Icma.az
close
up
RU
Bir Lider, bir Vətən, bir Tale

Bir Lider, bir Vətən, bir Tale

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün böyük dövlət xadimi, görkəmli şəxsiyyət Heydər Əliyevin doğum günüdür. Hansı sosial hesaba, hansı şəxsi profil və səhifələrə baxırsan, hər kəs ulu öndərə öz sevgisini, hörmət və ehtiramını bildirir, onun xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərini qürurla xatırlayır. Bu sevginin səbəbi sadəcə böyük siyasi fəaliyyət deyil. Çünki bəzi şəxsiyyətlər dövlət idarə etmir — onlar xalqın taleyinə çevrilirlər. Heydər Əliyev də məhz belə liderlərdən idi.
Napoleon deyirdi ki, böyük insanlar millətlərin taleyini dəyişən insanlardır. Heydər Əliyevin taleyində Naxçıvan, Naxçıvanın taleyində isə Heydər Əliyev fenomeni çox dərin və taleyüklü mövzudur. Bu münasibətdə təkcə siyasi deyil, həm də mənəvi və fəlsəfi bağlılıq var. Fikrimcə, yalnız min illər boyu böyük imperiyaların toqquşma nöqtəsində varlığını qoruyan, beş dəfə yandırılıb dağıdılan, amma hər dəfə yenidən ayağa qalxan mübariz Naxçıvan torpağı Heydər Əliyev kimi nəhəng siyasi xadimi dünyaya bəxş edə bilərdi.
 

O, məhz bu kiçik, amma ruhu böyük diyardan Sovet İttifaqının rəhbərliyinə yüksəldi, xalqımızın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Hakimiyyət pillələrindən məqsədli şəkildə uzaqlaşdırıldıqdan sonra isə 1990-cı ildə yenidən doğma Naxçıvana qayıtdı. O qayıdış təkcə bir siyasətçinin Vətənə dönüşü deyildi. Bu, Azərbaycanın xilasa aparan yolunun başlanğıcı idi.


Məhz Naxçıvanda müstəqil Azərbaycanın siyasi təməli atıldı. Məhz burada üçrəngli bayraq yenidən ucaldıldı. Məhz burada xalq öz gələcəyinin liderini yenidən bağrına basdı.
Sonralar ümummilli lider Heydər Əliyev bu barədə deyəcəkdi:
“Mən 1990-cı il iyulun 22-də Naxçıvana gəldim. Mən gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Görünür, mənim Naxçıvana gəlməyim taleyin işi imiş”.
Bəli, hər insan öz taleyini yaşayır. Bəzən xalqların taleyi də bir insanın taleyi ilə birləşir. Naxçıvanın və naxçıvanlıların taleyi də ulu öndərlə bağlı idi. Çünki o ağır və mürəkkəb günlərdə Naxçıvan Heydər Əliyevi qorudu, Heydər Əliyev isə Naxçıvanı.
Prezident İlham Əliyev bu həqiqəti bir cümlə ilə çox dəqiq ifadə edib:
“Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.
Bu qısa, lakin dərin məna daşıyan fikir Heydər Əliyev–Naxçıvan münasibətinin mahiyyətini təşkil edir. Çünki müasir, müstəqil və suveren Azərbaycan da, bugünkü Naxçıvan da Heydər Əliyevin siyasi dühasının və iradəsinin nəticəsidir.
 

Bu gün Azərbaycan artıq qalib dövlətdir. Dünyanın siyasi mənzərəsində öz xüsusi yeri və çəkisi var. Ətrafımız müharibələrlə, qarşıdurmalarla əhatə olunsa da, XXI əsrdə Azərbaycan qədər sürətli, qətiyyətli və nəticə etibarilə tam zəfərlə başa çatan müharibə aparan ikinci bir dövlət tapmaq çətindir. Bu Zəfərin arxasında isə Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu, milli birlik fəlsəfəsi və siyasi məktəb dayanır.


İndi isə Zəngəzurdan Naxçıvana körpü salmaq zamanıdır. Bu körpü uğrunda artıq bütün meydanlarda böyük mübarizə gedir. Və gec-tez bu böyük arzu gerçəyə çevriləcək. Bəli, bu layihənin böyük iqtisadi əhəmiyyəti var. Amma məsələ təkcə iqtisadiyyat deyil. Bizim üçün bu yol illərin həsrətinin bitməsi, yurddan yurda qovuşmaq, bir millətin parçalanmış yollarını yenidən birləşdirmək deməkdir.
İllərlə özümüzü də, doğmalarımızı da Naxçıvana təyyarə ilə aparmışıq. Şəhidlərimizin tabutlarını hava limanında qarşılamışıq. Toyumuza da, yasımıza da bilet növbələri ilə getmişik. Qazsız, işıqsız, çörəksiz günlər yaşamışıq. Amma sınmamışıq. Çünki Naxçıvan təkcə coğrafiya deyil — iradədir, müqavimətdir, Vətən sevgisinin sərhəd qalasıdır.
 

İndi zaman yetişib. Heydər Əliyevin Vətəninə — onun əzizlərinin, Əlirza kişinin və İzzət xanımın uyuduğu müqəddəs torpağa mütləq quru yolumuz olacaq. O yol təkcə asfalt olmayacaq. O yol həm də yaddaşın, qürurun, birliyin və tarixi ədalətin yolu olacaq.


Qısası, Naxçıvanda yaşamaq da, işləmək də, onu qorumaq və inkişaf etdirmək də ikiqat məsuliyyətdir. Çünki bu diyar Heydər Əliyevin arzularının, mübarizəsinin və siyasi irsinin şəhəridir. Azərbaycanın həm Şərqə, həm də Qərbə açılan müqəddəs qapısıdır.
P.S. Ulu öndərin doğum günü ilə bağlı Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında etdiyi paylaşım günün bəlkə də ən təsirli fikri idi:
“Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir”.
Sahil TAHİRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 May 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see334

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see225

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see224

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see220

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see213

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see210

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see204

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see195

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see194

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see190

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see190

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see185

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see172

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see168

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see168

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see163

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see161

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see159

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri