Icma.az
close
up
RU
Herisçi Təbrizdən müraciət yaydı: Onu məcbur ediblər? Video

Herisçi Təbrizdən müraciət yaydı: Onu məcbur ediblər? Video

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tanınmış yazıçı, əslən təbrizli olan Həmid Herisçinin Təbrizdən yaydığı video-müraciət qalmaqala səbəb olub.

Axar.az xəbər verir ki, 28 fevralda ABŞ və İsrailin zərbələri ilə həlak olan Əli Xameneinin böyük fotosu və Səttar xanın heykəli fonunda müraciət yayan Həmid Herisçi Naxçıvana hücumla bağlı məlumat aldığını bildirir.

“Təbriz şəhərindəyəm, xəbərlər gəldi ki, Naxçıvan şəhərinə mərmilər yağıb. Təsəlli verirəm doğma xalqıma. Naxçıvanda ölmüş insanlar, yağmış bombalar üçün Təbriz Bakıya təsəlli verir. Təbrizin özündə də vəziyyət o qədər də yaxşı deyil.

Təbrizdə deyirlər ki, Naxçıvana düşmüş bu bombalar İrandan atılmayıb, başqa yerdən atılıb. Hər halda, Təbrizdə bu söz-söhbət getməkdədir. Baş vermiş hadisə dərindən öyrənilməlidir, öncədən fikirlər demək hələ tezdir”, - Həmin Herisçi deyib.

Bir çox ekspert, sosial şəbəkə istifadəçisi isə bunu Həmid Herisçinin dövlətimizə zidd bu sözlərini “məcbur edilməsi” kimi qiymətləndiriblər. Belə ki, Həmid Herisçi hazırda Təbrizdədir və məlum vəziyyətlə bağlı Azərbaycana gələ bilmir. Ehtimal edilir ki, o, bu videonu yaymağa məcbur da edilə bilər.

Ancaq burda qəribə olan nüanslar var:

1. Həmid Herisçi Naxçıvana “bomba yağışından” danışır. Halbuki Naxçıvana dron hücumu baş verib;

2. Həmid Herisçi Naxçıvanda ölənlərdən bəhs edir, “təsəlli verir”, həm də Təbrizin Bakıya “təsəllisini”. Halbuki Naxçıvanda 4 nəfər xəsarət alıb, onlardan da 3-ü artıq evə buraxılıb. Yəni xoşbəxtlikdən ölüm hadisəsi baş verməyib.

Bu, o deməkdir ki, Həmid Herisçinin hadisə haqqında normal informasiyası yoxdur.

3. Həmid Herisçi niyə bu müraciəti Xameneinin posteri qarşısında edir?

4. Həmid Herisçi müharibədən bir neçə gün öncə Təbrizə getmişdi və müharibə başlayandan sonra yoxa çıxmışdı. İki gün öncə məhz Azərbaycan konsulluğunun birbaşa dəstəyi ilə onunla əlaqə quruldu və Həmid Herisçinin səhhətinin qaydasında olduğu açıqlandı. Bildirildi ki, məlum vəziyyətlə bağlı Həmid Herisçi ilə ailəsi də telefon əlaqəsi saxlaya bilmir.

Əgər H.Herisçi ilə telefon əlaqəsi saxlamaq mümkün deyilsə, demək, internetə çıxış imkanı da yoxdur. Onun hadisə haqda məlumatsızlığı, “ölənlərdən”, “bomba yağışından” bəhs etməsi də buradan qaynaqlana bilər. Bəs, internetə çıxış imkanı olmayan şəxs bu video-müraciəti necə və hansı təxirəsalınmaz səbəbdən yaya bilir?

5. Azərbaycan müxtəlif ölkələrin vətəndaşlarını İrandan təxliyə etməklə məşğuldur, həmçinin öz vətəndaşlarımız da İrandan çıxmaq istəyirlərsə, onlara dərhal yardım edilir. Təbrizdəki Baş Konsulluğun əməkdaşları onun harada olduğunu müəyyən edib, ailəsinə məlumat verə bilirlərsə, Həmid Herisçinin təxliyəsinə də yardım edə bilərdilər. Həmid Herisçinin Azərbaycana qayıtmasına mane olan nədir?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://axar.az
archiveBu xəbər 06 Mart 2026 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri