyi seçirik - “Əl vurmayın! İmkan verin, əzildikcə əzilmək istəyirəm”.

Bir özümüzü təftiş etdikmi? Özümüzü sorğuladıqmı? “Harada başdan xarab var, gəlib məni tapır?” – deyərkən heç “Niyə?” sualının arxasınca düşdükmü? Yoxsa elə orada qalıb, giley-güzardan, deyinməkdən o tərəfə keçə bilmədik? Böyümədik? Axı həyat bizi eyni yerdən nə qədər vurmalıdır ki, özümüzə gələk? Nə qədər yanmalıyıq ki, mühərrik işə düşsün? Nə qədər, nə qədər, nə qədər...

Fərqinə varmaq – başqasında tez gördüyümüz qüsuru özümüzdə də görə bilmək. Görə bilək ki, özümüzlə məşğul olaq, yoxsa həmişə bizimlə məşğul olacaqlar. Yoxsa elə boş-boş işlərin girdabında boğulacağıq...

Samir Mirzə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 İyun 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri