Hərraca çıxarılan villaların sahibi kimdir? Bakıda partlayış, Moskvada ermənilərlə ortaqlıq…
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi 16 və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsi 16B ünvanlarında yerləşən fərdi yaşayış evləri hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan bu evlərdən biri 0,18 hektar, digəri isə 0,35651 hektar torpaq sahəsi üzərində yerləşir.
Satışa çıxarılan və Aşıq Pəri küçəsi 16 ünvanında yerləşən evin sahəsi 561,9 kvadratmetrə bərabərdir. 2 mərtəbəli, 8 otaqdan ibarət olan evin ilkin bazar qiyməti 1 milyon 194 min manat olsa da, 1 milyon 14 min 900 manata satışa çıxarılıb.
1-ci Aşıq Pəri küçəsi 16B ünvanında yerləşən evin sahəsi isə 774 kvadratmetrə bərabərdir. 2 mərtəbəli, 11 otaqdan ibarət olan bu evin ilkin bazar qiyməti 2 milyon 232 min manat olsa da, 1 milyon 897 min 200 manata satışa çıxarılıb.
Bildirilir ki, hazırda hər iki evdə borclu şəxslərin ailə üzvləri yaşayır.
Məlumat üçün bildirək ki, satışa çıxarılan evlərdən biri – Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsi 16B ünvanında yerləşən fərdi yaşayış evi “Merser” ASC-nin (VÖEN – 1004675861) hüquqi ünvanıdır.
“Merser” ASC-nin adı 2022-ci ildə “Location” gecə klubunda baş verən partlayışda hallanıb. 1 nəfərin ölməsi, 37 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayışdan sonra iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulov və həmin MMC-nin təsisçisi – klubun meneceri Orxan Səfərov həbs olunublar. “Merser food” MMC-nin (VÖEN – 1404355381) qanuni təmsilçisi Kərimli Nurlan Mahir oğlu eyni zamanda “Merser” ASC-nin qanuni təmsilçisidir.
“Merser food” MMC-nin qeydiyyatından 10 gün sonra – 28 sentyabr 2018-ci il tarixində hazırda hərraca çıxarılan evin yerləşdiyi ünvanda – Bakıxanov ŞTQ, Aşıq Pəri (Ərəblinka), ev 16B ünvanında “Merser Trade” MMC adlı daha bir şirkət də qeydiyyatdan keçib və bu şirkətin qanuni təmsilçisi Yusubov İsrail Arzu oğlu olub.
Yusubov İsrail Arzu oğlu 2016-cı ilin iyun ayında dövlət qeydiyyatına alınan 3 şirkətin də qanuni təmsilçisi olub. Həmin şirkətlərdən birinin – “Is Consumer Products” MMC-nin (VÖEN – 1403453891) qanuni təmsilçisi Səfərli Orxan Məhərrəm oğlu da gecə klubundakı partlayışa görə həbs olunub.
Yusubov İsrail Arzu oğlu eyni zamanda “Is Group” və “Isr Group” MMC-lərin də qanuni təmsilçisi olub.
Məlumat üçün onu da qeyd edək ki, Yusubov İsrail Arzu oğlu eyni zamanda Moskva vilayəti, Lyubertsı şəhəri, Krasnaya küçəsi, ev 1, mənzil 72 ünvanında qeydiyyata alınan “Effel Distribyutor” şirkətinin də təsisçisi olub. Hazırda bu şirkətin digər bir təsisçisi və rəhbəri erməni əsilli Manvel Krapetyandır.
Onu da xatırladaq ki, bu şirkətin əvvəlki təsisçisi olan Azərbaycan əsilli tanınmış iş adamı Mişiyev Adil Rafiq oğlu da erməni əsilli iş adamı Samvel Ovsepyan ilə ortaq şirkətə sahib olub. 2014-cü ildə Rusiyanın Vladimirskaya vilayətində qeydiyyata alınan “Rodnik” (VÖEN – 3306017688) şirkətinin 50%-lik payı Adil Mişiyevə, 50%-lik payı isə Samvel Ovsepyana məxsus olub. 2022-ci ildə Adil Mişiyev Samvel Ovsepyan adlı ortağından ayrılıb.
Partlayış olan gecə klubunun əsl sahibi bu şirkətdir - TƏFƏRRÜAT + YENİLƏNİB
Gecə klubundakı partlayışa görə 3 nəfər həbs edildi - YENİLƏNİB
“Kapital Bank” adı gecə klubundakı partlayışda keçən iş adamını məhkəməyə verdi
Elnur Əli






Bu mövzuda digər xəbərlər:Bakıda hərraca çıxarılan lüks “Rolls Royce”un sahibi kimdir? FOTOLAR
22 Fevral 2025 12:22
Hərraca çıxarılan kokteylə 70 min ödədi Video
08 Aprel 2025 11:52
Hərraca çıxarılan “Landmark” Biznes Mərkəzi... Narazılıq böyüyür
04 Yanvar 2025 18:45
“Hərraca çıxarılan milyonluq əmlakların mənə aidiyyatı yoxdur”
23 Yanvar 2026 13:24
Baxış sayı:52
Bu xəbər 11 Noyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















