Icma.az
close
up
RU
Gəncəni gülsüz, çiçəksiz təsəvvür etmək mümkün deyil…

Gəncəni gülsüz, çiçəksiz təsəvvür etmək mümkün deyil…

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncə-parklar şəhəri, çiçəklərlə nəfəs alan məkan… Bu şəhəri rəngsiz, ətirsiz, yaşıllıqsız  düşünmək belə olmur. Hər fəsildə göz oxşayan Gəncənin gülləri-çiçəkləri, payızın saralmış yarpaqları arasında belə, canlılığını, təravətini  qorumağı bacarır. Mövsüm dəyişsə də, şəhərdə yaşıllaşdırma işləri sürətlə davam edir.

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsi payız mövsümündə də əkin kampaniyasına ara verməyib. Şəhərin müxtəlif nöqtələrində ağac, kol və gül əkini aparılır. Bu məqsədlə birliyin Gülçülük və tingçilik sahəsində yetişdirilən müxtəlif növ dekorativ bitkilər təyin olunmuş ərazilərə köçürülür.

Yaşıllaşdırma kampaniyasının bu dəfəki ünvanı Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında, Dövlət Bayrağı dirəyinin ətrafında yerləşən buta formalı sahələr olub. Əraziyə müxtəlif növ gül və kol bitkiləri əkilərək, payız günlərinə bahar ab-havası qatılıb.

Bundan əlavə, şəhərin şərq istiqamətində yerləşən magistral yolun kənarlarında leylandra ağaclarının əkini həyata keçirilib. Bu layihə çərçivəsində ümumilikdə 300-ə yaxın ağacın əkilməsi planlaşdırılıb. Gələcəkdə bu ərazilər Gəncənin nir növ yeni yaşıl dəhlizlərinə çevriləcək.

Yaşıllaşdlrma şöbəsinin müdiri Elmar Əzizov deyir ki,  təkcı əkinlə bu işlər yekunlaşsaydı, nə vardı ki…Qulluq, özü də yaxşı qulluq çox vacibdir. Ona görə də biz yeni salınan və mövcud yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərir, mütəmadi suvarma işləri aparırıq. Bu işlərə şöbənin əməkdaşları ilə yanaşı, müvafiq texnikalar da cəlb olunur.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri