Icma.az
close
up
RU
Bilsəydik, əvvəldən namərd olardıq Samir Mirzə

Bilsəydik, əvvəldən namərd olardıq Samir Mirzə

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kulis.az Samr Mirzənin yeni yazısını təqdim edir.

Bilsəydik, əvvəldən namərd olardıq da...

Bir dəfə qarşımdakına dedim ki, “Allah bunu götürər?” o isə cavabında məğrurca “mənim üçün əsas vicdandır” söylədi. Nəticədə onun hər cür vicdansızlığını Allah götürdü, özü isə vicdansızlığını günü-gündən artırdı, amma o sözü üstünə götürmədi. Nihat Kahveci demişkən, “iyiler uzun vadede kazanır”. Uzun vədədə, uzun müddətdə...

Amma hərdən ya yanlış tərəfdə oluruq, ya da uzun, acı bağırsağa dözə bilmirik, özümüzlə bacarmırıq, az qala həmin vicdansızların siyahısına qatılırıq. İndi heç belə xüsusiyyətlərdən o qədər də danışa bilmirik. Deyəcəklər ki, kimdə nə yoxdur, ondan danışır. Əşi o qədər belə hay saldılar ki, əxlaqsızlar gəlib bizə əxlaqdan dərs keçməyə başladı. Başa görə yox, başın içindəkinə görə əxlaqsız olanları deyirəm. Biz də əxlaqımızı itiririk. Başımızı da itiririk, əsəbimizi də xarab elədik. İndi yeri gəldi-gəlmədi, partlayırıq, oluruq namərd. Elə bilsəydik, əvvəldən namərd olardıq da. Nəticədə onsuz da necə deyərlər, mərdi qova-qova namərd etmirlər?! Daha niyə özümüzə əziyyət veririk ki...

Deyir: Allah bizi mərdimazardan qorusun. O qədər gözəl səslənir ki... Bəziləri o qədər riyakarca söyləyir ki, heç deməzsən, o gün, o gün, o gün filankəsin toyuğuna kiş deyənlər, camaatın gününü qara edənlər, əslində, özlərindən qorumağı diləyir. Yalan, yoxsa pafos. Nə bilim. Manaf Ağayev demişkən, “uyuyuy” - elimizin sinov getdiyi səhnələrindəndir.

Yalanı danışmaq üçün də gərək bacarığın ola ha. Ağzından çıxan hər kəlməni elə soxuşdurasan ki, qarşındakı da desin, “ə yalan deməz, belə yalan olar?!” İnan inandığına, onsuz da piləyənlərin sayı o qədərdir ki, - özü də kostyumlu, qalstuklu - amerikalılar demişkən, “may be crazy - dəli olmaq olar” və oluruq.

Trampa baxın, dünya-aləm vecinə deyil, hər sözdən bir mahnı bəstələyən manıslar kimi, ağlına nə gəldi edir, ağzına nə gəldi danışır. Təzəlikcə deyib ki, 9 May Qələbə Gününü Amerika da qeyd edəcək. İnsanları inandırır ki, “its okey”. Maa qoşulun, xeyir tapajsınqız. Əsas odur ki, bəyanat ABŞ-dəndir, elə yavaş-yavaş hamı “okey, let`s go” deyəcək. Gedərik də, bu küyə də gedərik. Uxxx, qoy üstünə pafosu, gör necə gedir... Bir az göz yaşı, bir az pörtləmə sifət, bir damarların iri planda nümayişi... Ora bir az hissləri təhrik edən “duzu” da Nusret kimi səpirsən, gör necə cazibəli, ehtiraslı olur.

Burada yaxşı deyirlər e, getdin çıxdın Amerikaya, vallah da, əməlli-başlı macəra dolu Amerikaya çıxdım. Pafosunu çıxartdım lap. Deyim ki, müsbət eqo – mənlik kimi, pafosun da öz yeri-yurdu var.

Uçaq öz ölkəmizə. Sosial şəbəkədə yayılmışdı e, “Mən uşaqlıqda öz sünnətimdə ağlayan oğlanam”. Zalımın oğlu barmağını elə silkələyir ki, sanki əlahiddə iş görüb. Neyləsin e yazıxxx, istəyir ki, bir pafosdan bu guppullatsın, alınmır da. Axı xüsusi bacarıq, istedad lazımdır. Bu yetim də tər-təmiz uşaqdır, nətər piləsin. Bu dəfə də Amerikadan sünnətə keçdik, amma mahiyyət eynidir, pipik qədər qiymətsiz səhnələr.

Allah, yadımdan çıxar birdən, başqasını xəyanətdə suçlayıb torbasını tikənlərin təpədən dırnağa xəyanət gölündə üzmələrini deməmək. Yenə də müraciət edək Manaf müəllimə - “uyuyuy”. Elə bəzəyirlər ki, başqasının qəbahətini... Pusquda durub elə rəngləyirlər nöqtə səhvini və təntənəli surətdə təqdimat mərasimi keçirirlər ki, istəyirsən özün də alqışlayasan sənin əleyhinə olan teatrı.

Ənkələri qarşısında “dovşan vəziyyəti al, bir-iki” komandasını ağlar qoyub başqaları önündə xoruzlanmağını göz önünə sərən o iy verənlərin – püfff, boğuldum lap – üstünə “asvijitel” püskürdüm... Haqdan yana olduqlarını bar-bar bağıranların buqələmun kimi rəngarəng olmasını da unutmaq ayıb olar haa. O, məzlum tək özünü acındırar, qəfil “üzümü-gözümü cırıb qanını üstünə tökərəm” performansını ortaya qoyar.
Uzatdıqca uzadaram, mərdləri namərd edənlərin xarakteristikasını, amma başınızı çox ağrıtdım. Bilmirəm, bəlkə, sizin də ürəyinizdən tikan çıxartdım. Nəyi də bacarmasaq, yazaq, oxudaq ki, sinirlərimiz sakitləşsin.

Şeytanımız dirəşsə də olmarıq biz vicdansız,
Ağıl gedər, dəlilik edər , ləyaqəti itirmərik.
Nəfsimiz çərrətsə də olmarıq biz insafsız,
Savab gedər, üsyan edər, ədaləti itirmərik.

Yuxarıda pafosun yeri-yurdu deyirdim, buradır bax.

Azərbaycan teatr sənətində Molyer faktoru - Gülər Ədilzadə Belarusda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək Reper Massaka saxlanıldı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://kulis.az
archiveBu xəbər 06 May 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri