Icma.az
close
up
RU
Hərraclar tam rəqəmsallaşır, borclu şəxslərin hüquqları genişlənir Fotolar

Hərraclar tam rəqəmsallaşır, borclu şəxslərin hüquqları genişlənir Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident tərəfindən təsdiq edilmiş qanunvericiliyə edilən son dəyişikliklərə əsasən ölkədə əmlakın satışı mexanizmi tamamilə yenidən formalaşdırılır.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Yeni dəyişikliklər əmlakı satışa çıxarılan borcluların hüquqlarının müdafiəsini gücləndirir, əmlakın hərrac yolu ilə satışı prosesini tam rəqəmsallaşdırır, əmlakın satışı prosesində şəffaflığı və rəqabətliliyi təmin edir. Bu da ümumilikdə icra prosesinin effektivliyinin artırılmasını hədəfləyir.

Belə ki, ilk növbədə borclunun özünə əmlakın satılması üçün şərait yaradılır, ona qanunla nəzərdə tutulmuş qaydada əmlakı açıq bazar şəraitində daha yüksək qiymətə satmaq imkanı verilir. Borclu bu hüquqdan istifadə etmədikdə əmlak real bazar dəyərində tələbkara təklif olunur. Tələbkar qəbul etmədikdə isə əmlak hər kəs üçün əlçatan olan elektron hərrac vasitəsilə rəqabətli şəraitdə satılır.

Hərracların tam rəqəmsal formada aparılması, rəqabətli və şəffaf hərrac mühitinin formalaşdırılması, satış prosesinin sürətləndirilməsi nəticə etibarilə həm tələbkarın, həm də borclunun maraqlarının qorunmasına xidmət edir.

Həmçinin dəyişikliklərə əsasən, hərrac prosesinə mərkəzləşdirilmiş nəzarət mexanizmi də formalaşacaq.

Bundan başqa hərracdan əldə olunan əmlakların reyestr qeydiyyatı da rəqəmsallaşır. Artıq alıcı əmlakı hərracdan aldıqdan sonra müvafiq protokol daşınmaz əmlak üzərində yaranmış hüququn qeydə alınması üçün inteqrasiya olunmuş sistem vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə göndəriləcək.

Dəyişikliklərə əsasən, borclu satılmış əmlakı təhvil vermədikdə əlavə məhkəmə çəkişməsinə ehtiyac qalmadan əmlakın boşaldılmasına da imkan yaradılır.

Yeni mexanizm ümumilikdə ədalətli və effektiv icra mühitinin formalaşdırılmasına və vətəndaş məmnunluğunun artırılmasına yönəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Avqust 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see304

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see166

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see137

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see137

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see131

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see129

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see129

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see126

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see123

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see122

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see121

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri