Icma.az
close
up
RU
Hərəniz bir çiçəksiz...

Hərəniz bir çiçəksiz...

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şəki, 1 iyun, AZƏRTAC

Rasim Ocaqov adına Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Hərəniz bir çiçəksiz” adlı bayram tədbiri keçirilib. Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi, Elm və Təhsil İşçiləri və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Şəki şəhər komitələrinin dəstəyi ilə keçirilən tədbirdə şəhid övladları, məktəblilər və onların valideyinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzininin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasəti haqqında videoçarx nümayiş etdirilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bayram münasibətilə uşaqları təbrik edib, onlara xoş arzularını bildirib. Qeyd olunub ki, uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi məhz onların əlindədir. Uşaqların müdafiəsinə qoşulmaq hamımızın borcudur. Ölkəmizdə dövlət uşaq siyasətinin formalaşması və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan icra başçısı bildirib ki, bu gün uşaqların şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir. Uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlərimizə, tarixi köklərimizə bağlı, vətənpərvər ruhda böyüdülməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Vurğulanıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum uşaqlara daim böyük diqqət göstərir.

Bayram tədbirində Şəki şəhər 3 və 4 saylı Uşaq Musiqi məktəblərinin, Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinin, şəhər 8 nömrəli tam orta məktəbin şagirdləri konsert proqramı ilə çıxış ediblər.

Tədbirdə uşaqlar üçün maraqlı intellektual oyunlar təşkil olunub, qaliblərə hədiyyələr təqdim edilib, həmçinin idman sahəsində yüksək nəticələr əldə edən uşaqlar mükafatlandırılıblar.

Müxbir – Mustafa Dadaşov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyun 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri